Icma.az
close
up
RU
Qərbi Afrika Birliyinin sıraları seyrəlir

Qərbi Afrika Birliyinin sıraları seyrəlir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini bəyan ediblər

Burkina-Faso, Mali və Niger gələn il yanvarın 29-dan etibarən Qərbi Afrika Ölkələri İqtisadi Birliyini (ECOWAS) tərk edəcək. Bu barədə qurumun Nigeriyanın paytaxtı Abucada keçirilən iclasında komissiya rəhbəri Omar Alyö Türe məlumat verib. Bildirilib ki, hər 3 ölkə təşkilatdan çıxdığını təsdiqləyib. Müvafiq prosedurları yerinə yetirmək üçün yanvarın 30-dan etibarən 6 aylıq keçid müddəti müəyyən edilib.

Qeyd edək ki, bu ilin yanvarında Burkina-Faso, Mali və Niger qurumdan çıxmaqla bağlı diplomatik kanallarla müraciət etmişdi. Hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb. Burkina-Faso, Mali və Niger ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət də hesab edirlər. Adıçəkilən 3 dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini bəyan ediblər. Belə ki, Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin, onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar.

Qeyd edək ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman qurulub. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Blokun öz kollektiv hərbi qüvvələri olan ECOMOG da mövcuddur.  Mavritaniya 2000-ci ildə bu təşkilatdan ayrılıb. Hazırda isə quruma Benin, Burkina-Faso, Kabo-Verde, Kot-d’İvuar, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Syerra-Leone və Toqo daxildir. Sözügedən üç ölkənin gələn ilin yanvarında rəsmən tərk etməsindən sonra ECOWAS üzvlərinin sayı 12-ə enəcək.

2004-cü ildə təşkilata üzv ölkələrin  müdafiə nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqləyiblər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.

Blokun ali idarəetmə orqanı isə Dövlət və Hökumət Başçılarının Konfransıdır. ECOWAS-da Parlament, Məhkəmə, Ekobank, İqtisadi və Sosial Şura, komissiyalar da fəaliyyət göstərir.

ECOWAS-ın məqsədləri sırasına “qaynar nöqtələrdə”  barışıq və təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla və kiçik silahların yayılması, tərksilah, qaçaqmalçılıqla mübarizə də daxildir. Amma əsas məram isə yoxsulluğa qarşı mübarizə,  əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, iqtisadi sabitliyə nail olmaq, üzv dövlətlər arasında normal münasibətləri inkişaf etdirmək, Afrika qitəsinin irəliləməsinə və inkişafına töhfə verməkdir.

Qeyri-iqtisadi fəaliyyətə gəlincə, 2012-ci ilin sentyabr ayında təşkilat BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyaya məruz qaldığı təqdirdə, Malinin ərazi bütövlüyünü bərpa etmək üçün 3300 əsgər göndərməyə hazır olduğunu bildirmişdi. Xalq, ölkənin şimalını üç qrupun - “Ənsar əd-Din”, “Birlik Hərəkatı” və “Əl-Qaidə” hakimiyyətindən qurtarmaq üçün Malidə hərbi əməliyyat keçirmişdi. Bundan başqa da, blokun hərbi kontingenti müxtəlif terror qruplarına və qanunsuz silahlı dəstələrə qarşı hərbi tədbirlər reallaşdırıb.

Məlumdur ki, fransiz imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Artıq bir sıra xalqlar Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxıblar. Afrikada da bu proses genişlənməkdədir. Fransanın təsir dairəsində olan ECOWAS-ın sıralarının seyrəlməsi də bunun göstəricisidir.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Dekabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri