Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib?

Qərbi Azərbaycan Xronikası: İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Əbu-Dabi görüşündən sonra Paşinyan komandasını Zəngəzura topladı" adlı süjetdə bu ilin iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə 5 saata qədər davam edən görüşündən bəhs olunub.

Bildirilib ki, Əbu-Dabi görüşü ümumilikdə Bakı və İrəvan arasında aparılan danışıqların uğurlu mərhələlərindən biri hesab olunur: "Son proseslər fonunda Əbu-Dabi görüşündə tərəflərin gündəliyində əsas məsələnin Zəngəzur dəhlizi olduğu qeyd edilib. Əslində, sülh sazişinin önündəki əsas maneələrdən biri məhz Ermənistanın dəhlizə qarşı olması, Azərbaycanın Naxçıvana maneəsiz çıxışına imkan verməməsidir. Lakin Paşinyanın Türkiyə səfərindən sonra Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin yaxınlaşdığı haqda məlumatlar var".

Qeyd olunub ki, Ermənistanda Paşinyanın Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanla gizli şəkildə anlaşdığını hesab edirlər. Belə ki, təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Hayk Nahapetyan, politoloq Artur Xaçikyan və şərhçi Sevak Hakobyanın fikrincə, Azərbaycan Ermənistandan 150 milyard dollarlıq təzminat tələb edir: "Bunu ödəyə bilməyən Ermənistan da Azərbaycanın istədiyi hər şeyi verməlidir. Ermənistan növbəti güzəştlər silsiləsinə hazırlaşır. Azərbaycanlıların geri qayıtması, Zəngəzur dəhlizinin açılması, Qarabağ döyüşlərində iştirak edən və Azərbaycanın cinayətkar hesab etdiyi şəxslərin Bakıya təhvil verilməsi, Ermənistan konstitusiyasının dəyişdirilməsi və digər məsələlər. Paşinyan bunları qəbul edəcək. Mövcud hakimiyyət Ermənistanı regional marionetkaya çevirib. Qarabağda olduğu kimi, Sünikdə də hər şey Azərbaycanın xeyrinə olacaq. Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələsi əsas müzakirə mövzusu olub. Ermənistan tərəfi Azərbaycanın tələblərini qəbul edib".

Sonda vurğulanır ki, Əbu-Dabi görüşü ilə bağlı Ermənistan mediasında gedən müzakirələr və irəli sürülən fikirlər olduqca diqqətçəkəndir: "İstisna deyil ki, Əbu-Dabidə baş tutan geniştərkibli görüşdə bu məsələlər müzakirə olunub. Yekun sülh sazişinin imzalanması da Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi tələblərinin icrası halında mümkün olacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri