Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: VII əsrdə tikilən və adı IX əsrdən yazılı mənbələrə düşən qala

Qərbi Azərbaycan Xronikası: VII əsrdə tikilən və adı IX əsrdən yazılı mənbələrə düşən qala

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “VII əsrdə tikilən və adı IX əsrdən yazılı mənbələrə düşən qala” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ayısəsi, Aytaq toponimləri, Al, Alabkir, Alağac oronimləri, Ayısəsi və Alavar hidronimləri haqqında söz açılır.

Bildirilir ki, Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba orpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını ermənilər hər vəchlə danmağa çalışıblar.

AYISƏSİ - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda qala və çay adıdır. Qalanın adı dəyişdirilərək Arates qoyulub. Çayın isə uzunluğu 12 kilometrdir və Arpa çayına tökülür.

AYISƏSİ - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd adıdır. Adı IX əsrdən xatırlanan kənddə yaşayan azərbaycanlılar 1918 və 1988-ci illərdə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. 1946-cı il sentyabrın 10-da kəndin adı dəyişdirilib Qızılgül, 1991-ci il aprelin 19-da isə Arates qoyulub.

AYTAQ - Talin mahalının eyni adlı rayonu ərazisində kənd olub. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub. Kənd xarabalığa çevrilib və 1920-ci ildə tamamilə ləğv edilib.

AYTAQ - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda kənd adıdır. 1905-1906-cı illərdə azərbaycanlılar qovulub və kənd ləğv edilib. İndi xaraba kənddir.

AL və ALAĞAC – Qərbi Azərbaycanda dağ adıdır.

ALABKİR – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda zağa adıdır.

ALAVAR - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Kirovakan və Quqark adlandırılan rayonda çay adıdır.

Sonda vurğulanır ki, ermənilər bu yer-yurd adlarını da unutdurmağa çalışıblar: “Lakin daşların yaddaşına yazılmış tarixi pozmaq, unutdurmaq haylar üçün əbədi ola bilməz. Çünki, bu, xalqımızın min illər ərzində Qərbi Azərbaycanda yaratdığı mədəni irsin bir parçasıdır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri