Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdışla bağlı atılan addımlar öz bəhrəsini verəcək Deputat

Qərbi Azərbaycana qayıdışla bağlı atılan addımlar öz bəhrəsini verəcək Deputat

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvəsi iqtisadi, xüsusilə də siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edən tədbir idi. Məlumdur ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. Bu dövr ərzində artıq üçüncü dəfə idi ki, ölkəmizdə ECO-nun Zirvə toplantısı keçirilirdi. Bundan əvvəlki iki toplantı Bakıda baş tutub, Xankəndidəki sayca üçüncü Zirvənin xüsusi anlamı var. Bu, növbəti dəfə təsdiqləyir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, geniş bərpa-quruculuq işlərini həyata keçirir, yeni infrastruktur layihələrini icra edir, faktiki olaraq insanlarımızın geri qayıdışı ilə həmin ərazilərdə həm də bir canlanma özünü göstərir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat əlavə edib ki, Azərbaycan onsuz da artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün bir məkana çevrilib. İşğala son qoyulduqdan sonra həmin ərazilərimiz də beynəlxalq tədbirlərə ev sahibliyi edir: “İlk dəfə idi ki, ECO-nun Zirvə toplantısı ilə yanaşı, bir həftəlik də keçirildi. Laçında, Şuşada, Ağdamda reallaşan Gənclər Forumu, eləcə də İqtisadi forum və İƏT qadınlarının tədbirləri Zirvəyə əlavə çalarlar qatmış oldu. Tədbirdə üzv dövlətlərin liderlərinin və digər rəsmilərinin iştirakı Azərbaycanın burada əsas aparıcı dövlət olduğunu və ölkəmizə bəslənən münasibəti, hörməti göstərdi.  Bu, birmənalı olaraq Azərbaycan Prezidentinin nüfuzunun göstəricisi idi. Bir daha vurğulamaq istəyirəm ki, Xankəndi Zirvəsi həm də Xankəndini dünyaya nümayiş etdirdi. Otuz il ərzində ermənilər həmin əraziləri ancaq xaraba qoymaqla məşğul olmuşdularsa, biz bərpa-quruculuq işləri həyata keçiririk. Bu, dünyaya, dostlarımızla yanaşı düşmənlərimizə də bir mesajdır ki, Azərbaycan hansı qüdrətə, gücə sahibdir. Azərbaycan coğrafi mövqeyinə görə regionda olduqca əhəmiyyətli bir ölkədir. Təbii ki, siyasi, iqtisadi, dövlətlərarası münasibətlərin bu kontekstdə yüksəlməsi həm də onunla bağlıdır ki, Azərbaycan Şimal-Cənub, eləcə də Şərq-Qərb üzərində əsas məntəqədir. Bu baxımdan da ölkəmizin önəmi diqqət cəlb edir”.

A.Əlizadə söyləyib ki, Zirvə toplantısında bir çox önəmli məsələlər müzakirə olundu. Qürurverici haldır ki, ECO-nun Zirvəsində həm də Qərbi Azərbaycandan zamanında qovulmuş, deportasiyaya məruz qalmış, didərgin salınmış bacı-qardaşlarımızın, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdış hüququnun bir daha təsdiqlənməsi, təsbit olunması və dünyaya bəyan edilməsi prosesi baş verdi ki, bundan əvvəl də İslam Əməkdaşlıq Təşkilatında anoloji qətnamə qəbul edilib: “Qərbi Azərbaycan ifadəsi artıq  Ermənistan rəhbərliyinin, eləcə də bütün erməni cəmiyyətinin qorxulu yuxusuna çevrilib. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycanın bu məsələdə atdığı qətiyyətli addımlar öz nəticəsini, bəhrəsini verəcək. Bizim həmin ərazilərdən qovulmuş bacı-qardaşlarımızın geri qayıtmaq hüququ var. Bu, beynəlxalq hüquqla da bu təsbit olunmuş məsələdir, Azərbaycan qeyd edilən istiqamətdə olduqca ciddi addımlar atır, artıq beynəlxalq platformalarda, bir sıra beynəlxalq  təşkilatlarda, son qərar da daxil olmaqla, bu məsələ gündəmə gətirilir. Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yerinə yetirilməsi istiqamətində ardıcıl addımlar atması təbii ki, öz bəhrəsini verəcək. Ermənilər və onlara havadarlıq edənlər bundan çox ciddi əndişələnirlər. Konkret olaraq başa düşürlər ki, bu, qarşısıalınmaz prosesdir və bizim soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ birmənalı olaraq təmin ediləcəkdir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see326

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see208

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see187

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see180

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see180

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see168

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see131

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see130

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri