Icma.az
close
up
RU
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır

Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

OCCPR kmi qurumlar özlərinin müstəqil olduqlarını elan etsələr də, onların maliyyə mənbələri tamamilə fərqli bir mənzərə yaradır


ABŞ, Avropa və ümumilikdə Qərb ölkələri, onların yaxın tərəfdaşları OCCRP-nin hədəfində deyil, qalan dünya, xüsusən də Azərbaycan qurumun bir nömrəli hədəfidir



Dropsitenews.com resursunda Ryan Grim, Ștefan Cândea və Nikolas Leontopoulosun müəllifliyi ilə dərc olunmuş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqaləsində “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) haqqında bu təşkilatın mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc edib. Bundan başqa, Fransanın Mediapart onlayn qəzeti belə bir məlumat dərc edib ki, Almaniyanın NDR ictimai telekanalı OCCRP ilə bağlı araşdırma aparıb və Mediapart, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları bu araşdırmada iştirak ediblər.


Dropsitenews.comun və Mediapartın dərc etdiyi materiallarda OCCRP-nin əsasən ABŞ-dən maliyyələşdirildi öz təsdiqini tapır. Araşdırmada qeyd edilib ki, təşkilatın maliyyəçiləri arasında Soros Fondu, USAİD və ABŞ Milli Demokratiya Fondu varmış Onu da əlavə edək ki, bu günə kimi çıxan materialların xarakteri onun arxasında  ABŞ xüsusi xidmət orqanlarının durduğunu göstərir.


Dropsitenews.comun məlumatına əsasən, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP ABŞ dövlətinin layihəsidir.


Qurulduğu dövrdən indiyə kimi OCCRP ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1.1 milyon dollar Avropa  İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb. Maraqlıdır, OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİDin ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. USAİD-in OCCRP üzərində hökmünü daha aydın təsəvvür etmək üçün eləcə bir  faktı qeyd etmək kifayətdir ki, o, OCCRP-dən layihələri və əməkdaşları ilə bağlı hər il hesabat  tələb edir və bütün bunlarla bağlı söz sahibidir.

Sensasiya doğuracaq daha bir məqam ABŞ hökuməti OCCRP-yə hansı istiqamətlər üzrə işləyəcəyi barədə direktivlər verməsi ilə bağlıdır.

ABŞ xüsusi xidmət orqanları dövlətin maraqlarına dair hər hansı bir faktı müəyyən edir, sonra hökumət OCCRP kimi təşkilatları ortaya salıb, onlara həmin məlumatını verir, maliyyə  ayırır, daha sonra artıq rəsmi qaydada prosesə ağır artilleriya – ABŞ-nin xüsusi xidmət və dövlət orqanları daxil olurlar. Bundan sonrakı mərhələdə isə ittihamlar, sanksiyalar, hərbi müdaxilələr və s.

Beləliklə, bu günə kimi OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr aydındır.




COP29 daxil bir sıra hadisələrlə bağlı Bakıya qarşı əsassız iddialar səsləndirən, qərb dairələrinin təhriki ilə ölkəmizi hədəf alan OCCRP-ni işfa edən məqaləni “Sherg.az”a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Qeyri-Hökumət Təşkilatları və müstəqil olduqları iddia edilən fondlar haqqında təsəvvürlərimiz SSRİ-nin süqutundan sonra başlayıb. Buna qədər birpartiyalı sistemdə formalaşan düşüncəmizin nə alt, nə də üst qatlarında bizə vətəndaş cəmiyyəti instututları kimi təqdim olunan bu qurumların gerçək mahiyyətini və fəaliyyət istiqamətlərini çözə biləcək heç bir iz yox idi: 


“İlk baxışda “demokratiya”, “söz, fikir və media azadlığı”, “insan haqları” və bu kimi gəlişigözəl adlar və şüarlar altında fəaliyyət göstərən təşkilatlar bizə “xilasedici”, yaxud “qoruyucu” mələk kimi görünür və ya təqdim olunurdular.

Onlar bizə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun, çoxpartiyalı sistemdə yaşamağın və daha yaxşı yaşamağın sirlərini öyrədir, bu işə yüz milyonlarla dollar vəsait xərcləyirdilər... Mərkəzi ofisləri əsasən Qərb ölkələrində yerləşən bu təşkilatlar dövlətə ödədiyi verginin hər qəpiyinin hesabını soran vətəndaşlarının pullarını biz yaxşı yaşayaq deyə havaya sovururdular... 

Nə üçün? Niyə? Kapitalizmin tərbiyə etdiyi, qazanc gətirməyən, maddi qarşılığı olmayan hər hansı bir işə 1 sent belə xərcləməyən amerikalı, yaxud fransız hansı səbəblərdən bizim daha yaxşı yaşamağımız üçün dövlətin, transmilli korparasiyaların ayırdığı vəsitləri havaya sovurmalıydı ki? 

Bizi bizdən çoxmu sevirdilər? 

Bu gün mahiyyətini açdığımız, anladığımız və anlatdığımız şəbəkənin bizə qarşı təzyiqlərinin, böhtan və qarayaxma kampaniyalarının əsasında da real mənəzərəni olduğu kimi görməyimiz, dərk etməyimiz dayanır.

Mənzərə isə mürəkkəb adlar və texnologiyalar vasitəsilə təqdim edilsə də, əslində çox bəsitdir. Əsrlər öncə missioner təşkilatlarının dini təbliğat adı altında reallaşdırdıqları missiyanı bu gün “beynəlxalq” təsisatlar və onların yerlərdəki nümayəndələri həyata keçirirlər. Sadəcə adlar və təbliğatın ideoloji tezisləri dəyişib. Yəni, əvvəllər bu prosesin başında kilsə, yaxud hər hansı bir mərkəzi dini mərkəz dayanırdısa, indi dövlətlər və transmilli korparasiyalar dayanır”. 


E. Mirzəbəylinin sözlərinə görə, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar əslində iddia olunduğu kimi demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyət göstərmirlər, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər: 

 “İnformasiya məkanı maraqların mübarizəsi, siyasi və geosiyasi gedişlərin manipulyasiyası, sosial-psixoloji təsir və təzyiq vasitəsi kontekstində ön plana çıxdı, yeni ictimai-siyasi və iqtisadi münasibətlər, dəyərlər sistemi formalaşdı, ənənəvi geosiyasi istiqamətlərə ilk baxışda daha mürəkkəb görünən elementlər əlavə olundu. Şübhəsiz ki, mahiyyət olduğu kimi qaldı, hədəflər dəyişmədi, sadəcə hədəfə çatmaq üçün istifadə olunan vasitələr yeniləndi, daha mürəkkəb və daha aldadıcı xarakter aldı...

Müasir dövrdə istər daxili siyasi, istərsə də qlobal geosiyasi prosesləri media və sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil. 

Ölkələrin milli təhlükəsizliyinin təmin olunması və ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və digər problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də  ciddi müzakirə mövzusudur.  

İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə geosiyasətin ənənəvi istiqamətlərinə də korrektələr olunur. İndi geosiyasətin müzakirə predmetləri təkcə dövlət, onun hərbi-siyasi və iqtisadi potensialından ibarət deyil. 

İndi dünyaya hökm etmək üçün bu və ya digər qitəyə, dünya ökeanına sahiblənmək də yetərli deyil. Dövlətlərin geosiyasi potensialı təkçə maddi resurslarla məhdudlaşmır,  həm də onların mənəvi gücünün, milli və dövlətçilik ruhunun sərhədlərinin genişliyi ilə ölçülür. Bu gün bu və ya digər dövlətin gücünü zəiflətmək üçün onun maddi resurlarının hədəfə alınmasına bir çox hallarda ehtiyac qalmır. Transmilli kütləvi informasiya vasitələri və çağdaş informasiya və kommunikasiya vasitələrindən yararlanmaqla milli mədəniyyətin, dilin, mənəvi dəyərlərin sıradan çıxarılması əslində elə dövlətin özünümüdafiə mexanizmlərinin məhv edilməsi deməkdir. 

Lakin qeyd etmək lazımdır ki, transmilli kütləvi informasiya vasitələri, sosial şəbəkələr və geosiyasi alət kimi klassik hesab edilməyən digər yeni mexanizmlər tarix boyu mövcud olan siyasi texnologiyaların yenilənmiş və daha çevik şəkildə tətbiq edilməsi mümkün olan nümunələridir. Əgər bir neçə yüz il əvvəl səlib yürüşlərindən öncə qəsb edilməsi nəzərdə tutulan ərazilərə missionerlər göndərilirdisə, indi artıq bunun üçün dənizləri aşmağa, səhraları keçməyə ehtiyac qalmır. 

Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması  və yaxud  idarə etməsi  yalnız  onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə  yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə,  ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər”. 


Deputat hesab edir ki, qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan cəsus şəbəkələrinin iştirakı ilə yaradılır: 

“Sözügedən OCCPR, o cümlədən də insan hüquqları, söz və mətbuat azadlığı təşkilatları, reytinq agentlikləri və sorğu mərkəzlərinin əksəriyyəti ya mənsub olduqları dövlətlərin büdcəsi, ya da büdcədən maliyyələşən fondların ayırdığı vəsaitlər hesabına fəaliyyət göstərirlər. Yəni bu qurumlar özlərinin müstəqil olduqlarını elan etsələr də, onların maliyyə mənbələri tamamilə fərqli bir mənzərə yaradır.Yeni çağırışlara cavab vermək üçün real geosiyasi məkanda olduğu kimi kibirməkanda da təhlükəsizliyimizin təmin olunması qarşımızda dayanan ən önəmli vəzifələrdən biridir. Transmilli medianın, sosial şəbəkələrin, beynəlxalq bəhanə təşkilatlarının yaratdığı idarə olunan xaotik informasiya mühitində milli maraqlarımızın qorunmasının yolu informasiya təhlükəsizliyimizə konseptual yanaşmaqdan keçir.

Məqalədən də göründüyü kimi, OCCRP müstəqil qurum deyil və jurnalistikanın təməl prinsiplərinə əməl etmir. Araşdırmada göstərilib ki,  ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən OCCRP ABŞ ilə bağlı araşdırma aparmaq hüququna malik deyil. OCCRP-nin sahibi Drew Sullivan deyib ki, “Bu ölkəni öz pulu ilə xəbər etmirik. Hesab edirəm ki, ABŞ heç hökuməti də buna icazə vermir... Ancaq belə məhdudiyyətlərin olmadığı digər ölkələrdə də bunu etmirik, çünki bu sizi maraq toqquşmasına soxur və belə durumlardan uzaq durmaq istəyirik”. Çox maraqlı açıqlamadır. ABŞ, Avropa və ümumilikdə Qərb ölkələri, onların yaxın tərəfdaşları OCCRP-nin hədəfində deyil, qalan dünya, xüsusən də Azərbaycan qurumun bir nömrəli hədəfidir. Həqiqətən də, 2000-ci illərin əvvəllərində Microsoft və nəhəng mühəndislik-çalışma şirkəti olan Bechtelin bir neçə Balkan ölkəsində korrupsiya qalmaqallarında adları  keçirdi, ancaq bu məsələ nədənsə OCCRP-nin diqqətini cəlb etmədi. Baxmayaraq ki, bu qalmaqallar  OCCRP-nin yerləşdiyi coğrafiyada baş vermişdi və redaksiyanın fəaliyyət istiqamətlərinə uyğun gəlirdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri