Qış viruslarına qarşı güclü qalxan: Meyvəli çay resepti açıqlandı
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qışın soyuğuna qarşı meyvəli çaylar əsl təbii qalxandır.
Sherg.az xəbər verir ki, bu barədə qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib. A.Salamov hansı meyvələrin nə kimi vitaminlər daşıdığını izah edib və çayın hazırlanma qaydasını təqdim edib: 
- Məlumdur ki, qış aylarında viruslar daha aktiv olur və xüsusilə immun sistemi zəif olan insanlar xəstəliklərə daha tez yoluxur, eyni zamanda ətrafındakı insanlara da yoluxdururlar. Bu dövrdə immun sistemini dəstəkləyən təbii vasitələrə üstünlük vermək olduqca vacibdir. Bəzən bunun üçün iki-üç düzgün inqrediyent kifayət edir. Qış aylarında mənim ən çox sevdiyim və mütəmadi olaraq istifadə etdiyim meyvə çayı haqqında sizinlə bölüşürəm. Bu qarışım heyva, limon, zəncəfil və ədviyyat olaraq darçından ibarətdir. Heyva antioksidantlarla zəngindir, immun sisteminin dəstəklənməsinə kömək edir və orqanizmdə sərbəst radikalların zərərli təsirinə qarşı mübarizədə rol oynayır. Limon yüksək C vitamini tərkibi ilə immun sistemini gücləndirməyə kömək edir. Zəncəfil iltihabəleyhinə və istilikverici təsiri ilə soyuq aylarda orqanizmin müqavimətini artırır. Darçın da güclü antioksidant xüsusiyyətləri sayəsində hüceyrələrin oksidləşdirici stresdən qorunmasına dəstək olur. Unutmayaq ki, bu cür təbii qarışıqlar düzgün qidalanma ilə birlikdə istifadə edildikdə, qış aylarında orqanizmin ümumi müdafiə mexanizmlərinin güclənməsinə töhfə verə bilər.
A.Salamov qeyd etdi ki, meyvəli, bol vitaminli çayın hazırlanması üçün bir ədəd heyva, 1 ədəd limon, 1 ədəd zəncəfil (orta ölçüdə, bütöv, üyüdülməmiş), 1 ədəd çubuq darçın (orta ölçüdə) götürülür, heyva kiçik dilimlərə doğranır, limonun qabığı soyulur, doğranır, zəncəfil də xırda-xırda doğranır, hamısı birlikdə dəm çaynikinə qoyulur, üzərinə qaynar su əlavə edilir, vam təzyiqdə, yavaş-yavaş dəmlənir. Bu çayı süzgəcdən keçirib içmək də olar. Arzu edənlər 1 çay qaşığı bal da əlavə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Yanvar 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















