Qırğızıstan yeni nəsil biometrik pasportların istehsalına başlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 noyabr, AZƏRTAC
Qırğızıstan 2025-ci il modeli olan yeni nəsil biometrik pasportların buraxılışına başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Kabar” agentliyi yayıb. Bildirilib ki, yeni pasportlar milli simvolları əks etdirir və xarici görünüşü, həmçinin təhlükəsizlik səviyyəsi baxımından tam yenilənib. Sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə tam uyğun hazırlanıb.
Qeyd olunub ki, 2024-cü ilin mayından etibarən biometrik pasportlar və daxili şəxsiyyət vəsiqələri ölkə daxilində istehsal edilir.
Yeni pasportlara keçidin əsas səbəbləri Qırğız Respublikasının Dövlət Bayrağının dəyişdirilməsi ilə əlaqədar dövlət rəmzlərinin yenilənməsi, sənəd istehsalı prosesinin tam şəkildə “Uçkun” ASC-yə verilməsi nəticəsində milli istehsalın inkişafı, eləcə də regionda təhlükəsizliyin ən yüksək səviyyələrindən birinin təmin olunmasına imkan verən müasir texnologiyaların və unikal təhlükəsizlik həllərinin tətbiqidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















