Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sani Hacıyev olub. O, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı məkrli siyasətinin tarixi köklərindən söhbət açıb. Bildirib ki, min ilə yaxın dövr ərzində dövləti olmayan, yalnız kilsələr tərəfindən idarə olunan erməni toplumu hər zaman imperialist qüvvələr, böyük dövlətlər üçün alət rolunu oynayıblar.

Tarixçi-alimin sözlərinə görə, erməni keşişlər daim imperialist dövlətlərlə əlaqədə olaraq, onların Osmanlı İmperiyasına qarşı siyasətinin həyata keçirilməsində vasitəyə çevriliblər. Misal üçün, XVIII-əsrin sonu, XIX əsrin əvvəlində erməni keşiş İosif Arqutinskinin təşəbbüsü ilə Çar Rusiyasına müraciət olunub, ermənilərin xidmətləri ruslara təklif olunub. Bu faktdan çıxış edən haylar İosif Arqutinskini Rusiya-erməni münasibətlərinin qurulmasının səbəbkarı kimi qələmə verirlər.

Professor söyləyib ki, XIX əsrin sonlarında Osmanlının zəifləməsindən istifadə edən böyük dövlətlər Türk imperiyasını parçalamaq, müəyyən əraziləri ələ keçirmək üçün hərəkətə keçiblər. Bu dövrdə Çar Rusiyası erməni terror təşkilatlarını səfərbər edərək, eyni zamanda, Osmanlı ərazisində yaşayan, müəyyən vəzifələr tutan erməniləri ələ alaraq, bir neçə cəbhədə mübarizə aparan dövləti içindən parçalamaq niyyətinə düşüb. Bu məkrli plandan irəli gələrək, gələcək məqsədlər üçün hətta erməni kilsələri hərbi bazalara, silah-sursat anbarlarına çevrilib.

S.Hacıyev deyib ki, 1915-ci ildə silahlı erməni terror təşkilatları, ayrı-ayrı erməni silahlı dəstələri Osmanlı ərazisində kütləvi qırğınlar törədib, yaşadıqları ölkəyə böyük xəyanət ediblər. Belə olan halda daxili işlər naziri Tələt Paşa Osmanlı ərazisində təşkilatlanan silahlı erməni terror təşkilatının üzvlərini həbs edib. Ardınca isə yerli müsəlman əhaliyə qarşı düşmənçilik mövqeyi tutan erməni vətəndaşların ölkənin bir ərazisindən digər ərazisinə köçü təşkil edilib. Burada da yeganə səbəb ümumən ölkənin təhlükəsizliyini təmin etmək, qırğınların qarşısını almaq olub.

Tarixçi-alim vurğulayıb ki, ermənilər köçürülərkən onların bütün əmlakının daşınmasına hərtərəfli şərait yaradılıb, hətta qapıda ölən köpəyinə görə də təzminat ödənilib. Lakin ermənilər "Andonyanın sənədləri" adlı saxtakarlığa, uydurmaya istinad edərək bildirirlər ki, guya həmin vaxt iki milyona yaxın erməni sakin öldürülüb. Bu cəfəngiyyatdır, heç bir elmi, rəsmi sübutu, təsdiqi yoxdur. Lakin buna baxmayaraq, indiyə qədər bu saxta tarixdən, uydurmadan Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar.

Professor S.Hacıyev tarixən Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ötən əsrin əvvəlindən 1988-ci ilə qədər həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən də geniş danışıb. Sonda vurğulayıb ki, Qərbi Azərbaycan tarixi Türk torpağıdır və soydaşlarımızın ata-baba yurduna qayıdışı qaçılmazdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Ermənilərin istinad etdiyi "Andonyanın sənədləri" saxtadır"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Mart 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri