Icma.az
close
up
RU
“Qlobal güc” güvən mənbəyi ola bilərmi? TƏHLİL

“Qlobal güc” güvən mənbəyi ola bilərmi? TƏHLİL

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul, 10 mart, Günel Karatepe, AZƏRTAC

Rusiya ilə Ukrayna arasında gərginlik hələ də davam edir. Bu qarşıdurma yalnız bölgədə deyil, beynəlxalq aləmdə də bir sıra mühüm hadisələrə yol açıb. Xüsusilə Avropa İttifaqının (Aİ) apardığı siyasətdə radikal dəyişiklər ön plana çıxıb. Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş hakimiyyətinin dəstəyi ilə bu siyasət daha da dərinləşib. Lakin ABŞ-da hakimiyyət dəyişikliyi bu prosesə fərqli təsir göstərməkdədir.

Belə ki, qlobal siyasətin alt-üst olmasına yol açan Rusiya-Ukrayna müharibəsi bu gün yeni mərhələyə keçib desək, yanılmarıq. Burada, ilk növbədə, ABŞ ilə Qərb arasındakı fikir ayrılıqlarını xüsusi qeyd etmək lazımdır. Bir neçə gün əvvəl ABŞ və Ukrayna prezidentləri arasında Ağ Evdə baş verən insident bunun daha da artmasına təkan verən amillərdən olub. İndiyədək ABŞ və Qərbin “ortaq təhlükə” anlayışı ilə yanaşdığı Rusiya-Ukrayna qarşıdurmasının bu gün həm Amerika, həm də Avropa ölkələrinin öz maraqları daxilində dəyişdiyini görmək o qədər də çətin deyil. Bu fikir ayrılıqları, ABŞ-ın indiyədək nümayiş etdirdiyi xarici siyasətin istiqamət və şərtlərinin dəyişməsi, xüsusilə son zamanlar daha çox dilə gətirilən “Qlobal güc” anlayışının da zəiflədiyini ortaya çıxarıb. Belə ki, Donald Tramp administrasiyasının başladığı milli maraqları önə çəkən xarici siyasət və Aİ ölkələrinə qarşı tələblərin artması uzun illərdir müəyyən dəyərlər üzərində qurulan mövcud struktura böyük ziyan vurur. İki qitə arasında yaşanan gərginlik ABŞ hakimiyyətinin Rusiya ilə Ukraynanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldiyini bəyan etməsindən sonra Avropa liderlərinin rəsmi Vaşinqtonu tənqid edən bəyanatlar verməsi ilə davam edir.

Qlobal arenada baş verən bu hadisələri AZƏRTAC-a şərh edən ehtiyatda olan türkiyəli general, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz bir neçə il bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronun NATO-nun beyninin öldüyünə və Avropanın bu təşkilata ehtiyacının olmadığına dair verdiyi açıqlamaları xatırladaraq deyib: “Yəqin ki, Makron bu sözləri İkinci Dünya müharibəsindən sonra müharibələrin Avropadan kənarda davam edəcəyi, təhlükəsizlik mexanizmlərinin inkişafına ehtiyac olmadığı, Aİ-nin artıq formalaşdığı, sərhədlərin qorunmasının o qədər də əhəmiyyət daşımadığı, onların orada sülh və xoşbəxtlik içində, qarşılıq ödəmədən yaşayacaqlarını düşünərək deyib. Lakin Rusiya-Ukrayna müharibəsinin başlaması ilə sərhədlərində təhlükə hiss edən Avropa siyasətini dəyişərək, təhlükəsizliyinin təminini “beyin ölümü keçirdi” dedikləri NATO-ya və ABŞ-a yaxınlaşmaqda gördü. Qərb bununla yanaşı, müdafiə sistemini və təhlükəsizliyini çox sürətli şəkildə gücləndirməyə böyük əhəmiyyət verməyə, iqtisadi inkişaf mənbələrini müdafiəyə istiqamətləndirməyə başladı. Burada Rusiya-Ukrayna müharibəsinin Avropanın ABŞ-a məhkum olduğunu göstərdiyini, İttifaq ölkələri üçün Amerikasız təhlükəsizlik sisteminin olmayacağı fikrini də gücləndirdiyini desək, daha doğru olar. Trampın hakimiyyətə gəlişi ilə ABŞ-Rusiya münasibətlərinin normallaşması, Amerikanın tərəfsiz mövqe nümayiş etdirməsi bugünkü vəziyyətdə müharibənin, sadəcə, Ukraynaya dəyən zərər olduğunu göstərir. Burada Ukraynanın Avropaya və NATO-ya üzv qəbul edilmədiyini də vurğulamalıyıq. Ağ evdə ABŞ və Ukrayna prezidentləri arasında baş verənlər də özlüyündə Avropa üçün bir mesajdır. Avropa nə qədər ukraynayönümlü çıxışlar etsə də, bu müharibəni öz sərhədlərindən uzaq tutaraq daha çox dəstəkləyə bilməz. Çünki burada çox böyük iqtisadi böhranlar yarana bilər. İndi hər kəs Ukraynaya ayıracağı vəsaiti öz daxilində istifadə etmək fikrindədir. Məsələyə bu aspektdən baxdıqda görürük ki, ortaq iqtisadi güc olaraq qurulan Aİ bu gün ötən altmış il ərzində öz təhlükəsizlik infrastrukturunu Amerikadan ayrı, müstəqil və lazımi səviyyədə qurmamasının fəsadları ilə qarşılaşır. Bu gün Ukraynada baş verənlər sabah Avropada da ola bilər. Hazırda Amerika Prezidenti NATO və mövcud ABŞ hərbi qüvvələrinin xərclərinin bağlı olduğu dövlət tərəfindən ödənmədiyi təqdirdə, hərbiçilərini geri çəkmək və NATO-dan ayrılmaqdan bəhs edir. Yəni, indi bütün bu qarışıqlığa daxil olanlar gələcəkdə başlarına gələ biləcək məsələlər ətrafında düşünürlər. Burada təbii ki, dünyanın səkkizinci, NATO-nun isə ən güclü üçüncü ordusuna sahib Türkiyəyə Avropanın ehtiyacını qeyd etməliyik. “Dünyanı idarə etmək” iddiasında olan bütün dövlətlərin bu gün Türkiyə və Türk dünyasına artan marağını vurğulamamaq olmaz”.

Göründüyü kimi, indi Avropada özlərinə güvənməli olmalarına dair fikir getdikcə güclənir. Aİ rəsmilərinin “Biz indi oyanmalı və həqiqəti dərk etməliyik” fikri ümumi atmosferi əks etdirir. Bu, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin təqdim etdiyi Aİ-nin yenidən silahlanma planında və Makronun “ABŞ köməyə gəlməzsə, hazır olmalıyıq!” mesajında da özünü büruzə verir. Bu gün Qərb Aİ-nin müdafiə sistemini gücləndirmək üçün milyardlarla avroluq plan üzərində müzakirələr aparır. Bununla yanaşı, hazırda Aİ öz daxilində siyasi və iqtisadi böhranlar, nizamsız miqrasiya, istehsalın azalması, enerji qiymətlərinin artması kimi bir çox problemlərlə üzləşir. Bütün bu siyasi proseslərin fonunda unudulan tək amil isə insan amilidir. Müharibə aparılan bölgələrdə hələ də insanlar ölür, ailələr məhv olur. Dünya isə ABŞ-Rusiya-Ukrayna üçbucağında baş verəcək proseslərin dövlətlərə nə cür təsir edəcəyini gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri