Qızılın qiymətində artımın əsas səbəbi məlum oldu Açıqlama
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Dünya bazarında qızılın bahalaşması gözlənilən proses kimi qiymətləndirilir. Qiymət artımının əsas səbəbi kimi əvvəlki dövrlərdə baş verən ciddi enişlər göstərilir.
Qızılın qiymətində son dövrlərdə müşahidə olunan artım fonunda bahalaşma yaxın aylarda da davam edə bilərmi? Qlobal geosiyasi gərginliklər, inflyasiya, investorların qızıla marağının artması və dünya bazarındakı dəyişikliklər Azərbaycanın qızıl bazarına necə təsir göstərə bilər? Bu şəraitdə vətəndaşların qızıla investisiya etməsi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artması gözlənilən idi.

Onun sözlərinə görə, buna səbəb qiymətin xeyli aşağı düşməsi olub:
“Bu qiymət enişinin əsas səbəblərindən biri, nə qədər qəribə səslənsə də, Körfəz ətrafında baş verən hadisələr və İran-Amerika qarşıdurması idi. Çünki ərəb monarxiyalarının qızıl ehtiyatları böyükdür. Neft satışları azalanda qızıl satmağa başladılar ki, büdcə öhdəliklərini yerinə yetirsinlər. Bu, səbəblərdən biri idi, təbii ki, tək səbəb deyildi.
İndi isə proseslər sanki bir qədər normallaşmağa doğru gedir və dünya ölkələri qızıl ehtiyatlarını artırırlar. Məsələn, Çin son illərdə qızıl alışını əhəmiyyətli dərəcədə artırıb. Bunu Çin Mərkəzi Bankı həyata keçirir. Bu da qızılın qiymətinin yüksəlməsinə təsir göstərir.
Yaxın gələcəkdə, ən azı ilin sonuna qədər, trend qiymətin yüksəlməsi istiqamətindədir. Düzdür, hazırda qiymət tarixi maksimum səviyyədə deyil. Ən yüksək qiymətləri artıq görmüşük: qızılın bir unsiyasının qiyməti 6000 dollara yaxınlaşırdı. İndi isə hələ ki, 4400 dollar səviyyəsindədir. Yəni qiymətin həmin maksimum səviyyələrə doğru yüksəlmək potensialı var.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qızılın qiyməti sürətli artımın səbəbi nədir? (VİDEO)
16 Mart 2025 17:39
Qızılın qiymətində rekord BAHALAŞMA
09 Aprel 2025 09:59
Qızılın qiymətində növbəti ARTIM
21 Mart 2025 00:55
Qızılın qiymətində tarixi REKORD
22 Aprel 2025 09:00
Qızılın qiymətində rekord artım
30 Avqust 2025 16:02
Baxış sayı:158
Bu xəbər 12 Avqust 2026 13:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları