Icma.az
close
up
RU
Qidalardakı gözəgörünməz qəhrəman FOTO

Qidalardakı gözəgörünməz qəhrəman FOTO

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Bəzən gündəlik məişət təlaşı ilə nəinki qəbul etdiyimiz qidaların bir-biri ilə uyğunluğuna, gündəlik qəbul etməli olduğumuz enerji və qida dəyərinə belə diqqət yetirmirik.

Lakin orqanizmimizin biokimyasında aparıcı rol oynayan bir baş qəhrəman - mineral var ki, onun azlığı diqqətdən kənar qalmamalıdır, əks halda o özünü bizə ciddi xəstəlik formasında mütləq xatırladacaqdır.

Mövzu ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məqaləsini təqdim edirik.

Dəmir hüceyrələrimizin mühərrikini işə salan yanacaq kimidir. Bu, qanımızı qırmızı edən və bədənimizin hər tərəfinə oksigeni daşıyan hemoqlobinin yaranması üçün şərtdir.

Biz bəzən bu mineralın azlığının səbəb olduğu halsızlığı, soyuğa həssaslığı, sadə işləri belə yerinə yetirərkən nəfəs darlığı kimi simptomları yorğunluqla, uşaqlarda diqqət zəifliyi və zehni qabiliyyətin aşağı olmasını isə tənbəlliklə səhv salırıq.

Qısacası anemiya toxumaların oksigenə aclığının göstəricisidir və ən çox rast gəlinən forması dəmir çatışmazlığı ilə müşayiət olunan dəmir defisitli anemiyadır.

Bu məqalənin məqsədi qidalanma vərdişləri ilə dəmir çatışmazlığı arasındakı əlaqəyə aydınlıq gətirmək, bununla da qidalanmamıza müəyyən toxunuşlar etməklə baş qəhrəmanı dəmir olan bu hekayədən hər kəsin faydalı nəticə çıxarmasına nail olmaqdır.

Qlobal baxış

Əfsuslar olsun ki, tək Azərbaycanda yox, bütün dünyada dəmir defisitli anemiya geniş vüsət almışdır. Sözsüz ki, buna səbəb müxtəlif xəstəliklər də ola bilər, lakin sıx rast gəlinən səbəblərindən biri qidalanmanın düzgün təşkil edilməməsidir. Müasir həyat tərzi və bu həyat tərzinin insanlara diktə etdiyi qidalanma konseptləri bir çox halda bizi sağlam və balanslı qidalanmanın kənarda qaldığı bir çərçivəyə salır. Bu şərtlərdə sağlam həyat tərzinin təmin olunması üçün hər birimizin individual olaraq düzgün qidalanma ilə bağlı maariflənməyə və qidalanmamızı bir də gözdən keçirməyə zərurət yaranmışdır.

Kimlər risk altındadır?

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, dünyadakı 5 yaşadək uşaqların 40%-i, hamilə qadınların 37%-i və ana olmaq yaşında olan qadınların isə 30%-i anemiyadan əziyyət çəkir.

2019-cu ildə Azərbaycanda aparılmış tədqiqatların nəticəsinə əsasən, uşaqların 25%-i, hamilə və reproduktiv yaşda olan qadınların isə 35%-də anemiya olduğu müəyyən edilib.

Dəmirə olan yüksək fizioloji ehtiyacı ödənilməyən və müxtəlif səbəblərdən düzgün qidalanmayan şəxslər dəmir çatışmazlığına daha həssas olur. Birinci hala böyüməkdə olan uşaqlar, hamilə qadınlar,  yetkinlik yaşına çatmış qızlar və reproduktiv yaşda olan qadınlar, həmçinin yaşlılar aid edilir. Qidalanma məhdudiyyətləri olan şəxslərə isə vegetarianlar, dəmirin sovrulmasına mane olan mədə-bağırsaq xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkən və s. insanlar aiddir.

Yaxşı  xəbər - həll yolu var

Düzgün qidalanma rasionu və rejimi, eləcə də qidaların bir-biri ilə düzgün kombinəsi sayəsində dəmir defisitli anemiyanın aradan qaldırılması mümkündür.

Maraqlıdır ki, seçdiyimiz qidalar tək qəbul etdiyimiz dəmirin miqdarına deyil, həm də onun bədənimizdə nə qədər sovrulmasına təsir edir.

Dostunu tanı - dəmirlə zəngin qidalar

Biz dəmiri həm heyvan, həm də bitki mənşəli qidalardan ala bilərik. Bilməliyik ki, heyvan mənşəli qidalardan aldığımız dəmir kimyəvi formasına görə daha asan mənimsənildiyi üçün bizi daha çox dəmirlə təmin edir.

Heyvan mənşəli dəmirlə zəngin qidalar:

qırmızı ət (mal əti, qoyun əti), xüsusilə qaraciyər, qırmızı ət yeməyənlər isə bunu toyuq əti, hind quşu əti, balıqla əvəz edə bilər.

Bitki mənşəli dəmirlə zəngin qidalar: 

- dənli bitkilər, taxıllar, paxlalı bitkilər (lobya, noxud, yaşıl və qırmızı mərci və s.), ispanaq və kələm kimi tünd yaşıl tərəvəzlər, kişmiş və qaysı kimi quru meyvələr, qoz, badam, fındıq kimi qərzəkli meyvələr.

Dəmirə dəstək - dəmirin sovrulmasına müsbət təsir edən amillər

C vitamini

C vitamini ilə zəngin qidaların dəmirin sovrulmasını artırması dəfələrlə elmi olaraq sübut edilib. Gündəlik istifadə etdiyimiz qidalardan C vitamini yüksək olanlara sitrus meyvələri, tünd yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə də bolqar bibəri daxildir.

Beləliklə, ət yeməklərinin yanında bol yaşıl yarpaqlı tərəvəzlər və göyərtilər yeyilməsi, salatlara limon suyu, naringi və ya portağal dilimləri əlavə edilməsi, yumurtanın pomidor, göyərti ilə yeyilməsi orqanizmin dəmir mineralını mənimsəməsini artırır.

Vegetarianlar rasionlarına C vitamini olan tərəvəzləri daxil etməklə, həmçinin dəmirlə zəngin tərəvəzlərlə qidalanarkən sitrus meyvə şirəsi içməklə dəmir qəbulunu  optimallaşdıra bilər.

​A vitamini və beta-karotenli qidalar

Beta-karoten bitki və meyvələrdə olan və ehtiyac yarandıqda bədənimizdə A vitamininə çevrilən qırmızı-narıncı piqmentdir. Yerkökü, balqabaq, qırmızı bibər, qovun, ərik, portağal, şaftalı və batat adı ilə tanıdığımız şirin kartof  beta-karoten və A vitamini ilə zəngindir.

Beta-karoten və A vitamini qidadan dəmirin sovrulmasını artırmaqla yanaşı, onun orqanizmdə səfərbər olunmasını və daha səmərəli istifadəsini təmin edir.

A vitamini və dəmirin birlikdə istifadəsi, onların hər birinin ayrı-ayrı istifadəsindən daha effektlidir. Bu, hər iki maddənin bir-birini gücləndirməsi deməkdir. A vitamini dəmirin bədəndə daha yaxşı mənimsənilməsinə və istifadə edilməsinə kömək edir. Nəticədə, həm dəmir, həm də A vitamininin faydalarını maksimum dərəcədə əldə etmək mümkün olur.

Maneələrin ortadan qaldırılması - dəmirin sovrulmasına mənfi təsir edən amillər

Fitatlar

Fitatlar dənli bitkilərdə olan turşulardır. Onun miqdarı lobya, noxud, mərci, soya kimi paxlalı bitkilərdə nisbətən daha çoxdur. Dəmirin sovrulmasına mane olan fitatların parçalanması üçün paxlalı bitkilərin gecədən suya qoyulması və yaxşı bişirilməsi həll yolu ola bilər.

Kalsium

Kalsium sümük sağlamlığı üçün vacib bir mineraldır. Lakin dəmirlə sovrulmada rəqabət apardığı üçün kalsiumlu qidalarla dəmirlə zəngin qidaların kalsium tərkibli dərman və ya bioloji aktiv qida məhsullarının eyni vaxtda qəbul edilməməsinə diqqət etməliyik. Əfsus olsun ki, milli mətbəximizə məxsus dolma, ispanaq qovurması, kükü kimi dəmirlə zəngin xörəkləri qatıqla qarışdıraraq yeməyimiz və ya ət xörəyinin yanında içki olaraq ayran seçməyimiz yol verdiyimiz yanlışlardandır.

Polifenollar

Polifenollar müxtəlif miqdarda bitki mənşəli qidalarda və şərab, çay və  qəhvə kimi içkilərdə olur.

Bildiyimiz kimi, elimizin çay içmək kimi gözəl bir adəti var. Özü də bir çox insanlar çayı yeməkdən dərhal sonra içməyi sevirlər. Əlbəttə, çay çox xeyirli bitkidir və bu ayrı mövzudur. Dəmir defisitli anemiyası olan şəxslərə gündəlik içdikləri çayın həm rəngini, həm də sayını azaltmaları tövsiyə olunandır. Ən vacibi isə yeməklə çay arasında həm əvvəl, həm sonra ən az 40 dəqiqə, 1 saat fasilə verilməsinə diqqət edilməlidir.

Yekun - sizin boşqabınız, sizin hekayəniz

Dəmir çatışmazlığı yazılmış bir qədər deyil. Ciddi məhdudiyyətlərə getmədən baş qəhrəmanın - dəmirin qidalanmada rolunu başa düşərək, şüurlu qida seçimi etməklə və lazım olduqda düzgün məlumat mənbəyinə müraciət etməklə, biz bu hekayənin enerji və həyat dolu olmasına imkan yaratmaqla, hekayəmizin sonunu dəyişdirə bilərik. Seçəcəyimiz hər yemək bədənimizin sağlamlıq hekayəsini dəyişmək üçün bir şansdır.

 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri