Icma.az
close
up
RU
Qeyri etik sayılan bu hərəkəti saxlamaq orqanizmə zərər verir Həkimdən xəbərdarlıq

Qeyri etik sayılan bu hərəkəti saxlamaq orqanizmə zərər verir Həkimdən xəbərdarlıq

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İctimai yerlərdə əsnəmək qeyri-etik davranış hesab olunsa da, əsnəmək istəyini saxlamaq beynin və tənəffüs sisteminin normal işini poza bilər.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Kseniya Arifcanova açıqlama verib.

Onun sözlərinə görə əsnəmə sadəcə yorğunluq əlaməti deyil, beynin və bədənin vacib fizioloji mexanizmidir. Əsnəmə zamanı insan dərin nəfəs alır, üz, boğaz və boyun əzələləri gərilir, nəfəs qısa müddət dayanır, sonra isə yavaşca buraxılır. Bu prosesi beyin sapı və hipotalamusdakı tənəffüs mərkəzləri idarə edir.

"Əsnəmə beynin temperaturunu tənzimləyir, oyanıqlığı qoruyur və tənəffüs sisteminin sabit fəaliyyətinə kömək edir," - deyə həkim bildirib.

Araşdırmalar göstərir ki, əsnəmə zamanı beyində qan dövranı artır, bu da beyin istiliyini azaldır və ağciyərlərin dərin havalanmasını təmin edir. Əsnəməni saxlamaq bu mexanizmi pozur, nəticədə diqqət azalır, yorğunluq və hava çatışmazlığı hissi yaranır.

Əsnəmə həm də boğaz və qırtlaq əzələlərini dartaraq yuxarı tənəffüs yollarını müvəqqəti genişləndirir. Bu, uzun müddət oturaq vəziyyətdə çalışan və ya əzələ gərginliyi yaşayan insanlar üçün xüsusilə vacibdir.

"Əsnəməni davamlı saxlamaq ağciyərlərin təbii havalanmasını və əzələlərin bərpasını zəiflədir," - deyə Arifcanova xəbərdarlıq edib.

Əsnəməni boğmaq həmçinin başda təzyiqin artmasına, gicgah və ensə hissəsində ağrıya səbəb ola bilər, xüsusilə miqrenə meyilli insanlarda.

Həkim əlavə edib ki, səbəbsiz və tez-tez əsnəmə sinir sistemi pozğunluqlarının ilk əlaməti ola bilər.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri