Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qlobal çağırışlar və siyasi gündəmin əks sədası

Qlobal çağırışlar və siyasi gündəmin əks sədası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxud dünyanın BMT Baş Assambleyasının 80-ci sessiyasından gözləntiləri

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında açılan Baş Assambleyanın 80-ci sessiyası dünya siyasətinin ən yüksək tribunasıdır. Buradan səslənən mesajlar qlobal gündəmi formalaşdırır, beynəlxalq münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirir və dövlətlərin siyasi mövqeyini nümayiş etdirir. 150-dən çox dövlət və hökumət başçısının iştirakı assambleyanı qlobal “siyasi laboratoriya”ya çevirir. Burada sınaqdan keçirilən ideyalar, irəli sürülən təşəbbüslər və səsləndirilən fikirlər beynəlxalq siyasətin real dinamikasını əks etdirir.

Sessiyanın rəsmi şüarı – “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” – diplomatik üslubda ümid və həmrəyliyə çağırış etsə də, faktiki reallıq bu idealizmin nə qədər praktik olduğunu sual altına qoyur. Çünki dünya düzənində parçalanmalar dərinləşib: Bir tərəfdə Qərb ölkələri “qaydalara əsaslanan nizam”dan danışır, digər tərəfdə isə Qlobal Cənub dövlətləri bu yanaşmanı hegemonluğun yeni forması kimi qəbul edir. Əslində, bu sessiya “güzgü funksiyası” daşıyır: BMT-nin 80 illik tarixi missiyası ilə indiki qlobal siyasi parçalanmalar arasında hansı uyğunsuzluqlar var? Böyük güclər veto hüququndan əl çəkməyə hazırdırmı? Qlobal Cənub öz maraqlarını yalnız bəyanatlarla, yoxsa institusional dəyişikliklərlə müdafiə edə biləcəkmi?

***

Qərb dövlətlərinin ritorikasının Ukraynanın müdafiəsi və Moskvanın təcridinə yönələcəyi indidən aydındır. Onların arqumentləri beynəlxalq hüququn üstünlüyünə söykənəcək, eyni zamanda, humanitar aspektlər qabardılacaq. Amma bu yanaşmanın təsir gücü məhduddur, çünki Qlobal Cənub dövlətləri bu ritorikanı çox vaxt Qərbin hegemon təsirinin davamı kimi qəbul edirlər. Bu parçalanma Baş Assambleyanın qərarvermə mexanizmlərinə necə təsir göstərəcək? Cavab ondan ibarətdir ki, qətnamələrin çoxu Ukraynanın suverenliyinə dəstək mesajları ilə müşayiət olunsa da, kəskin söz seçimi, məsələn, “işğal” və ya “təcavüz” kimi ifadələr səsverməni parçalaya bilər. BMT institutlarının struktur məhdudiyyətləri də vəziyyətin mürəkkəbliyini artırır. Baş Assambleya qlobal konsensus üçün açıq platformadır, lakin Təhlükəsizlik Şurasındakı veto mexanizmi praktiki addımları bloklayır. Rusiya veto hüququndan istifadə edərək istənilən qərarı neytrallaşdırır, nəticədə Baş Assam­bleya simvolik və siyasi təzyiq tribunasına çevrilir. 

Mümkün ssenarilərə nəzər yetirdikdə, ən realist olanı ritorikanın intensivləşməsi ilə yanaşı, institusional blokadanın davam etməsidir. Humanitar məsələlərdə məhdud konsensus mümkündür, amma hərbi-strateji sahədə parçalanma qalacaq. Alternativ olaraq, Qlobal Cənubun daha açıq mövqe sərgiləməsi və Çin–Rusiya tandeminin koordinasiyasını artırması nəticəsində yeni bloklaşma xətti də güclənə bilər. 

Ortaya maraqlı bir sual çıxır: ABŞ, Rusiya, Çin, Hindistan və Braziliya kimi lider aktorların konkret nitq strategiyaları bu parçalanmanı dərinləşdirəcəkmi, yoxsa müəyyən yumşalma imkanları yarada biləcək? Sualın cavabı sessiyanın ən kritik məqamlarından biri olacaq.

***

Qəzza məsələsi BMT Baş Assambleyasının 80-ci sessiyasında beynəlxalq sistemdəki ikili standartların bariz nümunəsi kimi təqdim olunacaq. Qəzzadakı humanitar fəlakət minlərlə mülki qurban, dağılmış infrastruktur və yüzminlərlə məcburi köçkünlə özünü göstərir. Həmin mənzərə BMT-nin humanitar mandatını birbaşa hərəkətə çağırır, amma əsas dilemma budur: Assambleya real nəticəyə yönəlik hansısa addım ata biləcək, yoxsa müzakirələr yenə də emosionallığın və ritorikanın fövqündə qalacaq?

Qlobal güclərin mövqeyi də məsələnin mürəkkəbliyini artırır. ABŞ və onun yaxın müttəfiqləri İsraili dəstəkləyərək mövzunu “təhlükəsizlik” və “terrorizmə qarşı mübarizə” kontekstinə çəkməyə çalışacaq. Avropa ölkələrinin bir qismi daha balanslı, humanitar yönümlü çıxışlar etsə də, Vaşinqtonun sərt xəttini tam əksinə çevirmək niyyətində olmayacaq. Rusiya və Çin isə Fələstin məsələsini beynəlxalq tribunda Qərbin ikili standartlarını ifşa etmək üçün siyasi vasitəyə çevirəcək. Onların ritorikası daha çox “ədalətin selektiv tətbiqi” və “hegemon təsirin davamı” kimi tezislərə söykənəcək. Bunlar Baş Assambleyada konsensus imkanlarını zəiflədir, çünki Təhlükəsizlik Şurasında ABŞ-ın veto hüququ istənilən real addımı bloklayır, Assambleyada qəbul olunacaq qətnamələr isə yalnız simvolik məna daşıyır.

Ən real ssenari Baş Assambleyada humanitar yardım və atəşkəs çağırışları ilə bağlı yumşaq qətnamələrin qəbul olunmasıdır. Lakin bu, daha çox siyasi simvolizm rolunu oynayacaq. Digər ehtimal isə ritorik qarşıdurmanın güclənməsi, ərəb-müsəlman dünyasının emosional çıxışlarının Qərb dövlətlərinin mövqeyi ilə sərt toqquşmasıdır. Prosesdə Qlobal Cənub ölkələrinin dəstəyi ilə Fələstin məsələsinin bir daha “qlobal ədalət gündəliyi”nin tərkib hissəsinə çevrilməsi mümkündür. Amma həlledici sual açıq qalır: BMT tribunasından səslənəcək çıxışlar Fələstin məsələsini beynəlxalq hüququn və humanitar ədalətin mərkəzinə qaytara biləcəkmi? Yoxsa bu mövzu yenə də böyük güclərin maraq oyunlarının girovunda qalacaq? Bu sual Baş Assambleyanın 80-ci sessiyasının ən ciddi siyasi-analitik dilemmasıdır.

***

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim böhranı BMT Baş Assambleyasının 80-ci sessiyasında qlobal diqqətin mərkəzində olacaq, çünki bu mövzular beynəlxalq təhlükəsizlik və geosiyasi sabitliklə sıx bağlı problem kimi qəbul edilir. Qlobal istiləşmə, su qıtlığı, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərin intensivləşməsi və məcburi miqrasiya dalğaları bütün dövlətlər üçün ortaq təhlükədir. Bəs böyük güclərin siyasi rəqabəti fonunda bu sahədə real əməkdaşlıq mümkündürmü?

Əslində, Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilədək yoxsulluğun azaldılması, bərabər imkanların yaradılması, təmiz enerji keçidi və ekoloji balansın qorunması kimi ümumbəşəri hədəflər müəyyən etsə də, praktiki icra ilə bağlı mənzərə parçalanıb. BMT tribunasından Qərb dövlətləri, xüsusilə Avropa İttifaqı üzvləri “yaşıl keçid”, karbon neytrallığı və enerji transformasiyasını ön plana çıxaracaqlar. ABŞ isə bu sahədə liderlik iddiasını gücləndirmək, həm texnologiya, həm maliyyə mexanizmləri ilə təsirini artırmaq istəyəcək. Çin özünü iqlim gündəminin əsas oyunçusu kimi təqdim etməyə çalışacaq, lakin Pekin üçün əsas prioritet enerji təhlükəsizliyidir; buna görə qlobal səviyyədə tam “yaşıl əməkdaşlıq” xəttinə qoşulmaqdan çox, milli maraqları qoruyan balanslı mövqe sərgiləyəcək.

Qlobal Cənub dövlətləri bu müzakirələrdə daha çox maliyyə və texnologiya transferini gündəmə gətirəcəklər. Onlar hesab edirlər ki, inkişaf etmiş ölkələrin tarixi məsuliyyəti daha böyükdür və iqlim dəyişikliyinə uyğunlaşma üçün resurs təmin etmək onların öhdəliyidir. Əsas dilemma budur: Dayanıqlı İnkişaf Məqsədləri və iqlim böhranı ətrafında qlobal həmrəylik rəsmi çıxışlarda səslənsə də, praktiki planda dövlətlər daha çox öz iqtisadi maraqlarını qoruyur. BMT platforması bu paradoksu aradan qaldırmağa cəhd edir, amma böyüklər arasında güc rəqabəti və iqtisadi üstünlüklər uğrunda mübarizə ortaq öhdəlikləri zəiflədir.

Maraqlıdır: İqlim və inkişaf məsələləri həqiqətən də qlobal həmrəylik yaratmaq potensialına malikdirmi, yoxsa onlar da Rusiya–Ukrayna və Qəzza mövzuları kimi geosiyasi parçalanmanın daha bir arenasına çevriləcək? Cavab aydındır: Müəyyən sahələrdə (humanitar yardım, texnologiya transferi, iqlim fondu mexanizmləri) məhdud konsensus mümkündür, amma strateji səviyyədə qlobal idarəçilik yenə də güc balansının diktəsi altında qalacaq.

***

Diplomatik simvolika həmişə BMT Baş Assambleyası kimi qlobal tribunanın açılış mərasimlərində xüsusi önəm daşıyır. Braziliyanın ənənəvi olaraq ilk çıxışı etməsi təkcə tarixi protokol deyil, həm də beynəlxalq münasibətlərdə müəyyən simvolik balansı qoruyan diplomatik jestdir. Ənənənin kökü 1950-ci illərə gedib çıxır: Həmin dövrdə böyük güclər çıxış ardıcıllığı barədə razılığa gələ bilmədiklərindən Braziliya könüllü şəkildə önə çıxaraq açılış nitqi etməyi öhdəsinə götürmüşdü. Bu il isə Braziliya Prezidenti Luis İnasio Lula da Silva kürsüyə çıxdıqda, sadəcə, ənənəni davam etdirməyəcək, həm də Qlobal Cənubun səsini ifadə edəcək. Lulanın çıxışından gözləntilər ondan ibarətdir ki, Braziliya beynəlxalq sistemdə daha in­klüziv, balanslı və ədalətli nizam tələbini səsləndirəcək. Onun mesajlarının başqa bir mühüm istiqaməti, çox güman ki, iqlim böhranı ilə bağlı olacaq. 

***

BMT-nin 80-ci sessiyası, əslində, iki paralel mərkəz ətrafında formalaşır: Birincisi, konkret böhranların – Rusiya-Ukrayna müharibəsi, Qəzza böhranı, iqlim böhranı və s. – müzakirəsi; ikincisi isə beynəlxalq təşkilatın özünün gələcəyi və legitimliyi ilə bağlı suallar. Bu istiqamətlər bir-birini tamamlayır. BMT-nin böhranlara verdiyi cavab onun effektivliyini, gələcək funksional çəkisini müəyyən edir.

Əsas problem ondan ibarətdir ki, TŞ-nin veto mexanizmi qlobal konsensusun qarşısında sistemli baryerə çevrilib. Böyük dövlətlər veto hüququndan yalnız milli maraqları qorumaq üçün deyil, həm də beynəlxalq hüququ selektiv tətbiq etmək üçün istifadə edirlər. Bunlar Ukrayna böhranında, Yaxın Şərq münaqişələrində açıq görünür. Nəticədə, Baş Assambleya simvolik qərarlar qəbul edir, lakin real icra imkanları məhdud qalır. Təbii ki, bu amil təşkilatın legitimliyini zədələyir və “BMT-nin XXI əsrin reallıqlarına uyğun islahatı mümkündürmü?” sualını aktuallaşdırır. BMT gələcəkdə daha inklüziv və ədalətli bir platformaya çevriləcəkmi, yoxsa böyük güclərin maraqlarının əsirində qalaraq qlobal fraqmentasiyanı dərinləşdirəcək? Reallıq deyir ki, yaxın perspektivdə BMT-də radikal islahatlar gözlənilmir. Amma “qlobal Cənub”un artan fəallığı və yeni regional güc mərkəzlərinin təşəbbüsləri təşkilatı siyasi təzyiq altında saxlayacaq. Beləliklə, 80-ci sessiyanın yekun mesajı: BMT hələ də qlobal legitimlik simvoludur, onun effektiv beynəlxalq idarəçilik mexanizminə çevrilməsi məsələsi açıq qalır. Ən real nəticə – qlobal konsensusun möhkəmlənməsi deyil, fraqmentasiyanın daha dərindən hiss olunması olacaq. Amma bunun özü də gələcəkdə təşkilatda islahata siyasi təkan verə bilər.

Şəbnəm İLQARQIZI,
XQ-nin siyasi analitiki

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri