Icma.az
close
up
RU
Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı

Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 26 fevral – Xocalı soyqırımı günü ilə əlaqədar “Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı” mövzusunda sərgi-tədbir keçirib.

Əvvəlcə “Qisası alınmış Xocalı soyqırımı və xocalıların böyük qayıdışı” mövzusunda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və başqaları qeyd ediblər ki, artıq 5-ci ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib, qisasını almış xalq olaraq anırıq. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün isə Qarabağda, o cümlədən Xocalıda qətliamlar törədənlər Bakıda ədalət qarşısında cavab verirlər. Əlavə edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar.

Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ümumilikdə 46 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi Mustafazadə Bətül Rauf qızı, ikinci yerə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdi Fazilova Xədicə Qasım qızı, üçüncü yerə isə 61 saylı orta məktəbin şagirdi Muxamedşina Alina İntiqam qızı layiq görülüblər.

Eyni zamanda 69 nəfərin iştirak etdiyi inşa müsabiqəsində birinci yerin qalibi 210 saylı orta məktəbin şagirdi Qurbanov Elnur Emin oğlu, ikinci yerin qalibi 1 saylı idman liseyinin şagirdi Dəmirova Fəridə Fərid qızı, üçüncü yerin qalibi isə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin tələbəsi Əhmədzadə Rəhim Bəxtiyar oğlu olublar.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. 109 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri