Icma.az
close
up
RU
Qəza ilə bağlı tələblər həm ədalətlidir, həm də bu, dövlətin vətəndaşına verdiyi dəyərin göstəricisidir

Qəza ilə bağlı tələblər həm ədalətlidir, həm də bu, dövlətin vətəndaşına verdiyi dəyərin göstəricisidir

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı məsələ Cənab Prezidentin hava limanında operativ keçirdiyi müşavirədə verdiyi tapşırığa uyğun olaraq, ciddi araşdırılır. Azərbaycan və dünya ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılır. Prezident İlham Əliyevin ötən gün Azərbaycan Televiziyasına müsahibəsində isə bəzi məqamlara daha detallı şəkildə aydınlıq gətirildi. Bir daha məlum oldu ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. 

Lent.az xəbər verir ki, istintaqın nəticələri hələ elan olunmasa da, şahidlərin ifadələri, təyyarədəki izlər hava gəmisinin Qroznı üzərində HHM vasitələrilə vurulduğunu təsdiqləyir.

Təyyarənin bələdçisi də möhkəm zərbə nəticəsində qolundan yaralandığını və bu zərbələrin bir neçə dəfə təkrarlandığını bildirir. Aydındır ki, “quş qatarı”nın zərbəsi belə ağır ola bilməz. Təyyarədəki oksigen balonunun partlamasına gəlincə, mütəxəssislər bunu da birmənalı şəkildə istisna edir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, “bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.

Digər tərəfdən, hadisədən sonra təyyarənin enişinə şərait yaratmaq və insanları xilas etmək mümkün olub. Lakin təəssüf ki, bir neçə hava limanına enişə icazə verilməyib, təyyarənin rabitə sistemi sıradan çıxarılıb. Açıq görünür ki, təyyarədəki insanların ölümü üçün hər şey edilib.

Eyni zamanda “kavyor əməliyyatı”nın detallarının da aydınlaşdırılmasına ehtiyac var.

Dövlət başçımızın da söylədiyi kimi, burada təyyarənin qəsdən vurulması və ya terror aktı törətməkdən söhbət gedə bilməz. Təbii ki, Bakı Moskvanın davranışından narazıdır və haqlı olaraq qarşı tərəfdən öz günahını etiraf etməsini tələb edirdi. Qarşı tərəf hadisənin ilk günü cəfəng versiyalar səsləndirsə də iki gün əvvəl Rusiya Prezidenti rəsmi şəkildə üzrxahlıq etdi. Cənab Prezident ötən gün bildirdi ki, Rusiya tərəfi eyni zamanda öz günahını da etiraf etməlidir. Üstəlik, təyyarə nəzarətsiz zonada yox, konkret Rusiya səmasında vurulub.

Burada bir xatırlatma etmək yerinə düşür. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiyaya məxsus helikopteri vurduqdan sonra rəsmi Bakı Moskvadan üzr istədi. Hadisə ilə bağlı cinayət işi açıldı və kompensasiya ödənildi.

Amma Rusiya KİV-ləri bu qəzanın əsas mahiyyətini ört-basdır etmək üçün əsassız versiyaları qabardır. Rəsmi Bakının daha bir şərti bundan ibarətdir ki, günahkarlar cəzalandırılmalı, cinayət məsuliyyətinə cəlb edilməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin-ekipaj üzvlərinə təzminat ödəmənlidir.

Qəzadan sonra Rusiyanın 10 şəhərilə hava bağlantısının dayandırılması təbii ki, dövlətin sərnişinlərin təhlükəsizliyinə həssas yanaşmasının göstəricisidir. Dövlət başçımız da bəyan etdi ki, “biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik”.

Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalıdır. Bu, tamamilə ədalətli yanaşmadır.

Təyyarənin ekipaj üzvlərilə keçirilən rəsmi vida mərasimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mərasimdə  iştirakı, eyni zamanda onlara “Milli Qəhrəman adı verilməsi, digər 2 nəfərin isə 1-ci dərəcəli “Rəşadət Ordeni” ilə təltif edilməsi dövlətin öz vətəndaşına verdiyi dəyərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri