Qəzada ölən və yaralananlar arasında soydaşlarımızın olub olmadığı məlum deyil Azərbaycan XİN
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
ABŞ-də Reyqan hava limanı yaxılığında başvermiş təyyarə qəzası nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığına dair hələlik məlumat yoxdur.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edək ki, Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Kanzas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

Qəzada ölən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
25 Dekabr 2024 21:36
Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB
21 Noyabr 2024 17:36
Qəzada ölən şəxs məktəb direktoru olub
22 Noyabr 2024 19:17
Qəzada ölən hərbçilərin ADLARI
27 Noyabr 2024 22:50
Qəzada yaralananlar danışdı Video
25 Dekabr 2024 15:11

