Icma.az
close
up
RU
Qərbin Suriya bazarlığı: Əsəd ABŞın təklifi ilə razılaşsa, nə olacaqdı? TƏHLİL

Qərbin Suriya bazarlığı: Əsəd ABŞın təklifi ilə razılaşsa, nə olacaqdı? TƏHLİL

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin dekabrında Yaxın Şərqin geosiyasi xəritəsində əsaslı dəyişikliyə yol açan hadisə - Suriyada hakimiyyət dəyişikliyi baş verdi. Rejim və müxalifət qüvvələri arasında 2020-ci ildən bəri dondurulmuş vəziyyətdə olan təmas xətti noyabrın 27-də qəfil hərəkətə gəldi. 11 gün ərzində müxalifət qüvvələri Hələb, Homs, Hama və nəhayət, paytaxt Dəməşq şəhərinə nəzarəti ələ alaraq 13 il davam edən vətəndaş müharibəsinə bir neçə gün ərzində son qoydu.

Bu məqamda rejim qüvvələrinin ciddi müqavimət göstərmədiyini, vahid hərbi idarəetmənin mövcud olmadığını, hərc-mərcliyin, hərbçilərin kütləvi halda təslim olmasını və fərarilik hallarının müşahidə olunduğunu qeyd etmək lazımdır. "Ərəb baharı"nın ən uzun və ən qanlı meydanına çevrilən Suriyada xalqın baş verən hadisələrdən yorğunluğu da döyüşlərin qısa zamanda başa çatmasında öz sözünü deyirdi. Beləliklə, vaxtı ilə Yaxın Şərqin ən stabil və hərbi planda güclü ölkələrindən biri sayılan Suriyada 1971-ci ildən hakimiyyətdə olan Əsəd rejiminə son qoyuldu, Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçdı.

Digər yandan, bütün dünya Suriyada Dəməşq yaxınlığındakı məşhur Sednaya həbsxanasından, onun yeraltı zindanlarından azad edilən yüzlərlə məhbusun videogörüntüsünə şahidlik etdi. İllərlə həbsxanalarda saxlanılan həmin şəxslərin bəzilərinin öldüyü güman edilirdi.

Bütün dünyanın diqqətinin Suriyanın gələcək taleyinə, ərazi bütövlüyü və dövlət quruluşunun hansı formada olacağı məsələlərinə yönəldiyi bu məqamda bəzi Qərb dairələri və KİV Suriyada hakimiyyət dəyişikliyinin pərdəarxası məqamları barədə feyk və doğru xəbərlərin sintezindən ibarət yazılar, informasiyalar yaydılar.

Nüfuzlu “Washington Post” qəzeti öz mənbələrinə istinadən iddia edir ki, Bəşər Əsəd müxalif qüvvələrin sürətli irəliləyişi fonunda hakimiyyətinin gələcəyi ilə bağlı intensiv danışıqlar aparıb, o cümlədən ABŞ-a yardım üçün müraciət edib. Amma ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırmağa yalnız rəsmi Dəməşqin öz ərazisini İranın Livan Hizbullahını təchiz etmək imkanından məhrum etməsi qarşılığında edə biləcəyini bildirib. Əsəd müttəfiqləri İran və Hizbullahla bağlı bu təklifi qəbul etməyib və sonda hakimiyyətini itirib.

Analoji iddianı Qərb mediasının digər nüfuzlu orqanlarının da yayması bu məlumatda həqiqət payının olduğunu deməyə əsas verir. Amma bu məqamda bir daha Qərbin ikili standartları, Suriya hadisələrindən öz situativ maraqları, geosiyasi məqsədləri üçün faydalanmağa çalışdığını demək olar. Sednaya həbsxanasındakı dəhşətli görüntülər və bundan əvvəl ölkədə baş verən faciələr fonunda özünü demokratiya carçısı kimi qələmə verən ABŞ və müttəfiqləri Suriya hakimiyyəti ilə danışıqlar apararaq İran və Hizbullahla bağlı tələblər irəli sürüblər. Belə çıxır ki, Bəşər Əsəd Qərbin bu mövzuda tələblərini yerinə yetirsə idi, ABŞ müxalif qüvvələrin Suriya rejimini devirməsinə əngəl olacaq, ölkədə insan haqları və digər sahələrdə baş verənlərə göz yumacaqdı.

Ölkənin düşdüyü ağır situasiyada öz maraqları naminə Dəməşq qarşısında şərtlər qoymaqla, bu fakt bir daha öz təsdiqini tapmış olur. Bəşər Əsədin taleyi bir daha bütün tərəflərin, o cümlədən demokratik dəyərləri öz prioriteti elan edən Qərbin öz maraqlarının olduğunu, həmin maraqlar təmin ediləcəyi halda, bütün pozuntulara göz yummağa hazır olduğunu ortaya qoydu.

Analoji yanaşmanın, geosiyasi ambisiyalar üçün seçici yanaşmanın Yaxın Şərqin, ümumilikdə dünyanın digər regionlarındakı ölkələrə qarşı da tətbiq olunduğunu, tətbiq olunacağını gözləmək olar. Qərblə dialoqa gedən, onun tələblərini yerinə yetirərsə, digər bütün neqativlərinə göz yumulacaq “yaxşı ölkə”lər və müstəqil siyasət yürüdən, öz milli maraqlarını rəhbər tutan “təhlükəli ölkələr” kimi kateqoriyaların yaradıldığını görmək mümkündür.

İstənilən halda, Suriyada baş verən hadisələr 2011-ci ildə başlayan “Ərəb baharı”nı sonlandırmaqla yanaşı, Yaxın Şərqdə güc balansını da əsaslı sürətdə dəyişdi. Ötən ilin oktyabrında HAMAS-ın İsrailə hücumu regionun transformasiyasını sürətləndirdi, İranın regionda yaratdığı “müqavimət oxu” əsaslı sürətdə zəiflətdi və yeni situasiya yaratdı. Hadisələrin bundan sonra hansı səpkidə inkişaf edəcəyini söyləmək çətin olsa da, baş verənlər Yaxın Şərqin daha əvvəli kimi olmayacağını deməyə əsas verir.

APA Analytics

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri