Icma.az
close
up
RU
Qeyri iş günlərində iqtisadiyyatımız itirir, yoxsa qazanır?

Qeyri iş günlərində iqtisadiyyatımız itirir, yoxsa qazanır?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Novruz bayramına sayılı günlər qalıb.  Martın 20-dən aprelin 1-dək, yəni ardıcıl 12 gün qeyri-iş günüdür. Ölkəmizdə qarşıdan gələn 12 günlük qeyri-iş günləri  bəzən cəmiyyətdə fərqli reaksiyalara səbəb olur. Bəziləri üçün bu, uzunmüddətli istirahət, ailə ilə vaxt keçirmək və bayram ab-havasını hiss etmək imkanıdır. Digərləri üçün isə bu qədər tətil iqtisadi çətinliklər, gəlir itkisi və bazarın durğunluğu deməkdir. Xüsusilə gündəlik qazancla dolanan, kiçik sahibkarlar və xidmət sektorunda çalışan insanlar üçün qeyri-iş günlərinin uzanması ciddi problemlər yarada bilər. Dövlət müəssisələrində çalışanlar üçün maaşlı istirahət olsa da, özəl sektorda fəaliyyət göstərənlər üçün bu dövr qazancın azalması, hətta bəzi hallarda biznesin dayanması ilə nəticələnə bilər. Digər tərəfdən, turizm və əyləncə sektoru üçün bu, böyük fürsətdir. 

Moderator.az-a danışan iqtisaçı Akif Nəsirli deyir ki, qarşıdan gələn 12 günlük qeyri-iş günləri cəmiyyətin hər təbəqəsi üçün şamil olunmur: 

“Çoxları üçün bu günlər istirahət və ailə ilə vaxt keçirmək imkanı olsa da, hamı bu imkandan yararlana bilmir. Dövlət müəssisələrində, məktəblərdə, ali təhsil ocaqlarında və xəstəxanalarda çalışanlar üçün qeyri-iş günləri nəzərdə tutulsa da, xidmət sektorunda çalışanlar – bazar satıcıları, restoran və mehmanxana işçiləri, ictimai nəqliyyat sürücüləri və digər sahələrdə çalışanlar üçün bu günlər əksinə, daha çox işləmək və qazanc əldə etmək fürsətidir”.

İqtisadçının  fikrincə, 12 günlük qeyri-iş günləri əsasən cəmiyyətin elitar təbəqəsinə – yüksək vəzifəli dövlət işçilərinə yönəlib:

“Bu insanlar üçün tətil müddəti istirahətə və turizm sektoruna xərcləməyə imkan yaradır.  Qeyri-iş günləri 10-15 faiz vətəndaşlar üçündür, amma əhalinin təxminən 80-90 faizi üçün bu günlər istirahət deyil, əksinə, daha intensiv iş rejimi deməkdir. Xidmət sahəsində çalışanlar üçün qeyri-iş günləri daha çox satış etmək, alveri artırmaq və müştəri qəbul etmək üçün fürsətdir. Bu qədər uzun müddətli tətillərin iqtisadiyyata təsiri isə müxtəlif cəhətlərdən dəyərləndirilə bilər. Dövlət müəssisələrinin, sənaye sahələrinin və istehsalat müəssisələrinin uzun müddət fəaliyyətini dayandırması iqtisadi itkilərə səbəb ola bilər. Çünki işləməyən müəssisə məhsul istehsal etmir, xidmət göstərmir və nəticədə iqtisadiyyata əlavə dəyər qazandırmır. Dünyanın heç bir ölkəsində bu qədər uzun bayram tətilləri tətbiq olunmur. Ona görə də 12 günlük qeyri-iş günləri həm ölkə iqtisadiyyatına, həm də bəzi sosial qruplara müəyyən çətinliklər yarada bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri