Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qida terroru nədir, necə aparılır? ARAŞDIRMA

Qida terroru nədir, necə aparılır? ARAŞDIRMA

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan sağlamlığına birbaşa zərər verən qidalar süni hazırlanan, tərkibində qatqı maddələri olan qidalar, radiasiyalı kənd təsərrüfatı məhsulları, saxta içkilər və s. qidalardır. Yaşamaq üçün bizim qidaya ehtiyacımız var. Qida, su könüllü istehlak məhsulları deyil, zərurətdir. Bizi sağlam qocaldan, tərkibində karbohidratlar, zülallar, vitaminlər və minerallar olan qidalardan gedir söhbət. Lakin bu gün bizə, tərkibində bütün riskləri ehtiva edən, bakteriya, göbələk, virus, parazit, mikotoksin və GMO kimi zərərli tərkibdə olan, şüşə, metal, plastik, daş, yad cisim, radiasiya kimi təhlükələri özündə gizlədən, pestisidlər, baytarlıq dərmanları, hormonlar, sənaye zəhərlənmələrinə məruz qalan qidaları satırlar. Başqa sözlə, biz həyatda qala bilmək üçün pul verib qida aldığımızı zənn edirik, lakin zərərli maddələrlə zəngin zəhər almış oluruq.

Qida terroru o qədər geniş bir mövzudur ki, bütün istiqamətləri bir yazıya sığışdırmaq mümkün deyil. Tərkibində xərçəngə səbəb olduğu sübut edilən maddələr olan və süni yaradılan qidalar son illər ən çox yayılmış qida terroru üsuludur. Xüsusilə uşaq qidaları, düyü, radiasiyalı kənd təsərrüfatı məhsulları, saxta alkoloqlu içkilər bu qəbildəndir. Kənd təsərrüfatı məhsullarının məhsuldarlığını və keyfiyyətini artırmaq üçün istifadə edilən hormonlar, kimyəvi dərmanlar sağlamlığa zərər verən, kanserogen maddələr də insan sağlamlığı üçün ciddi təhlükədir.

Hər gün 2000 növ qatqı maddəsi qəbul edirik

Qablaşdırılmış qidalarla bağlı ən böyük mübahisə sağlamlığa bir təhlükəsinin olub-olmaması ilə bağlıdır. Bu qidalar çox vaxt maddələr mübadiləsinə, immun sistemimizə və genetikamıza ciddi təsir göstərir. Bir qisim bu qidaların son dərəcə sağlam olduğunu düşünür, digər tərəf isə onların tərkibinə qatılan konservantların son dərəcə zərərli olduğu qənaətindədir. İstehlak edəcəyimiz hər bir hazır məhsulun qablaşdırılması diqqətlə araşdırılmalıdır. Qablaşdırmanın açılmaması, köhnəlməməsi və deşilməməsi çox vacibdir, əks halda çox ciddi zəhərlənmə halı – botulizm baş verər ki, əksər hallarda nəticəsi ölüm olur.

Qida sənayesində hər il minlərlə məhsulun tərkibində olduqca çox çeşiddə qatqı maddəsi istifadə olunur. Hal-hazırda insanlar hazır qidalar vasitəsi ilə gündə təxminən 2000 növ kimyəvi qatqı qəbul edirlər. Dadlandırıcılar, ətirləndiricilər, qatılaşdırıcılar, ağardıcılar, rəng qoruyucuları, köhnəlmə əleyhinə maddələr, nəmləndiricilər, boyalar, aromatlarlar və s. Yəni yediyimiz hər hazır qidanın tərkibində saysız-hesabsız qida əlavəsi var deyə bilərik.

Qida sənayesi, məhsulların qablaşdırılmasında istifadə olunan bu əlavələri məhsulun üzərində göstərməlidir. Ancaq buna nə qədər əməl edilir, burası mübahisəlidir. Gəlin, ən sadə misal çəkək – saqqız. Kiçik bir məhsulun tərkibində nələr var, sayaq. Ən birinci dadlandırıcılar – şəkər xəstəlinə meyillilik yaradır, beyin fəaliyyətini pozur, başağrısı, başgicəllənmə və huşunu itirməyə, dodaqlarda, dildə və ayaqlarda şişməyə səbəb olur. “Aspartam” dediyimiz maddənin tərkibində “fenilalanin” adlı bir amin turşusu var. Bu, uşaqlarımızın inkişaf edən reproduktiv orqanlarına və beyinlərinə zərər verir. Bununla belə, sonsuzluq və əqli gerilik də yaradır. Aromat üçün vurulan maddələr də var ki, nanotexnologiya və gen texnologiyası ilə istehsal edilən bu aromatlar bədən-ruh balansı ilə yanaşı hormonal tarazlığa da təsir göstərir. Nəmləndirici - qliserinlər isə qəssabxana tullantılarından əldə edilir. Qısası, 2,5 qramlıq saqqızda 18 qatqı maddəsi var.

Kiçik, sadə bir saqqızın tərkibində bu qədər zərərli qatqı varsa, digər məhsulları da təsəvvür etmək çətin deyil. Bəzən istehsalçılar qida əlavələrinin tərkibində zərərsiz və hətta faydalı maddələr olduğunu deyirlər. Bu gün qatqı maddələrinin müxtəlif üsul və texnologiyalarla istehsal olunduğunu nəzərə alsaq, onların istehsal üsullarının, kimyəvi tərkibinin o qədər də etibarlı olmadığı göz qabağındadır. Məsələn, “karoten” A vitamininin təbii mənbəyidir. Təbii bitki piqmentlərindən əldə edilməlidir. “Betanin” qırmızı çuğundurdan alınır. 25-30 il əvvəl təbii bitkilərdən əldə edilən bunların hər ikisini etibarlı hesab etmək olardı, amma o zamanlar üçün. Lakin zaman keçdikcə yeni üsul və texnologiyadan istifadə edildikdən sonra bu əlavələr əsasən GMO bitkilərdən daha ucuz yollarla istehsal olunur. Hətta qablaşdırmanın üstündə inqrediyentlər qeyd olunsa belə, məhsulda istifadə olunan faktiki əlavələri adi üsullarla öyrənmək mümkün deyil. Biz “betanin”in hələ də çuğundurdan əldə edildiyini düşünərək nə qədər saf olduğumuzu sübut edirik əslində...

Qida əlavələri nədir?

Gün ərzində diqqət etmədən istehlak edilən qidalarda ən çox rast gəlinən qida əlavələrini araşdırsaq ən çox “Bisfenol-A” maddəsinə rast gələrik. Qida sənayesində məhsulların xarab olmasının qarşısını alan ən məşhur əlavədir. Estrogen hormonu kimi təsiri olan bu qatqı bədənimizdə qidaların estrogen nisbətinin artmasına səbəb olur. Bu səbəbdən trombosit istehsalı azalır və orqanizmdə endometrioza səbəb olur. Bu, uşaqlığın daxili xəstəliyidir və müalicəsi çox çətindir.

Nitrat-nitrit bu gün emal edilmiş ət məhsullarında ən çox istifadə edilən əlavədir. Bu iki əlavə qoruyucu, rəngləndirici və ləzzət artırıcı kimi istifadə olunur. Natrium Nitrit xüsusilə ölkəmizdə nitrat-nitritdən sonra ən çox istifadə edilən qatqı növüdür. Kolbasa, sosiska kimi emal edilmiş ətlərdə istifadə olunur. Bu məhsullar vasitəsilə istehlak etdiyimiz nitrit orqanizmdə kanserogen maddələr olan nitrozaminləri əmələ gətirir. Nitrozamin bədənimizdə mutasiyalara və xərçəngə səbəb olur.

Natrium sulfitdən qida sənayesində rəng və konsistensiya qoruyucusu, həmçinin xarab olan məhsulların ağardıcı vasitəsi kimi istifadə olunur. Şirniyyat, pendir, saqqız, dondurma, portağallı içkilər, meyvə şirələri və peçenye kimi bişmiş məhsullarda da rast gəlinən bu maddə yaddaş pozğunluğuna səbəb olur.

Bu arada, natrium sulfit və natrium nitrit xüsusilə hamilə qadınlar və uşaqlar üçün təhlükəlidir.

GMO buğdadan və GMO qarğıdalıdan istehsal edilən karamellərdə rəngləndiricilər və dadlandırıcılar var. Xərçəngə səbəb ola bilən bu qatqılar konservləşdirilmiş qidalar, hamburgerlər, tortlar, peçenye və qənnadı məmulatları kimi bir çox məhsulda olur. Titan dioksid də ən təhlükəli qida əlavələrindən biridir. Alüminiumdan əldə edilən bu qatqı bəzi şirniyyatlarda nəmləndirici və rəngləndirici kimi istifadə olunur. Zəhərli və ya allergen maddələrə qarşı həssaslığa səbəb ola bilər. Dünyanın bir çox ölkəsində qadağan olunmuş maddədir.

Aspartam saqqız, ketçup, sous, şokolad, qazlı içkilər, dərman və pəhriz qidaları kimi məhsullarda istifadə olunur. Tərkibində fenilalanin adlı sintetik amin turşusu var. Bu maddə fenilalaninin qanda və toxumalarda toplanmasına səbəb olur. Uşaqların inkişafında beyin zədələnməsinə səbəb ola bilər. Göz qapaqlarında, dodaqlarda və əllərdə şişməyə səbəb ola bilər.

Monosodium qlutamat adlı qida əlavəsi ləzzət artırıcıdır. Bir çox fabriklərdə, restoranlarda və kafelərdə dad artırıcı kimi istifadə olunur. Çin, yapon və türk mətbəxində çox istifadə olunur. Astma xəstələrində baş ağrıları, ishal, ürək sıxılmaları və şiddətli astma krizlərinə səbəb olduğu məlumdur.

Formaldehid adlı qatqı hazır məhsulların xarab olmasının qarşısını almaq üçün istifadə olunur. Formaldehid kimya sənayesində ən çox istifadə edilən maddələrdən biridir. Tekstil, xalça, boya, rezin, mebel və buna bənzər bir çox məişət məhsullarında istifadə olunur. Ümumiyyətlə, qida əlavələrinin tez-tez istifadə edildiyi hazır qidalar sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bunlardan bəziləri həzmsizlik, böyrək və böyrəküstü vəzi xəstəlikləri, reproduktiv orqan pozğunluqları, sonsuzluq, kistalar, xərçəng, diabet, tiroid, davranış pozğunluqları, başgicəllənmə, autizm, depressiya, alzeymer kimi bir çox nevroloji və ruhi xəstəliklərdir.

Soyuqdan istiyə - istidən soyuğa

Qablaşdırmanın üzərindəki son istifadə tarixi araşdırılmalı və qidanın istehlak ediləcəyi müddətə ən uyğun olan məhsul seçilməlidir. Xüsusilə qeyd etmək vacibdir ki, dondurulmuş qida məhsulları soyuq zəncirdən ayrılmamalıdır. Yəni əgər bu məhsul mağazada soyuducuda mühavizə edilirsə alınan kimi ən qısa müddətdə istehlak edilməli, yaxud temperaturu dəyişmədən təkrar soyuducuya qoyulmalıdır. Unudulmamalıdır ki, hər bir qida öz xüsusi qorunma sahəsində olmalıdır.

Hazır qidaların zərərli olmasının ən böyük səbəbi tərkibində olan konservantlardır. Konservantlar ilk baxışda təhlükəsiz görünsə də, bəzi hallarda olduqca zərərli ola bilər. Eyni zamanda, hazır qidaların təhlükəsi onların tez xarab olmasıdır. Hazır qidalar uzun ömürlü olduğunu iddia etsə də, bəzi hallarda normaldan daha tez xarab ola bilər. Bu vəziyyətlərdən birincisi yanlış saxlama şəraitidir. Demək olar ki, hər bir qida məhsulunun üzərində düzgün saxlama şərtləri qeyd olunsa da, bəzi hallarda buna əməl edilmir.

Hazır qida yerinə ekoloji ev məhsulları

Hazır qidaların elmi cəhətdən sübut edilmiş bəzi zərərləri var. Çox uzun müddət, tez-tez istehlak edilən hazır qidaların tərkibində olan konservantlar xərçəng riskini artırır. Ürək tutmalarına səbəb olmaqla yanaşı, damar xəstəliklərinə də yol açır. Xüsusilə şəkərli diabeti olan və ya diabetə meyilli insanlar üçün hazır qidalar təhlükəlidir. Tərkibində çox boya və konservantlar olan qidalar son dərəcə risklidir. Bu kimi bir çox səbəblərə görə bir çox insanlar hazır qidalardan maksimum imtina etməlidir. Əvəzində ev konservləri hazırlana bilər, bunun üçün o qədər də çox olmayan vaxt və hazır qidalaya xərclənən vəsaitdən qat-qat az vəsait tələb olunur.

Məsələn, şahidi olmusunuz, mağzalarda turşuların satıldığı bölmə həmişə bol müştərili olur. İnsan niyə turşunu marketdən alsın ki? Bir kələmi, 1 kilo yerkökünü, 2 ədəd çuğunduru 1 ovuc duzla ovsanız 1 həftədən sonra ləziz turşunuz olacaq, üstəlik ən azı 3 kilo olacaq bu turşuya cəmi 3-4 manat xərciniz çıxacaq. Halbuki eyni məbləğə mağazadan bir ovuc turşu ala bilərsiniz.

Hələ hazır şorbaları demirəm... Bəzən iş çox olarsa, səhhətinizdə problem olarsa hazır şorba sizin üçün göydəndüşmə fürsət olacaq. Amma bu şorbaların tərkibindəki konservantlar ondan asılı qalmağa səbəb olur, nəticədə siz ev üsulu şorbanı sevmir, yerinə hər fürsətdə hazır şorba alırsınız. Şorbalara atılan toyuq bulyonları... Təhlükəsi barədə məlumatlısınızmı?

Dondurulmuş, dilimlənmiş kartof alanlar kütləvidir. O kartofların kanserogen olduğunu bilmirlər? Əlbəttə, bilmək istəmirlər. Çünki kartof soymaq, doğramaq onlar üçün işgəncədir, lakin onkoloji xəstəliklər zamanı çəkəcəkləri işgəncə heç bir ağrı ilə müqayisə edilməyəcək. Uşaqlı-böyüklü hamı kola xəstəliyinə tutulub. Mövsümündə qəpik-quruş olan meyvələrdən kompot ehtiyatınızı görsəniz bütün qış boyu sağlam, zərərsiz içkiniz olacaq.

Qatığı mağazadan alanlar var hələ. Axı indi az qala btün həyətlərə kəndlərdən məhsul gətirən adamlar var, mağazadan 500 qramını 2 manata aldığınız qatığın 3 litrini 3 manata satır kənddən gələnlər. Həm sərfəli, həm də sağlam. Kimyəvi məhsullardan hazırlanmış, əhəngə bənzəyən mağaza qatığı yerinə kənd qoxuyan ekoloji təmiz qatıq almaq olmazmı?

Analar südəmər körpəsinə faydası olsun deyə kəsmik alır mağazadan. Süd tozundan, kimyəvi üsullarla hazırlanan o kəsmikdən övladınız fayda yox, zərər görür. Ekoloji təmiz südə 1 qaşıq limon suyu qatıb özünüz də hazırlaya bilərsiniz ev üsulu kəsmiyi - əziyyətsiz, ekonomik. 2 yumurtanı, bir parça yağı, 1 stəkan süd və 1 stəkan unla yoğurduğunuz xəmirlə hazırladığınız kökələrin alternativi hansı mağazada daha ekonomik və daha sağlam ola bilər ki? Övladınızın çantasına qoyacağınız ev üsulu şirniyyat məktəb bufetində vaxtı keçmiş, tarixi yenilənmiş köhnə peçenyelərdən daha dadlı deyilmi? Aylarla eyni yağda qızardılan peraşkiləri, qutabları ev üsulu etmək olmazmı? Ailəmizin sağlamlığı təhlükə altındadırsa bir qədər zəhmət çəkmək lazımdır.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri