Icma.az
close
up
RU
Qız ya oğlan? Uşağın cinsiyyətinə kim qərar verir?

Qız ya oğlan? Uşağın cinsiyyətinə kim qərar verir?

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Uşaq istəyən ailələrin həyəcanlı gözləntilərindən biri də körpənin cinsiyyətidir. Bəzi valideynlər hamiləliyin ilk həftələrində belə, uşağın cinsiyyətini öyrənmək istəyir. Sosial şəbəkələrdə “gender tozu”, “evdə cinsiyyət testləri”, “cinsiyyət hesablama” və digər variantlar bu istəyi kommersiyalaşdırmağa çalışır. 

Bəs bu vasitələrə inanmaq olarmı? Bu tələdir, yoxsa həqiqət?

Lent.az xəbər verir ki, elmi baxımdan, dölün cinsiyyəti mayalanma anında müəyyən olunur:

Cinsiyyətin vizual olaraq müəyyən edilməsi üçün müəyyən bir inkişaf mərhələsi tələb olunur. Ultrasəs müayinəsi ilə cinsiyyət adətən hamiləliyin 12-14-cü həftələrindən etibarən təxmin edilə bilər, lakin ən etibarlı nəticələr 16-cı həftədən sonra görülür.

Ginekoloqlar bildirirlər ki, “gender tozları”, eləcə də cinsiyyət hesablama kimi fikirlər heç biri elmi və tibbi cəhətdən təsdiqlənməyib. Onların nəticələri təsadüfi və qeyri-dəqiqdir. 


Bəs el arasında “təqvim” və ya “cədvəl” metodları adı ilə yayılmış  ilə cinsiyyət hesablamalarının doğruluq payı varmı?

Bu metodlar 3 formada olur. 

Çin cinsiyyət təqvimi ilə ananın yaşı və mayalanma ayı əsas götürülür. Cədvəldə bu iki göstəriciyə uyğun olaraq uşağın qız və ya oğlan olacağı təxmin edilir.

İkinci metod isə qan yenilənməsi nəzəriyyəsidir.
Bəzi inanclara görə, qadının və kişinin qanı müəyyən illərdən bir yenilənir və kimin qanı daha  təzədirsə, uşağın cinsiyyəti də ona uyğun olur.

Sonuncu inanılan metod isə ovulyasiya dövrü metodudur.  

Bu metoda görə, kişi və qadın hüceyrələrinin xüsusiyyətlərinə əsasən, müəyyən günlərdə cinsi yaxınlıq oğlan və ya qız doğulması ehtimalını artıra bilər.

Lakin hesablama üsullarının heç biri elmi şəkildə sübut olunmayıb. Tibbi cəhətdən, dölün cinsiyyətini yalnız genetik kod müəyyən edir və bu, tamamilə ata spermasında olan xromosomdan asılıdır.

Bütün valideyn olacaq şəxslər bilməlidirlər ki, bu proses tamamilə təsadüfi baş verir və insan müdaxiləsi olmadan proqnozlaşdırıla bilməz.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri