Icma.az
close
up
RU
Qərbi Azərbaycan məsələsi tarixi, siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir

Qərbi Azərbaycan məsələsi tarixi, siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qərbi Azərbaycan türk dünyasının tarixi, mədəniyyəti və əhalisi baxımından böyük əhəmiyyət kəsb edən bir bölgədir. Bu gün Qərbi Azərbaycanın tarixi, mövcud vəziyyəti, qarşılaşdığı problemlər və onların həlli yolları istiqamətində ciddi işlər aparılır”.

Bunu Modern.az-a Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, Qərbi Azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı Şəfayət Avılbəyli deyib.

O bildirib ki, Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi şəkildə köç etməsi, tarixi torpaqlarda demoqrafik dəyişikliyin aparılması və bunun nəticəsində etnik-mədəni irsin təhlükə altına düşməsi əsas problemlərdən biridir:

“Bu məsələlər, həm tarixən, həm də müasir dövrdə ciddi müzakirələrə səbəb olmuşdur. Aparılan araşdırmalar və statistik məlumatlar göstərir ki, son əsrlərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı kəskin şəkildə azalmışdır. Bu prosesin əsas səbəbləri deportasiyalar, zorakı köçürülmələr və siyasi təzyiqlər olmuşdur. Eyni zamanda, tarixi abidələrin dağıdılması və mədəni irsin məhv edilməsi də müşahidə olunur”.

Ş.Avılbəyli qeyd edib ki, məsələnin həlli üçün müxtəlif yanaşmalar təklif edilə bilər: “Birincisi, tarixi faktların beynəlxalq səviyyədə tanıdılması və bu mövzuda tədqiqatların genişləndirilməsi vacibdir. İkincisi, azərbaycanlıların hüquqlarının qorunması üçün diplomatik və hüquqi müstəvidə addımlar atılmalıdır. Üçüncüsü, Qərbi Azərbaycanla bağlı mədəni və tarixi irsin qorunması üçün xüsusi layihələr həyata keçirilməlidir, hansı ki, bu istiqamətdə artıq bir çox universitetlərdə, o cümlədən Azərbaycan Dövlət Pedoqoji Universitetinin fəaliyyətini, həmçinin burada yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin, ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru,professor Mahirə Hüseynovanın təsisçisi və baş redaktoru olduğu “Yurdun səsi ”qəzetinin,  “İZ” jurnalının  fəaliyyətlərini  xüsusi vurğulamaq lazımdır.

Qərbi Azərbaycan məsələsi tarixi, siyasi və mədəni cəhətdən böyük əhəmiyyət kəsb edir. Əldə olunan nəticələr göstərir ki, bu mövzuda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş fəaliyyətlərin həyata keçirilməsi vacibdir. Gələcək prespektivlər arasında mədəni irsin qorunması, hüquqların müdəfiəsi və tarixi ədalətin bərbası əsas hədəflər kimi qalır.

Eyni zamanda, Qərbi Azərbaycan icmasının hüquqlarının müdafiəsi və onların öz tarixi torpaqlarına qayıtmaq hüququnun tanınması məsələsi ön planda saxlanmalıdır. Regional sabitlik və ədalətli həll yolu tapmaq üçün Azərbaycan dövlətinin və beynəlxalq təşkilatların birgə əməkdaşlığına ehtiyac var. Uzun müddətli perpektivdə, bu problemin həlli tarixi ədələtin bərpasına və bölgədə sülhün təmin olunmasına xidmət edəcəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri