Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var MÜSAHİBƏ

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var MÜSAHİBƏ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əziz Ələkbərli: “Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk eləmirlər”
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Modern.az saytınamüsahibə verib.
 

- Əziz müəllim, hər ilin dekabrı dünya azərbaycanlıları üçün həm də deportasiya ilə assosiasiya olunur. Necə hesab edirsiniz, Qərbi azərbaycanlıların deportasiyasını dünyanın diqqətinə çatdıra bilirik?
 

- Dekabr ayı doğrudan da tariximizə həm də soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hadisələrlə xarakterizə olunur. Məhz 1947-ci il dekabr ayının 23-də ermənilərin təkidi ilə Stalin Ermənistan SSR ərazisindən 100 min nəfər azərbaycanlı əhalinin deportasiyası barədə 4083 nömrəli qərar qəbul etmişdi və bu qərar 150 minə yaxın insanı evindən-yurdundan didərgin salmış, ölümün, aclığın qucağına atmışdı.

Eyni ssenari 1988-ci ilin dekabrında da təkrar olundu. Ermənistanın o vaxtkı rəhbərliyinin göstərişi ilə noyabrın 24-də start götürən azərbaycan­lıların son nəfərinə qədər ata-baba yurdlarından zorla çıxarılması prosesi dekabrın 5-də başa çatdı. Ermənistan monoetnik dövlətə çevrildi.  

Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına ilk tarixi-siyasi qiymətin verilməsi də dekabr ayına təsadüf edir. Belə ki, Ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası ilə bağlı fərman imzalayıb.
- Ata-baba yurdlarından sürülən soydaşlarımız Azərbaycandan başqa, daha çox hansı ölkələrdə məskunlaşıblar?
 

- Ermənilər tərəfindən etnik təmizləməyə məruz qalan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycanda məskunlaşsa da, keçmiş SSRİ-nin müxtəlif bölgələrində məskunlaşanlar da az olmadı. Məsələn, Gürcüstanla sərhəddə yerləşən Dağ Borçalısına Loru mahalına aid olan dörd rayondan – Allahverdi, Cəlaloğlu, Barana və Vorontsovkadan, həmçinin və Amasiya rayonundan qovulan soydaşlarımızın bir hissəsi sığındı, indi də orada yaşayırlar. Bundan əlavə, keçmiş SSRİ-nin müxtəlif bölgələrində hərbi xidmətdə olanların, təhsil alanların, mövsümi işlərdə çalışanların böyük bir hissəsi geri dönmədi. Çox təəssüf ki, qohum-əqrəbaları, hətta bəzən valideynləri Azərbaycanda yaşasa da, özlərinin Azərbaycana qayıdışında ciddi problemlər mövcuddur, onlar vətəndaşlıq ala bilmirlər.
- Deportasiya ilə Ermənistanda sonuncu azərbaycanlı öz tarixi yurdundan qaçqın edildi. Məlumatlara görə, Qərbi Azərbaycanda bizə aid bütün tarixi-mədəni nümunələr, qəbiristanlıqlar, bir sözlə, milli izimiz yox edilib. Bunu bərpa etmək mümkün olacaqmı?


- Erməni vandalizmi sərhəd tanımır, necə ki Qarabağda və Şərqi Zəngəzurda xalqımızın tarixi-mədəni irsini məhv etmək siyasəti yürüdüblər, eləcə də Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi-mədəni irsi yer üzündən yox etməyə çalışıblar. Amma necə ki işğaldan azad olunmuş ərazilərimizi yenidən bərpa edirik, Qərbi Azərbaycana da qayıtdıqdan sonra orada erməni vandalizminə məruz qalmış izlərimizi bərpa edəcəyik. Buna heç kəs şübhə etməsin.

- 44 günlük Zəfər savaşımız Qərbi Azərbaycana yol açdı. Qərbi azərbaycanlıların sosial-psixoloji durumu necədir?
 

- 44 günlük Vətən müharibəsi millətin zəifləmiş milli ruhunu özünə qaytardı, cənab Prezident mümkün olmayanı etdi. Bu gün artıq heç kəs şübhə etmir ki, biz nəinki Zəngəzura, Göyçəyə dönəcəyik, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər qarışına qayıdacağıq: Zəngəzurdan tutmuş Ağbabaya qədər, Vedidən tutmuş Göyçəyə qədər.

- İşğal edilən tarixi torpaqlarımızı hər an yada salırıq. Bu, milli xarakterdir, yoxsa dövlət siyasəti?
 

- Hər ikisi. Sonuncu deportasiyadan 36 il keçir, amma insanlarımız doğma ocaqlarına qayıdacaqlarına ümidlərini bir an belə itirməyiblər. Bir geriyə dönüb baxın, görün bu 36 ildə Qərbi azərbaycanlılar neçə dəfə qayıdışa təşəbbüs üçün təşkilatlanmağa cəhd ediblər. Amma bunların hamısı uğursuz olub. Bilirsiniz niyə? Ona görə ki, millətin və dövlətin qarşısında daha mühüm və taleyüklü məsələ vardı: işğal altında olan Qarabağ və Şərqi Zəngəzur. Artıq işğal altında olan ərazilərimiz düşməndən geri alınıb və biz suverenliyimizi bərpa etmişik. İndi hədəfdə Qərbi Azərbaycandır. Ermənilər soydaşlarımızı Qərbi Azərbaycandan vəhşicəsinə qovublar, yüzlərlə insanımız döyülüb, şikəst edilib, qətlə yetirilib. Amma biz öz torpaqlarımıza dinc yolla qayıtmaq istəyirik. Ona görə yox ki, biz onlardan qorxuruq, xeyr, ona görə ki, biz ata-baba yurdumuza sahib çıxmaq istəyirik, o torpaqlar bizə əcdadlarımızın yadigarıdır.

- Bir zamanlar Qarabağla bağlı bədbin fikirlər var idi. İndiki gerçəkliklər gələcəyə optimist baxmağa imkan yaradır. Bu mənada Qərbi Azərbaycan bizə nə qədər yaxın, nə qədər uzaqdır?


- Qərbi Azərbaycan bizə yaxından yaxındır, Qərbi Azərbaycan bizim şüurumuzdadır, qəlbimizdədir, ürəyimizdə, ruhumuzdadır. Heç bir qüvvə, o da ola erməni, onu bizim ruhumuzdan çıxara bilməz. Bir yox, on Fransa ola, daha onu da kömək edə, heç bir qüvvə bizim doğma yurda qayıdışımızı əngəlləyə bilməz. Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk eləmirlər...
 

- Saz - söz yurdu olan Qərbi Azərbaycan öz adət-ənənələrini nə qədər qoruyub, nə qədər unudulub?
 

- Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi fəaliyyət göstərir və institutun əməkdaşları artıq iki ildir ki, Azərbaycanın rayonlarını kənd-kənd gəzib, qaçqın Qərbi azərbaycanlılardan folklor mətnləri toplayırlar. Onlar heyrət edirlər ki, insanlarımız öz adət-ənənələrini, mərasim və mətbəxlərini, ləhcə, deyim və digər söz yaddaşlarını nə qədər həssaslıqla qoruyub saxlayıblar. Bu, təkcə Qərbi azərbaycanlılara xas olan xüsusiyyət deyil, bu, biz azərbaycanlılara xas olan dəyərdir. Bir Türkiyənin İqdır, Qars bölgələrinə səfər edin, kəndləri gəzin, artıq üç-dörd nəsildir ki, orada doğulub yaşayırlar, amma elə bilirsən ki, İrəvanda, Bakıda, Gəncədə, Şəkidəsən danışıq həmin danışıq, mətbəx həmin mətbəx, adət-ənənə həmin adət-ənənə...
 

- Müqayisə aparmısınız, 80 yaşlı və 8 yaşlı Qərbi azərbaycanlı... Ortada nələr görünür?
 

- Müqayisə aparmışam, biri 80 yaşlı Qərbi azərbaycanlıdır, o biri 8 yaşlı Qərbi azərbaycanlı. Ortada həsrətində olduğumuz bir Vətən var – Qərbi Azərbaycan. Bir də bizim Vətənə Qayıdış inadımız – səkkizindən səksəninə qədər.

- Qərbi Azərbaycan İcmasının fəaliyyəti həm daxildə, həm xaricdə bizi istəklərmizə yaxınlaşa bilir?


- Bəli, addım-addım istəklərimizə yaxınlaşırıq. Son iki ildə üç böyük uğura imza atmışıq. Birincisi, Qərbi azərbaycanlı insanlarımızı Vətənə qayıdış ideyası ətrafında birləşdirmişik. İndi bu ideyaya bütün varlığı ilə qoşulmayan Qərbi azərbaycanlı tapmaq mümkün deyil. İkincisi, bu iki il ərzində biz bu ideyanı ümummilli ideyaya çevirə bilmişik. Artıq nəinki 10 milyonluq Azərbaycan xalqı, 60 milyonluq bütün dünya azərbaycanlıları bu ideyanı ümummilli ideya, strateji hədəf kimi qəbul edir və bu ideyaya öz töhfəsini verir. Üçüncüsü, iki ildə biz bu məsələni beynəlxalq müstəviyə çıxara bildik. Əgər keçən il biz sənədlərimizi BMT-nin rəsmi sənədləri kimi dünyaya yaydıqsa, artıq bu il bir neçə dəfə müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin, ATƏT-in tədbirlərində İcma adından dəvət alır, iştirak və çıxış edirik.
 

- Bəzən fikirlər gəzir ki, ölkə əhalisinin yüzdə doxsanı Qərbi azərbaycanlıdır. Siz necə düşünürsünüz?
 

- Yanlış fikirdir, ölkə əhalisinin yüzdə doxsanı yox, yüzdə yüzü Qərbi azərbaycanlıdır. Millət olaraq bizim gücümüz də bundadır. Əgər dünən ölkə əhalisinin yüzdə yüzü qarabağlı olmasaydı, biz düşmənə qalib gələ bilməzdik. Bu gün də ölkə əhalisinin yüzdə yüzü Qərbi azərbaycanlı olmalıdır, olmağa borcludur. Biz millət olaraq yüzdə yüz qarabağlı, bakılı, gəncəli, lənkəranlı, qubalı, irəvanlı olmasaq, düşmən bizi məhv edər. Çünki bizi istəməyənlər bizi istəyənlərdən az deyil. Bu milli birliyi cənab Prezident özünün Azərbaycan sevgisi ilə yaradıb və biz onu qorumalıyıq.

- Şuşadan, Xankəndidən Zəngəzura görünən yolun sonu hara gedir?


- Xatırladıram ki, Şuşanın üç qapısı var: Gəncə qapısı – Gəncəbasara gedir, Ağoğlan qapısı – Zəngəzura aparır, İrəvan qapısı – Qərbi Azərbaycana uzanır. Bunlar ilahi simvollardır. Biz bu mənzillərin hamısına gedəcəyik. Bu yolun sonu Türkün milli-tarixi-mifik təfəkküründə Qızıl Almadır. Biz də Qızıl Almaya gedirik. Bu yolda qırx otaqdan keçməyə, divləri öldürməyə, gözəlləri və gözəllikləri əsarətdən xilas etməyə gedirik.

- Qərbi Azərbaycan İcmasının sədri olaraq, deportasiya ayında xalqa, Qərbi azərbaycanlılara nə müjdə verə bilərsiniz?
 

- 2020-ci ilin 27 sentyabrından başlayaraq hər günümüz bir tarixdir, 8 Noyabr Zəfər bayramından üzü bəri zəfərdən zəfərə gedirik. Və bu tarixi, bu zəfərləri bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Öncə Tanrı Onu qorusun! O ki qaldı müjdə məsələsinə, doğrudan da, yaxın günlər üçün Qərbi azərbaycanlılara verə biləcəyim möhtəşəm bir müjdə, möhtəşəm bir xəbər var. Tezliklə özləri şahid olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri