Icma.az
close
up
RU
QHT qədim Türk xalq sənəti incilərinin sərgisini təşkil etdi FOTOLAR

QHT qədim Türk xalq sənəti incilərinin sərgisini təşkil etdi FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin (TTXMİDİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə icra etdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihəsi zamanı ixtisaslı təlimçilər tərəfindən ebru və toxuculuq kurslarına cəlb olunan 1-ci və 2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə bu qədim sənətlərin sirrləri öyrədilib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu gün Türk Dünyasının dahi şəxsiyyəti Yunus Əmrənin adını daşıyan Sənət Mərkəzində Türk xalqlarına məxsus qədim toxuculuq və əbru sənətinin bugünkü davamçıları sayılan həmin kursların öyrəncilərinin əl işlərindən ibarət satış-sərgi təşkil olundu. Tədbiri giriş sözü ilə açan Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri vəsifəsini icra edən Hüseyn Musayev açaraq belə əhəmiyyətli bir layihəyə tərəfdaşlıq etməkdən böyük zövq duyduğunu bildirdi.

Lahiyə rəhbəri və ictimai birliyin sədri Zərnişan Azayeva Türk Dünyasının qədim-qayım sənət sahələrindən olan toxuculuq və əbru sənətinin bu gün daha müasir şəkildə davam etdiyini, həyatımızdan çıxmadığını söylədi. Layihənin əsas məqsədi işsiz, evdar qadınlara sənət öyrətməklə maddi vəziyyətlərinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyasına nail olmaq idi.

Bakıdakı Yunus Əmrə İnstitutunun Mədəniyyət sahəsi üzrə koordinatoru Aygün Ələkbərzadə layihənin çox gərəkli və gənclərimiz üçün çox faydalı olduğunu dilə gətirdi.

Zərəngiz Ağamirova, Zəhra Əliyeva, “Məhsəti” şairlər məclisi İB-in sədri Cəvahir Qaraqızı, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, Üzeyirbəyşünas Səadət Qarabağlı şıxış edərək belə xoşməramlı layihələrin daha çox həyata keçirilməsinin gənclər arasında sənətə maraq yaratmağından danışdılar, əl əməyi, göz nuru ilə hazırladıqları sənət əsərlərinin, əşyaların satışını həyata keçirməklə özlərinə kiçik biznes quraraq ailə büdcələrinə maddi dəstək ola biləcəklərini təqdirəlayiq saydılar.

Tədbirin sonunda layihəyə cəlb olunan iştirakçılara kursları bitirmələri barədə Sertifikatlar təqdim olundu. 

Bununla da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin həyata keçirdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihə başa çatdı.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri