Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qəzzanın taleyi siyasi oyuna çevrilir

Qəzzanın taleyi siyasi oyuna çevrilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident Donald Tramp ABŞ-ın Qəzzanı nəzarətə götürəcəyi ilə bağlı bəyanatında bildirib ki, bölgəni tərk edən fələstinlilər geri qayıtmamalı, qonşu ərəb dövlətlərinin ərazilərində yerləşdirilməlidirlər.

Ağ evin sahibinin təklifi Yaxın Şərqdə kəskin etirazlarla qarşılanıb. Ərəb dövlətləri, eləcə də Avropa İttifaqı ölkələri hesab edirlər ki, bu, beynəlxalq qanunların kobud şəkildə pozullması deməkdir. Dünən BMT rəsmisi Nyu-Yorkda keçirdiyi brifinqdə Baş katib Antonio Quterreşin Trampın təklifi ilə bağlı narahatlığını dilə gətirib. Qeyd olunub ki, BMT rəhbərliyi ABŞ liderinin Qəzza əhalisinin məcburi köçürülmə planına qəti surətdə etiraz edir və bunu yolverilməz hesab edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Malayziyanın paytaxtı Kuala-Lumpurda “Yeni əsrdə Türkiyə və Malayziya strateji tərəfdaşlığı” devizi altında təşkil olunan görüş çərçivəsində çıxış edib. O, nitqində İsrail-Fələstin münaqişəsinə də toxunub. Deyib ki, heç kim Fələstin xalqını ikinci Nakbu (1948-ci ilin mayın 15-də fələstinlilərin öz torpaqlarından kütləvi qovulması-red) taleyi yaşamağa məcbur edə bilməz.

Xatırladaq ki, Qəzzada 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın hücumu ilə başlanan və hər iki tərəfdən ağır zorakılıqlarla müşayiət olunan silahlı qarşıdurmadan artıq 15 aya yaxın vaxt ötür. Bu müddət ərzində 50 mindən çox insan həyatını itirib ki, onların da çoxu uşaq, qadın və ahıllardır. Ərazi xarabazara çevrilib. Buradakı binaların 80 faizi dağıdılıb.

Bu arada Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib, əks halda Qəzza zolağında atəşkəs rejiminin pozulacağı ilə hədələyib. “Əgər onlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, düşünürəm ki, bütün razılaşmaları ləğv etməyin vaxtı çatıb”, - Tramp söyləyib. O, jurnalistin HƏMAS bu tələbi yerinə yetirməzsə, ABŞ-nin nə edəcəyi barədə sualına cavab verməyib.

HƏMAS-ın sözçüsü Sami Əbu Zöhri isə “Reuters”ə açıqlamasında vurğulayıb ki, tərəflərin artıq razılaşdırılmış sazişinə müdaxilə yolverilməzdir: “Tramp yadda saxlamalıdır ki, israilli əsirlərin azadlığa buraxılmalarının yeganə yolu İsrail və HƏMAS arasında atəşkəsə hörmətlə yanaşmaqdır”.

O həmçinin bildirib ki, yalnız sazişin şərtləri qaydasınca yerinə yetiriləcəyi təqdirdə, əsirlər öz evlərinə qayıda biləcəklər. Hədə-qorxu ilə danışmağın mənası yoxdur. Bu cür ritorika yalnız işləri çətinləşdirir.

Qeyd edək ki, HƏMAS hərəkatı bu il fevralın 15-nə planlaşdırılan daha bir qrup girovun azad edilməsi prosedurunu təxirə salmaq qərarına gəlib. Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasına əməl olunmadığına görə verilib.

İsrail Ordusu isə HƏMAS-ın girovların azad edilməsini dayandırmaq niyyəti barədə bəyanatından sonra Cənub Komandanlığının məsuliyyət zonasında döyüş hazırlığı səviyyəsini artırıb. İsrail rəsmisi bildirib ki, ərazinin əlavə bölmələrlə gücləndirilməsi barədə qərar qəbul edilib.

Hazırda Qəzza sakinləri ağır humanitar fəlakətlə üzləşiblər. Əhalinin böyük əksəriyyəti ən zəruri ərzaq məhsullarının çatışmazlığından ciddi əziyyət çəkir. Atəşkəs yenidən pozularsa, vəziyyət bölgədə daha da ağırlaşa bilər.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri