Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış: Yeni dövrün strateji hədəfi

Qərbi Azərbaycana qayıdış: Yeni dövrün strateji hədəfi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan ərazisində erməni dövləti yaranandan sonra Cənubi Qafqazda millətlərarası mü¬nasibətlər gərginləşməyə başladı. Bu gərginlik təkcə siyasi müstəvidə yaşanılmırdı, həm də qarşılıqlı toqquşmalar da yaradırdı. Səbəb ermənilərin ərazilərini genişlədirmək niyyəti idi. Özgə torpağında dövlət quranların dövlətçilik siyasəti buna əsaslanırdı. Ermənistan deyilən ərazinin böyük bir hissəsi Zəngəzur adlanırdı, Azərbaycanın tarixi torpaqları idi. Qorqud Dədə demişkən, azərbaycanlılar bu torpaqları əkib-becərirdi də, qoruyurdu da. Gəlmələr onların yaratdığı, yaşatdığı mentaliteti mənimsəyə-mənimsəyə yerli əhaliyə – aborigenlərin yaşamına alışırdı. Dili də öyrənirdilər, mədəniyyəti də mənimsəyirdilər, incəsənəti də, folkloru da. Bu mənimsəmənin, belə mənimsəmənin sonrası milli səviyyədə plagiatlıq oldu. “Ayağına yer eləyənlər” Zəngəzurda belə məskunlaşmaqdaydı, məskunlaşırdı, məskunlaşmışdı. İllər on illər oldu, on illər – yüz illər. Zaman 1988-ə çatdı. “Dəvəsi düzə çıxanlar” “cızığından çıxdılar”. Bu, erməniliyin başqa formada davamı idi...

Ermənilər Qarabağı Ermənistana birləşdirmək niyyətinə düşəndə DTK-nın fəal iştirakı və təşkilatçılığı ilə Sumqayıt hadisələrini törətdilər. Bu, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların qovulması, qətlə yetirilməsi üçün bəhanə oldu. əslində, Sumqayıt hadisəsi məhz bu niyyətlə törədilmişdi. Qışda, soyuqda-sazaqda minlərlə azərbaycanlı doğma yudrundan qovuldu, neçəsi yolda-izdə ömür itirdi. Azərbaycan onlara dövlət səviyyəsində kömək edə bilmədi. Bu, böyük mənəvi sıxıntı yaratdı...
Ermənistan elan etmədən Azərbaycana qarşı ədalətsiz müharibəyə başladı. Bu illərdə müharibə səbəbindən Qərbi Azərbaycanlıların mənəvi sıxıntılarına hayan¬çı¬lıq eləmək mümkün deyildi. Qayıdış istəyi düşüncələrdən üzülməmişdi, hamı bu qayıdışın ger¬çəkləşəcəyini müharibənin qələbə sonluğu ilə eyniləşdirirdi. Bu eyniləşdirmə qayıdışın zəruriliyinin başlanğıcı idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məskunlaşmanın tarixini də, necə məskunlaşmasını da, Azərbaycandan hansı yollarla ayrılmasını da xatırladır. 2006-cı il avqust ayının 14-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində nitqində dedi: “Tarixi baxımdan da Qarabağ həmişə Azərbaycan torpağı olubdur, bizim torpağımızdır. Yəqin, onu da yaxşı bilirsiniz ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır”. Bu nitq də, bu nitqin mahiyyəti də bir gerçəkliyin işığı idi: Azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqdır!
İkinci Qarabağ müharibəsi ərəfəsində təşkilatlanan Qərbi Azərbaycan icması tarixi və milli amilləri əsasında qayıdışın ideoloji mahiyyətini də, şərtlərini də, dünyəvi proseslər fonun¬da zəruriliyini də tarixi, tarixi-milli müstəvidə təqdim edib. Bu tezislər Qərbi Azərbaycana Qayı¬dış üzrə Təşəbbüs Qrupunun, bu anlamda Qərbi Azərbaycan icmasının mübarizəaparma tezis¬ləridir. Qərbi Azərbaycan İcmasının fəaliyyəti dünyəvi proseslərlə səsləşir, Azərbaycanın döv¬lətçilik tarixinin, millli-mənəvi dəyərlər sistemini formalaşdırmış tarixi proseslərin beynəl¬xalq müstəvidə uğurlu dialoq niyyəti azərbaycanlıların erməni millətçiliyinin siyasi sıxıntıları ilə pozulmuş hüquqlarının bərpasına yönəldilib və bu niyyəti bə¬şə¬ri dövlətlər də, dünyəvi dövlətlər də dəstəkləyir. Bu icma məqsədini də qətiyyətlə açıqlayır, dün¬ya dövlətlərinə də qətiyyətlə müraciətlər ünvanlayır. Bu müraciətlər zaman anlamında ta¬ri¬xin dünənələri haqqında tarixi xatırlatmalardır, onlara beynəlxalq hüquqi qiymət verilməsi məqsədidir. Dövlət müstə¬qil¬liyi bərpa olunmuş Azərbaycan bəşəri dövlət olaraq bütün beynəlxalq münasibətlər siste¬min¬də həmişə haqlı olub. Ermənistanla münasibətlərində də haqlı olan Azərbaycan İkinci Qarabağ müharibəsində işğalı sonlandırdı, 2023-cü ilin 20 sentyabrında əra¬zi bütövlüyünü tam bərpa etdi. Tarixi Zəfərdən sonra üçtərəfli Bəyanatla müəyyənləş¬di¬ril¬miş (və milli-xəlqi ruhun, dövlətçilik tariximizin!) tələbləri ilə gerçəkləşməli olan Zəngəzur dəhli¬zi¬nin açılmasında da haqlıdır, Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayııdışı tələbində də. Azərbaycan Res¬pub¬likasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətlən¬dir¬mişdi, demişdi ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə on¬dan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Qərbi Azərbaycana qayıdış Azərbaycanın dövlətçilik tarixinin qüdrəti olacaq, milli ruhun təntənəsi olacaq, pozulmuş hüquqların bərpası olacaq. Bu qayıdış illərdən sonranın qayıdışı ki¬mi dünya ictimaiyyətinin də izləyəcəyi qayıdış olacaq. Ermənilik həmişə təhlükələrdən mühafizə tələb edib. Bu qayıdışın da təhlükəsizliyinin bütün çalarları ilə nəzərə alınması, döv¬ləti ləyaqətlə davam etdiriləcəyinə zamanət verilməsi üçün beynəlxalq aləmdə hərtərəfli, sis¬tem¬li, kəsilməz fəaliyyət göstərilməsi zəruridir. Azərbaycan Respublikasının Prezidenti cə¬nab İlham Əliyev deyib: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də de¬yi¬rəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.
Dövlət başçısı müxtəlif çıxışlarında iki əsrdən də çox bir zamanın o üzündə qalmış ədalətsizliyin unudulmadığını, xalqın heysiyyət yaddaşında qaldığını, olmuşlrdan olacaqlara ruhun çağırışı eşidiləcəyini də həmişə qətiyyətlə bildirib. Xalq bunların dövlətin, dövlətçiliyin adından deyildiyinə əminliklə inanıb ki, “kələklə gələn küləklə gedir”. Prezident İlham Əliyevin qətiyyətlə dediyi kəlamlar zamanın tarixə xəbərdar¬lı¬ğıdır: “Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi hə¬qi¬qətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır”.
Qərbi Azərbaycanlıların qayıdış hüququnun zəruriliyini cənab İlham Əliyev 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsa¬hi¬bə¬sində tarixi aspektdən şərh edərək dedi: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də ver¬di¬yim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əl¬bət¬tə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüqu¬qu¬dur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq...”.
Qərbi Azərbaycanlılar İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin davamı kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının davamı kimi tarixi ərazilərimizə qayıdacaqlar. Onda hamımız deyəcəyik ki, dün¬yanın pozulmuş nizamını bu ruh düzəltdi!..

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see252

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see222

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see220

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see220

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see213

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see200

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see192

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see192

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see190

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see190

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see189

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see187

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see187

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see185

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see183

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see176

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see175

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see173

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see171

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri