Icma.az
close
up
RU
Qızıl kimi insan (Esse)

Qızıl kimi insan (Esse)

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hacı Tahir Məlikov: “Ticarətlə məşğul olmaq bu gün çox çətindir. Çünki ticarət bu gün istedad, bacarıq, halallıq və düzgünlük tələb eləyir”

Onunla dörd il bundan qabaq Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü kimi ünsiyyətimiz, münasibətimiz başladı. Birgə yol yoldaşı olduq. Ulularımız deyib ki, “ insanı yolda tanıyarlar”. Biz də yol yoldaşı olanda və həmişə təmasda olub söhbətlər edəndə bu insanın qanı və canı ilə millətə, Vətənə, dövlətə, dövlətçiliyə bağlı olduğunu, yüksək tərbiyəsini görəndə fikirləşdim ki, onu bizim dostlar klubunun idarə heyttəinə təklif edəndə Sumqayıt Dostlar Klubunun sədri, maraqlı yazıçı-publisist, ictimai xadim Hümbət Həsənoğlu öz fikirlərində yanılmayıb.

Hacı Tahir Məlikov artıq ömrünün 58-ci ilini arxada qoyur. Onun 55 yaşı tamam olanda, Ulu Tanrı mənə imkan verdi ki, xalqımızın belə bir ziyalısı ilə dəyərli oxucularımızı tanış etdim. O vaxt onun haqqında yazdığım esse çox maraqla qarşılandı və həmin essedə onun keşməkeşli həyat yoluna bir nəzər saldıq.

İndi yenə də istəyirəm ki, onun keçmiş həyatını birlikdə vərəqləyək: Tahir Bəhlul oğlu Məlikov 1967-ci ilin iyul ayının 15-də Sumqayıt şəhərində anadan olub. Səkkiz il Sumqayıt şəhər 1 nömrəli məktəbdə təhsil alıb. Sonra təhsilini 49 nömrəli texiki-peşə məktəbində davam etdirib. İki il İrkutsk vilayətinin Ustilim şəhərində hərbi xidmətdə olub. Ordudan qayıdandan sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib. Kimyəvi texnologiya prosesləri mühəndisi olub. Təyinatla Sumqayıt şəhər Səthi Aktiv Maddələr zavoduna göndərilib. Dövlət mükafatı laureatı, Prezidentin Fərdi təqaüdçüsü və hal-hazırda Sumqayıt Ağsaqqallar Şurasının sədri olan Təbrik Quliyevin rəhbərlik elədiyi bu zavodda uzun illər mühəndis işləyib. 1996-cı ildən kommersiya ilə, sahibkarlıqla məşğul olduğuna görə zavoddakı işindən çıxıb.

Onun lap uşaq yaşlarından bir amalı vardı: “İnsan həyatda düzgün olmalıdır”. Bax, məhz buna görə də Tahir sahibkarlıq sahəsində öz yolunu seçdi, böyük uğur, hörmət, nüfuz qazandı.

Hacı Tahir həmişə deyir ki, “ticarətlə məşğul olan insan, birinici növbədə, özü və ətrafındakı adamlar təmiz, pak olmalıdır. Mənim ticarət sahəsinə gəlməyimdə dostum Hacı Təşkilat Ağayevin çox köməkliyi olub. Allah onun malına-mülkünə bərəkət versin və balalarının canını sağ eləsin!”

Əfsus ki, Azərbaycanda çox zaman ticarəti aldatmaq kimi başa düşürlər. Ona görə də əksər adamlar bu sahədə uduzurlar. İşləri gətirmir. Hacı Tahir deyir ki, “hər kəsin, hər insanın öz qabiliyyəti, bacarığı, istedadı var. Ticarət, sahibkarlıq mən deyərdim ki, böyük istedad, dərin savad, bacarıq və uzaqgörənlik tələb eləyir. Bu sahədə məşğul olmaq istəyənlər, əvvəllər uğur qazanmış tanınmış tacirlərin, sahibkarların həyatını yaxşı öyrənməlidirlər. Elə Hacı Zeynəlabdin Tağıyevin, Musa Nağıyevin və başqalarının əldə ertdiyi uğurları, hansı maneələrdən keçdiklərini bilməlidirlər. Ən əsası halallığa və düzgünlüyə üstünlük verməlidirlər. Əgər bu keyfiyyətləri özündə formalaşdıra bilməsələr, hökmən qazandıqlarını itirəcəklər. Allahın hər bir adama verdiyi nəfs deyilən gözəl bir şey var. Çox varın-dövlətin dalınca qaçmaq olmaz. İnsan çalışmalıdır ki, nəfsini qorusun.

Nəfsimizi bütün məqamlarda idarə etməyi bacarmalıyıq. Əgər sənə verilənlə razılaşsan, ürəyinin səsinə qulaq assan, onda sən yaxşı, qəlbi təmiz, pak insan olacaqsan. Mən də bu amallara söykənərək öz işimi qurdum. Elə insanlar olur ki, ticarətin, sahibkarlığın qanunlarını yerinə yetirmədiyinə, öz nəfsinin qurbanı olduğuna görə bu sahədə uduzurlar. Ona görə də insan elə olmalıdır ki, pul qazanmaq xatirinə xarakterini, simasını itirməsin. İnsanın öz duyğu və düşüncələrini bir yerə yönəltməsi mənəvi gücün başlıca qayəsidir. Həm də insanın öz hissləri üzərində hakim olmağı bacarması mənəvi böyüklüyün əsasıdır. Mən təmizliyimi, paklığımı qoruduğuma və nəfsimin qulu olmadığıma görə həmişə mənə köməklik eləyib, dəstək olublar. Bu ömrü beləcə yaşayaraq, artıq onun 58 ilini arxada qoymuşam. Fikirləşirəm ki, hələ həyatda görəcəyim işlər çoxdur. Mən onları Allahın izni ilə reallaşdırmalıyam. Ticarətə, sahibkarlığa yenicə başlayan gənclərə məsləhətim budur ki, onlar bilsinlər həyat böyük, çətin bir mübarizə meydanıdır. Burada uduzmaq da olar. Ona hazır olun və sonra özünüzdə güc toplayıb yenidən mübarizə aparın ki, qələbə çalasınız. İnsan həmişə özünə bu sözləri deməlidir: “Mən bacaracam. Mən güclüyəm”. Çalışın, ali məqsədinizə doğru yönəlin, həyatdan zövq alın. Onda yaşamaq da çox gözəl olar. Bəzən olub ki, mən hayatda səhvlər eləmişəm. Bax, ona görə də ticarətlə məşğul olmağa yeni başlayan gənclərin səhv eləməsini istəmirəm...

44 günlük Vətən müharibəsindəki qələbəmiz və bir günlük lokal xarakterli döyüşlərdə düşməni ağ bayraq qaldırmağa məcbur eləməyimiz məni çox sevindirdi. İnanın ki, sevincdən ağladım. Ölkə başçımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun apardığı döyüşlərdən ürəyim dağa döndü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən də Qarabaş döyüşləri üçün çox böyük vəsaitlər köçürtdüm. Bundan fərəh duydum. Bütün azərbaycanlılar kimi bunu mən də özümün müqəddəs borcum bildim. Bəli. Bizim xalqımız dünya xalqlarına necə güclü, qüdrətli xalq olduğunu bir daha sübut elədi. Mən də bu xalqın oğlu kimi çox güclü, qururlu olduğum üçün bəzən öz-özümə deyirəm: “Səbrli, dözümlü ol, sən bu işi bacaracaqsan. Sən bunu etməlisən”. Əlbəttə, bu illər ərzində yaxşıyla bərabər pis günlər də yaşamışam. Bu, həyatdır. Onun enişi və yoxuşu var. Amma heç vaxt ümidsizliyə qapılmamışam. Hər şeyin ürəyimcə olması üçün çalışmışam. Bax, bu anları düşündükcə həm sevinc, həm də kədər hissləri yaşayıram. Ulu Tanrıya şükürlər olsun ki, indi sizinlə üz-üzə oturub, müsahibə verirəm. Bu günlərə sağlam gəlib çatdığım üçün çox xoşbəxtəm. Ən əsası isə ölkə başçımız cənab İlham Əliyev biz sahibkarlara lazım olan bütün şəraitləri yaradıb və biz də çalışırıq ki, ölkə başçımızın yanında olub, işsizliyin aradan götürülməsi üçün əlimizdən gələn bütün köməklikləri edək.

Çox sevinrəm ki, gözəl ailəm, uşaqlarım, dostlarım var. Mənə həyatda güc, qüvvət verən Allahım var. Oğlum Əli Çində təhsil alıb. Əla mütəxəssisdir. Öz savadına, bacarığına görə iş yerində böyük hörmət qazanıb. Kiçik oğlum Bəhlul Türkiyədə ali təhsil alıb. Bu gün iş adamıdır. Qızım Nəzifə Türkiyədə Tibb Universitetində təhsil alır. Övladlarımın tərbiyəsində, savadlı böyüməsində həyat yoldaşım Aynur xanımın əməyi daha çox olub.
Əvvəllər elə fikirləşirdim ki, həyatda bu qədər uğurları qazanmaq çətin olacaq. Amma Uca Tanrı mənə lazım olan qisməti bəxş edib. Bu da yəqin ki, uzun illərdir Allaha ibadət etməyimdəndir. Ən əsası da hər bir əməlimdə düzəm. Bacardığım qədər xeyriyyəçilik eləyirəm. Yanımda işləyənlərə hər cürə şərait yaradıram ki, ailələrini yaxşı dolandıra bilsinlər. Əgər bunları mənə Ulu Tanrı veribsə, mən də onu Onun bəndlərinə xərcləməliyəm. Həyatda ən layiqli dostlar qazanmışam. Həqiqətən də əsl dostluq böyük qüvvədir. Arxadır, dayaqdır. İnsan gərək haqqı itirməsin. Ona yaxşılıq eləyənləri, çörək verənləri yaddan çıxarmasın. Çalışmaq lazımdır ki, həyatda özünə yaxşı dostlar seçəsən. Son illərdə qazandığım ən dəyərli dostlarım isə Sumqayıt Dostlar Klubunun idarı heyyətinin üzvləridir. Onlarla tanış olmaq mənim üçün böyük xoşbəxtlikdir.

Ulu Peyğəmbərimizin belə bir hədisi var: “Alimlərlə otur-dur ki, alim olasan”. Dahi Mövlanə deyib ki, “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir”; “ Həyatda sözdən ağır yük yoxdur. Çünki bədən çox yükü qaldırar, amma könül hər sözü qaldıra bilməz”. Çalışaq ki, bu keşməkeşli həyatda qəlbimiz təmiz, pak olsun. Onda yaşamaq da gözəl olar. Bizi hamı sevər və hamı bizə böyük ehtiram göstərər”.

P.S. Bax, bizim dostumuz Hacı Tahir Məlikov məhz belə müsbət əməllərinə görə qızıl kimi insandır. Əgər hər bir insan belə olsa, belə xeyirxah əməlləri özündə ehtiva eləsə, bu məmləkətdə yaşamaq həqiqətən də gözəl olar.

Ağalar İDRİSOĞLU,
yazıçı-dramaturq-rejissor,
Əməkdar incəsənət xadimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri