Icma.az
close
up
RU
“Qərbi Azərbaycan: tarixi mənəvi irsin daşıyıcıları” layihəsi ilə bağlı tədbir keçirilib

“Qərbi Azərbaycan: tarixi mənəvi irsin daşıyıcıları” layihəsi ilə bağlı tədbir keçirilib

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan: tarixi-mənəvi irsin daşıyıcıları” layihəsinin yekun tədbirini keçirib.

Tədbir layihə rəhbəri Əli Hüseynlinin çıxışı ilə başladı. O, tədbir iştirakçılarına layihə haqqında məlumat verdi. Bildirdi ki, layihə çərçivəsində Qərbi Azərbaycandan olan ictimai-siyasi və elm xadimlərinin həyat və fəaliyyəti araşdırılıb.

Üç ay davam edən layihənin məqsədi Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan və Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığını geniş ictimaiyyətə tanıtmaq, onların elmi və mənəvi irsini gələcək nəsillərə ötürməkdir. Bu istiqamətdə 20 araşdırma məqaləsi hazırlanaraq onlayn mediada dərc olunub.

Layihə, eyni zamanda, Qərbi azərbaycanlıların üzləşdiyi tarixi ədalətsizliklərin işıqlandırılması və onların problemlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə Qərbi Azərbaycan İcmasının üzvləri, tanınmış alim və professorlar, araşdırmaçılar, jurnalistlər, magistr tələbələri və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər arasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Qərbi Azərbaycanın tarixindən, deportasiyalardan, xalqımızın üzləşdiyi ədalətsizliklərdən söz açdı, tədbir iştirakçılarına geniş məlumat verdi.

Əslən Qərbi Azərbaycandan olan polis polkovniki Hafiz Təmirov doğulduğu torpaqlardan çıxarılmalarından və digər hadisələrdən danışıb. Ordumuzun qüdrəti və Ali Baş Komandanın qətiyyətli addımları ilə Qarabağa qayıtdığımız kimi Qərbi Azərbaycana da dönəcəyimizə ümidinin böyük olduğunu bildirib.

UNEC-in müəllimi, siyasi fənnlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov layihəni yüksək qiymətləndirərək mövzunun davamlı işıqlandırılmasının vacibliyini vurğulayıb.

Qərbi Azərbaycan İcması Basakeçər rayonunun Nərimanlı kəndi üzrə təhsil bölməsinin rəhbəri Asəf Vəliyev Qərbi Azərbaycandan olan çoxsaylı ziyalıların olduğunu, ancaq onların hələ də yetərli qədər tanıdılmadığını bildirib. Hələ deportasiyadan öncə də təhsil sahəsində ermənilərin azərbaycanlılardan nə qədər geri qaldığını və həsəd apardığından danışan Asəf Vəliyev layihənin məqsədini və görülən işləri yüksək qiymətləndirdi.

Çıxışlardan sonra iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri