Icma.az
close
up
RU
Yaxın Şərq qan ocağı: Qəzzanın taleyi necə olacaq?

Yaxın Şərq qan ocağı: Qəzzanın taleyi necə olacaq?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrailin Qəzzanı tam nəzarət altına almaq məqsədilə başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib.

Son günlərdə baş verən toqquşmalar nəticəsində onlarla insan həlak olub, yüzlərlə yaralı var. Qəzza zolağı artıq humanitar böhranla üz-üzədir – mülki infrastrukturlar dağıdılır, minlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalır.

HƏMAS bütün imkanlarını səfərbər edərək müqavimət göstərir, İsrail isə müasir dronlar, tanklar, toplar və digər ağır texnikalarla hücumlarını genişləndirir. Ekspertlərin fikrincə, bu qarşıdurma təkcə İsrail və Fələstin arasında deyil, bütün region və beynəlxalq münasibətlər üçün sarsıdıcı nəticələr doğura bilər. Artıq Yaxın Şərqin bəzi ölkələrində etiraz aksiyaları keçirilir, dünya ictimaiyyəti isə prosesin mümkün fəsadlarını diqqətlə izləyir.

Bu şəraitdə əsas suallar meydana çıxır: İsrailin Qəzzaya yönəlmiş əməliyyatları münaqişənin həllinə, yoxsa yeni böhranlara yol açacaq? Beynəlxalq birlik hansı mövqeyi tutacaq və bölgədə uzunmüddətli sülh, ümumiyyətlə,mümkün olacaqmı? Bu əməliyyatların nəticəsi Yaxın Şərqdə güc balansını və geosiyasi xəritəni necə dəyişə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, əməliyyatların nəticəsində çoxlu qırğınların olacağı artıq bəllidir. Artıq 60-dan çox insanın həyatını itirdiyi, yaralıların sayının isə hələ dəqiq bilinmədiyi bildirilir:

"HƏMAS sonadək müqavimət göstərəcək, bütün gücünü səfərbər edəcək. İsrail isə hərbi potensialını tam işə salıb: dronlar, tanklar, toplar və digər silahlarla hücuma keçir. Çox güman ki, Qəzzanın müxtəlif qrupları da bu mübarizəyə dəstək verəcəklər".

Əli Mustafa: ABŞ, xüsusilə Tramp bu əməliyyatlardan xəbərdardır və müəyyən qədər dəstəkləyir

Onun sözlərinə görə, bu qarşıdurmanın çox ağır döyüşlərə və genişmiqyaslı itkilərə səbəb olacağı gözlənilir. Hətta dünyanın müxtəlif ölkələri də bu hadisələrin təsirindən kənarda qalmayacaq, beynəlxalq birlik və ictimaiyyət də mövqelərini ortaya qoymağa məcbur olacaq. Artıq İsrailin müxtəlif şəhərlərində hökumətin siyasətinə etiraz edən çadır düşərgələri qurulub:

"Aydın görünür ki, ABŞ və xüsusilə prezident Donald Tramp bu əməliyyatlardan xəbərdardır və müəyyən qədər dəstəkləyir. Bununla belə, İsrail və yəhudi xalqının içindən də qırğına qarşı etiraz səsləri yüksəlir. Trampın bölgədəki maraqları və biznes planları barədə iddialar səsləndirilsə də, milyonlarla insanın faciəsi üzərində hər hansı iqtisadi məqsədin həyata keçirilməsi nə mənəvi, nə də siyasi baxımdan doğru görünür".

Müsahibimiz əlavə edib ki, bu qarşıdurma çox ağır nəticələrə gətirib çıxara bilər. İsrailin özü də bu savaşda ciddi itkilərə məruz qala bilər. Nəticədə münaqişə bir nöqtədə dayansa da, müstəqil dövlət məsələsi və regiondakı ədalətsizliklər həll olunmadıqca, Yaxın Şərqdə qan durmayacaq:

"Əslində, bu müharibə hər iki tərəf üçün də böyük faciədir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri