Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Qərbi azərbaycanlılara yaşadılan məcburi köç və itkilərə görə indiki Ermənistan dövləti məsuliyyət daşıyır

Qərbi azərbaycanlılara yaşadılan məcburi köç və itkilərə görə indiki Ermənistan dövləti məsuliyyət daşıyır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbi Azərbaycanlılar uzun illərdir ki, öz dədə-baba yurdlarından didərgin salınıb. Ermənistan 2023-cü ildə Qarabağdan ermənilərin könüllü çıxmasını etnik təmizləmə adlandıraraq və yaxud qondarma soyqırımdan danışaraq, ikili standartlara meylli olan, xristian təəssübkeşliyi çəkən Qərb ölkələri qarşısında özünü məzlum xalq kimi göstərərək, tərəzisi çaşmış ədalətin onların tərəfində olmasını təmin edə bilir. Bir reallıq da var ki, Themisin tərəzisini belə kənara atsan, o reallıq dəyişməyəcək ki, bu da qərbi azərbaycanlıların zor gücü, hədə-qorxu, ölüm təhdidi ilə öz yurdlarından deportasiya edilməsi və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmədir. Ermənistan nə qədər haqlı olduğunu iddia etsə də, tarix reallıqları özündə əks etdirir və bu tarixi heç bir qüvvə dəyişə bilməz...

Uzun müddətdir ki, qərbi azərbaycanlıların haqlı tələbləri cavabsız qalır. Acı olsa da, reallığı qəbul etmək lazımdır ki, bu məsələ hələ uzun illər də cavabsız qalacaq. Axı qarşımızda özünü “süddən çıxmış ağ qaşıq”, “günahsız”, “soyqırıma məruz qalan”, “məzlum”, “döyülən”, “öldürülən”,”etnik təmizləməyə məruz qalan” kimi göstərən, əslində ikiüzlü və qana susamış, siyasi arenada “qucaqdan qucağa” keçən, tərəf dəyişdirməkdən yorulmayan, oyuncaq olmaqla "tarix" yazan bir kütlə var...

Ötən günlərdə Milli Məclisin deputatı Hikmət Babaoğlu Milli Məclisdə qərbi azərbaycanlıların təzminat məsələsini qaldırıb. Deputat qeyd edib ki, Ermənistan qərbi azərbaycanlılara kompensasiya ödədiyini iddia edib: “Ermənistan xarici işlər nazirinin bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir. Birincisi, Ararat Mirzoyanın dediyi kimi, "170 min" deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verildi. Amma ödənilən kompensasiya xərcləndikdən və evlər təmir edildikdən sonra həmin evlər ermənilər tərəfindən mənimsənildi, qərbi azərbaycanlıların mülkiyyət hüququ tapdandı”.

Hansı beynəlxalq hüquq maddələrinə əsasən bu hüquqi tələb irəli sürülə bilər?Qərbi azərbaycanlılar bu təzminatı beynəlxalq tələb əsasında hansı ölkədən tələb edə bilər?Bu təzminatı indiki Ermənistan, yoxsa o vaxtkı Sovetin xələfi Rusiya ödəməli olacaq?

“Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, XIX əsrin əvvəllərindən Cənubi Qafqaza köçürülən ermənilər azərbaycanlılara qarşı dəfələrlə etnik, milli və dini zəmində cinayətlər törədiblər.

Yalçın Hacızadə

“Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi də bu cinayətlərdəndir. Həmin ərazilərdən azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: birinci mərhələ 1905-1920-ci illər, ikinci mərhələ 1948-1953-cü illər və üçüncü mərhələ 1988-1992-ci illər. Erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırımına və məcburi deportasiyaya məruz qoyulub. 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub”-deyən politoloq qeyd edib ki, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti və “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlıları tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülüb.

“Qeyd olunan faktlarda beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan cinayət əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb”-deyə Yalçın Hacızadə bildirib.

Politoloq hesab edir ki, azərbaycanlıların tarixi torpaqlarımızdan məcburi köçə məruz qoyulmasının əsas məqsədi Ermənistanın "təmizlənmə" siyasətinin gerçəkləşdirilməsi idi.

“Qərbi azərbaycanlıları yaşadıqları dədə-baba torpaqlarından deportasiya etməklə, Ermənistan beynəlxalq hüququn normalarını da pozub. Beynəlxalq hüququn pozulması beynəlxalq cinayət məsuliyyəti yaradır və belə hallar “insanlıq əleyhinə” və “soyqırım” cinayətləri kimi tövsif olunur. Bu kateqoriya cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyə müddət şamil edilmir. Yəni cinayət hadisəsinin baş verməsindən uzun müddət keçsə də, cinayət məsuliyyətinə cəlb edilmə üçün müddətinin keçməsi nəzərə alınmır”-deyə Yalçın Hacızadə qeyd edib.

Politoloq vurğulayıb ki, beynəlxalq hüquqi məsuliyyət – beynəlxalq hüquq pozuntusu nəticəsində digər dövlətə və ya dövlətlərə (və yaxud beynəlxalq hüququn başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir: “Dövlətin hər bir beynəlxalq hüquqa zidd əməli həmin dövlətin beynəlxalq məsuliyyətinə gətirib çıxarır. Beynəlxalq hüquqi məsuliyyətin iki növü var; - qeyri – maddi məsuliyyət (buna siyasi məsuliyyət də deyilir) və maddi məsuliyyət. Eyni zamanda, bunlar – restitusiya, kompensasiya, satisfaksiya və təkrar etməmə təminatı adlanır. Restitusiya – hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Buna daxildir: zəbt edilmiş ərazinin bütünlüklə azad edilməsi, qeyri-qanuni ələ keçirilmiş əmlakın geri qaytarılması, qeyri-qanuni həbs edilmiş şəxslərin azad edilməsi.

Kompensasiya – dövlətə və şəxslərə vurulmuş maddi (iqtisadi baxımdan qiymətləndirilən bilən) zərərin pul formasında ödənilməsidir.

Satisfaksiya – beynəlxalq hüququ pozuntu törətmiş dövlətin qeyri-maddi məsuliyyəti formasıdır. Yəni zərər vuran dövlət zərərçəkmiş dövlətdən rəsmi şəkildə üzr istəyir, törədilmiş əməllərə görə təəssüfünü bildirir, törədilmiş əməlin hüquqa zidd olduğunu etiraf edir və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasında əməkdaşlıq edir.

Təkrar etməmə - delikvent (zərərvuran) dövlətin bu cür hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə öz üzərinə xüsusi öhdəlik götürməsidir.

Məsuliyyət daşıyan dövlət vurduğu zərəri restitusiya (bərpa) edə bilmirsə, kompensasiya yolu ilə ödəməyə borcludur”.

Yalçın Hacızadə əlavə edib ki, hazırkı Ermənistan dövləti Ermənistan SSRİ-nin hüquqi varisidir. Ona görə Ermənistan SSRİ zamanında törətdiyi cinayət əməllərinə görə də, indiki Ermənistan dövləti məsuliyyət daşıyır və varislik haqqı Ermənistanın konstitusiyasında da göstərilib.

“Eyni zamanda, biz bilirik ki, ermənilər 1915-ci il Osmanlı dövlətinə qarşı qiyama qaldırmış və həmin zaman baş vermiş hadisələri “soyqırımı” kimi qiymətləndirməyə çalışaraq indiki Türkiyə Cümhuriyyətindən təzminat almaq istəyirlər. Deməli, elə ermənilərə qarşı öz siyasətlərindən istifadə etmək olar”-deyə Yalçın Hacızadə vurğulayıb.

P.S. Ermənilər bu reallığı nə qədər qəbul etməsə də, bu gün Ermənistan torpaqları adlanan bütün ərazilər son qarışına qədər Azərbaycan torpaqlarıdır və bu da tarixdən silinməyəcək əsl reallıqdır...

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri