QHT aktivistləri COP29da “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!” şüarı ilə aksiya keçirib VİDEO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bakıda keçirilən COP29 məkanında “ActionAid International” qeyri-hökumət təşkilatından olan bir qrup aktivist iqlim maliyyəsinin ödənilməsi tələbi ilə etiraz aksiyası təşkil edib.
APA xəbər verir ki, “Mavi zona”da aksiyaların keçirilməsi üçün müəyyən olunmuş əraziyə toplaşan fəallar zəngin ölkələri iqlim maliyyəsini ödəməyə çağırıblar.
Aktivistlər “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!”, “İqlim maliyyəsini ödəyin!” kimi şüarlar səsləndirib, real, insanlara tönəlmiş həllər tələb ediblər.
“İqlim ədaləti borc ədalətidir” şüarını da səsləndirən aksiya iştirakçıları maliyyənin milyonlarla deyil, trilyonlarla ödənilməsini tələb ediblər.
Aktivistlər bildirib ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə itki və zərər, uyğunlaşma və iqlim təsirlərinin azaldılması xərcləri üçün hər il 1-5 trilyon ABŞ dolları olmaqla qrantlar ödəməlidir.
Mirvari Əzizova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Noyabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















