Icma.az
close
up
RU
“Qızıl top”la bağlı etirazlar səngimir: Dembele layiq idi?

“Qızıl top”la bağlı etirazlar səngimir: Dembele layiq idi?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Builki “Qızıl top” mükafatafının nəticəsi birmənalı qarşılanmayıb. 

Belə ki, “PSJ”-nin ulduzu Usman Dembelenin ilin ən yaxşı futbolçusu seçilməsi etirazlara səbəb olub. Bir çox klub tədbiri boykot edərək qatılmayıb. 

Bəzi klub rəsmiləri və futbolçular isə qərardan razı qalmadıqlarını açıqlayıblar. Xüsusilə “Barselona”nın ulduzları Lamin Yamal və Rafinyanın bu mükafata daha çox layiq olduğunu düşünənlərin sayı kifayət qədərdir. 

Maraqlıdır, “Qızıl top”un Dembeleyə verilməsi ədalətli qərar idi? Nə üçün Yamal və ya Rafinya deyil, Dembele seçildi? 

Mövzu ilə bağlı futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, indiki məqamda Dembelenin “Qızıl top”u qazanması doğru qərardır: 

“Əlbəttə, Lamin Yamal və Rafinya “Barselona”nın hücumlarının əsas gücləridir. Hər ikisi çox gözəl texnikaya malik və oyunları ilə böyük zövq verən futbolçulardır. Lakin “Qızıl top” mükafatı veriləndə əsasən klub karyerası nəzərə alınır. 

“PSJ” ötən mövsüm bütün mükafatları qazandı. Ən əsası Çempionlar Liqası və UEFA Super Kubokunda qalib oldu. Sadəcə Klublararası Dünya Çempionatını qazana bilmədilər. Dembelə isə o komandanın əsas vuran ayağı və liderlərindən biri idi. Bu mənada Dembele Yamal və Rafinya ilə müqayisədə bir addım önə çıxır”. Ekspertin sözlərinə görə, Dembele “PSJ” ilə Çempionlar Liqasını qazanmasa, “Qızıl top”u ala bilməyəcəkdi: 

“Düzdür, Rafinya və Yamal ötən mövsüm fərdi statistika baxımından bir çox rekorda imza atıblar. Lakin Dembele Çempionlar Liqasının qalibi olduğu üçün bu mükafata layiq görüldü. Əgər Dembele “PSJ”-də deyil, başqa klubda oynasaydı, ötən mövsüm Çempionlar Liqasının qalibi olmadığı üçün “Qızıl top”u ala bilməyəcəkdi. Bu halda düşünürəm ki, “Qızıl top”u Yamal alacaqdı. Lakin Yamal klub uğuru cəhətdən Dembeleyə uduzdu”. 

Mehman Süleymanov Rafinya və Yamalı da müqayisə edib: 

“Rafinya Yamalla müqayisədə daha təcrübəlidir. Bir çox fərdi göstəricidə hətta Yamalı keçir. Ancaq Yamal daha çox reklam olunur və göz önündədir. Buna görə düşünürəm ki, ötən mövsüm Çempionlar Liqasının qalibi “Barselona” olsaydı, “Qızıl top” da Lamin Yamala veriləcəkdi. Rafinya sanki bir qədər geridə, hətta Yamalın kölgəsində qalır. Amma bu, o demək deyil ki, Rafinya ondan zəifdir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Qızıl top Dembele Yamal Rafinya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri