Icma.az
close
up
RU
Qida zəhərlənmələri niyə artır? KONKRET

Qida zəhərlənmələri niyə artır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar qida zəhərlənməsi hallarında müşahidə olunan artım cəmiyyətdə ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, isti hava şəraiti ilə yanaşı, qidaların düzgün saxlanılmaması, gigiyena qaydalarına əməl edilməməsi və bəzi iaşə obyektlərində məsuliyyətsiz yanaşma bu halların əsas səbəblərindəndir.

Bəs qida zəhərlənmələrinin artmasına hansı amillər təsir edir və bu risklərin qarşısını almaq üçün hansı qaydalara ciddi əməl olunmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, qida zəhərlənmələrinin artması təsadüfi deyil və bunun bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, ilk növbədə ictimai iaşə müəssisələrində məsuliyyətsizlik və qida təhlükəsizliyi qaydalarına laqeyd yanaşma bu halların çoxalmasına səbəb olur:

“Qida müəssisələrində məsuliyyətsizlik, nəzarət mexanizmlərinin zəif olması əsas problemlərdəndir. Digər tərəfdən, havaların istiləşməsi bakteriyaların sürətlə çoxalmasına əlverişli şərait yaradır. Belə vaxtlarda məhsulların soyuducu rejimindən kənarda saxlanılması, bişmiş qidaların təkrar qızdırılması, çiy və hazır qidaların eyni soyuducuda yerləşdirilməsi qida təhlükəsizliyini ciddi risk altına salır”.

Ekspert qeyd edib ki, bəzi iaşə və ticarət obyektləri insan sağlamlığını deyil, daha çox qazanc əldə etməyi prioritet hesab edir:

“Bəzi müəssisələrdə qidanın keyfiyyətinə, saxlanma şəraitinə və gigiyenik qaydalara lazımi diqqət yetirilmir. Qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulsa da, bəzən AQTA-nın tətbiq etdiyi cərimələr əldə olunan gəlirlə müqayisədə kifayət qədər effektli təsir göstərmir”.

İ.Şirinov vurğulayıb ki, qida zəhərlənmələrinin qarşısının alınmasında ev şəraitində qida hazırlayan insanların da üzərinə böyük məsuliyyət düşür.

Onun sözlərinə görə, çiy və bişmiş qidaların birlikdə saxlanılması, bişmiş yeməklərin saatlarla otaq temperaturunda qalması, eləcə də məhsullar alınarkən son istifadə tarixinin yoxlanılmaması ciddi risk yaradır:

“Bu, insanların öz sağlamlığına qarşı biganə münasibətindən irəli gəlir. Qida təhlükəsizliyi hər kəsin əməl etməli olduğu qaydadır. Kiçik görünən bir təhlükəsizlik pozuntusu belə ağır nəticələrə, hətta faciəyə səbəb ola bilər.

Əgər insanlar günəş altında uzun müddət qalmış məhsulu yararlılıq müddətinə baxmadan alıb istifadə edirlərsə, bu zaman bütün məsuliyyəti istehsalçının üzərinə qoymaq düzgün deyil. Burada əsas məsələ məhsulun ucuz olması yox, onun təhlükəsizliyidir”.

Ekspertin fikrincə, həm ictimai iaşə obyektləri, həm də istehlakçılar qida təhlükəsizliyi qaydalarına ciddi əməl etdikləri təqdirdə qida zəhərlənmələrinin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri