Icma.az
close
up
RU
Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Payızın yaxınlaşması ilə həm qida sənayesində, həm də ev şəraitində pomidor pastası və konserv məhsullarının istehsalı intensivləşib. Bir çox insan yayda yetişən tərəvəz və meyvələrdən müxtəlif üsullarla qış üçün konservlər hazırlayır.

Sfera.az bildirir ki, xarici mütəxəsislər bu barədə araşdırma aparıb və vətəndaşları konserv məhsulları hazırlayarkən diqqətsizlik nəticəsində ortaya çıxa biləcək təhlükələr barədə xəbərdar edib.

  “EVDƏ HAZIRLANMASINI TÖVSİYƏ ETMİRİK”

Konservləşdirmə prosesinin çox qədim tarixə malik olduğunu qeyd olunur:


“Soyuducu və dondurucuların olmadığı dövrlərdə məhsulların xarab olmasının qarşısını almaq üçün istifadə edilən bir üsul idi. Lakin düzgün və diqqətlə aparılmadıqda ölümə səbəb olan hallarla qarşılaşmaq mümkündür. ‘Clostridium botulinum’ adlanan mikroorqanizm səbəbilə pomidor, bibər kimi məhsullardan hazırlanan konservlər bəzi hallarda ölümcül nəticələrə gətirib çıxarır. Bu bakteriyanı məhv etmək üçün məhsul 120 dərəcədən yüksək temperaturda qaynadılmalıdır. Bu isə evdə istifadə olunan adi qazanlarla mümkün olmur. Sənaye konservlərində qapalı avtoklav sistemlərində bu temperatur təmin edilir. Ev şəraitində bu bunu etmək çox çətindir. Buna görə də biz evdə konserv hazırlanmasını tövsiyə etmirik.”

“AÇILMIŞ KONSERV 2 GÜN ƏRZİNDƏ İSTİFADƏ OLUNMALIDIR”

Evdə konserv hazırlamaq istəyənlərə tövsiyələr verilib:


“Xüsusilə istifadə olunan məhsulun və qabların təmizliyinə diqqət yetirilməlidir. Şüşə bankalar mütləq təmiz olmalıdır. Qapaqların ikinci dəfə istifadəsini tövsiyə etmirik, çünki onların contasının funksiyası pozula bilər. Məhsul qaynadıldıqdan sonra sürətlə soyudulmalıdır. Daha sonra günəş görməyən sərin bir məkanda saxlanmalıdır. İstifadə olunacaq bankanın qapağı şişkin və ya sızdıran olmamalıdır. Bu, sənaye məhsulları üçün də keçərlidir. Əgər bankanın içində hava qabarcıqları və ya köpüklənmə görürsünüzsə, qətiyyən istifadə etməyin. Açılmış konserv maksimum 2 gün ərzində istifadə olunmalıdır. Əks halda, bir çox bölgədə rast gəldiyimiz ölüm hallarına səbəb ola bilər.”

Mədə bulantısı, ishal, qusma və hərarət kimi əlamətlərin qida zəhərlənməsi simptomları olduğunu vurğullanıb:


“Belə bir vəziyyətlə qarşılaşdıqda mütləq həkimə müraciət edilməlidir. Biz ‘mütləq sənaye məhsullarından istifadə edin’ demirik, lakin evdə hazırlanacaq konservlərdə gigiyena qaydalarına mümkün qədər riayət olunması çox vacibdir.”

Gülər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Avqust 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri