Icma.az
close
up
RU
Qlobal xaos fonunda Azərbaycan modeli 44 günlük düstur

Qlobal xaos fonunda Azərbaycan modeli 44 günlük düstur

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir.

Xüsusilə artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrail və İran arasında gərginlik, Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik, Yaxın Şərq regionunda müxtəlif ölkələrdə davam edən hərbi toqquşmalar, Afrika, Asiyadakı problemləri qeyd etmək yerinə düşər.

Bu toqquşmalar, münaqişələr, xaos, qarşıdurmaların səbəb olduğu ən ciddi problem humanitar şəraitlə bağlıdır. BMT və digər beynəlxalq qurumların hesabatına əsasən, son bir neçə il ərzində münaqişə gedən bölgələrdə yaşayan insan sayı yüz milyonlarla ölçülür. Artıq bu müharibə və münaqişələrdən bezərək məcburi köçkünlük və qaçqınlıq həyatı yaşayanların da sayı yüz milyonu keçib. Münaqişə və hərbi qarşıdurmaların məntiqi davamı olaraq da hərbi xərclər də ciddi şəkildə artıb. Bu gün qlobal müdafiə büdcələri 2 trilyon dolları keçib ki, bu da geosiyasi gərginliyin pik həddə yaxınlaşdığını göstərir.

Paralel olaraq isə bir sıra regionlarda dövlətlərarası münasibətlər zədələnir, müəyyən güclərin diktəsi ilə daxili münaqişələr artır. Belə bir vəziyyət isə təbii ki, enerji bazarlarında qeyri-sabitliyə yol açmaqla, ərzaq qiymətlərində artım və qlobal tədarük zəncirində pozuntularla müşayiət olunur. Bu da öz növbəsində dünya iqtisadiyyatına mənfi təsir edir. Məsələn, təkcə Rusiya-Ukrayna müharibəsi səbəbindən taxıl və enerji ixracında böyük fasilələr yaranıb ki, bu da öz növbəsində bir sıra ölkələrdə inflyasiyanı sürətləndirməklə yanaşı, ərzaq təhlükəsizliyi problemini dərinləşdirib.

Müharibə nəticəsində yüz minlərlə insan ölüb, xəsarət alıb, yaralanıb, əlil olub. Milyonlarla sakin isə Avropaya sığınmaq məcburiyyətində qalıb. Bundan əlavə, Ukraynanın iri şəhərləri, sənaye mərkəzləri dağılıb, enerji infrastrukturu, nəqliyyat şəbəkələri, istehsal obyektləri, yaşayış binaları məhv edilib. Buna paralel olaraq isə ölkə ÜDM-nin böyük hissəsini itirib. Dövlətin büdcə kəsiri artıb, xarici borcdan asılılıq pik həddə çatıb. Digər tərəfdən, müharibə yalnız Ukrayna ilə məhdudlaşmayaraq, qlobal enerji və ərzaq bazarlarında ciddi dalğalanmalara səbəb olub, xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyi strategiyalarını köklü şəkildə dəyişməyə məcbur edib.

Bütün bu itkilərə və dağıntılara baxmayaraq, tərəflər arasında davamlı sülh sazişinə dair real irəliləyiş hələ də müşahidə olunmur, cəbhə xəttində döyüşlər vaxtaşırı intensivləşir və münaqişənin yaxın perspektivdə başa çatacağına dair ümidlər olduqca zəif görünür. Bu müharibə Rusiya üçün də ciddi hərbi, iqtisadi və demoqrafik itkilərlə müşayiət olunur. Əlavə olaraq, ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiyanın maliyyə sisteminə, enerji ixracına və texnologiya idxalına ciddi təsir edib. Müharibə və səfərbərlik fonunda yüz minlərlə gəncin ölkəni tərk etməsi də əmək bazarına, demoqrafik artıma mənfi təsir edir.

Qısacası, müharibə və münaqişələr ayrı-ayrı dövlət və regionların problemi olmaqdan çıxaraq, bütün dünyanın gələcəyinə təsir edən sistemli bir təhlükəyə çevrilib.

Paralel olaraq, ABŞ-İsrail-İran müharibəsi Yaxın Şərqin təhlükəsizliyini zədələməklə yanaşı, beynəlxalq müstəvidə də problemlərə yol açıb. Artıq 40 gündür davam edən hərbi qarşıdurma ilə bağlı diplomatik kanallar vasitəsilə irəli sürülən atəşkəs və sülh təşəbbüsləri konkret nəticə verməyib. Münaqişənin uzanması isə mürəkkəb və çoxşaxəli problemlərə yol açır. Yaxın Şərq dünyanın əsas enerji təchizatçılarından biri olduğu üçün bölgədə hərbi eskalasiya neft və qaz bazarlarında ciddi dalğalanmalara səbəb olur. Son həftələrdə enerji qiymətlərində müşahidə olunan artım qlobal inflyasiya təzyiqlərini gücləndirib, xüsusilə enerji idxalından asılı olan ölkələr üçün əlavə iqtisadi yük yaradıb. Eyni zamanda, regionda strateji nəqliyyat marşrutlarının, o cümlədən Hörmüz boğazı kimi kritik keçidlərin təhlükə altına düşməsi beynəlxalq ticarət zəncirlərində qeyri-müəyyənliyi artırır. Bu isə yükdaşıma xərclərinin yüksəlməsi, sığorta risklərinin artması və qlobal bazarlarda qiymətlərin dalğalanması ilə nəticələnir. Paralel olaraq isə raket hücumları, endirilən zərbələr nəticəsində infrastruktur obyektləri zədələnir, enerji və sənaye müəssisələri, istehsal obyektləri sıradan çıxır.

Belə bir vəziyyət də öz növbəsində region ölkələrinin iqtisadi dayanıqlığını zəiflədir. Həm də beynəlxalq investorlar üçün arzuolunmaz və riskli regiona çevrilir. Bu sadalananlara isə humanitar böhranı, mülki itkiləri də əlavə etsək, hansı təhlükə ilə üz-üzə olduğumuzu anlarıq. Yəni, bu münaqişə artıq lokal qarşıdurma çərçivəsini aşaraq həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik üçün ciddi və çoxölçülü risk mənbəyinə çevrilib.

Dünyada baş verən bu proseslər, münaqişələrin uzanmasının bir çox səbəbi var. İlk olaraq, strateji səhv hesablamalardan başlayaq. Həm Ukrayna, həm də İran müharibəsində qarşı tərəf qısa müddətə nəticə əldə edəcəyini düşünürdü. Amma reallıq tam başqa oldu və hesablamaların düzgün aparılmadığını sübut etdi. Bundan əlavə, zəif diplomatiya və etimad böhranı da münaqişələrin uzanmasında böyük rol oynayır. Bu gün dünyada dövlət arasında etimad kəskin şəkildə zəifləyib. BMT kimi qurumların da vasitəçilik imkanları sıfıra bərabərdir. Bir çox hallarda isə danışıqlar formal xarakter daşıyır və sadəcə vaxt udmaq üçün aparılır, bu da nəticə əldə etməyə imkan vermir.

Bu sıraya geosiyasi rəqabət və böyük güclərin maraqlarını da əlavə edək. Çünki bir çox hallarda müharibə iki ölkə arasında getmir, fonda geniş maraq toqquşmaları da olur. Bu isə kompromisi çətinləşdirir, çünki məsələ artıq təkcə lokal deyil, qlobal güc balansı ilə bağlı olur. Münaqişələrin uzanmasında daxili siyasi amillər də rol oynayır. Bəzən hakimiyyətlər geri addım atmağı zəiflik kimi görür və daxili auditoriya qarşısında mövqelərini qorumaq üçün sərt xətti davam edirlər. Bu da sülh imkanını minimuma endirir.

Bu sadalananlara misal olaraq, Azərbaycanın İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində əldə etdiyi möhtəşəm qələbəni nümunə kimi göstərə bilərik. Ölkə rəhbərliyinin hərbi, siyasi və diplomatik komponentləri koordinasiyalı şəkildə tətbiq etməsi Ermənistan üzərində qəti üstünlüyə səbəb oldu və qarşı tərəfi kapitulyasiyaya imza atmağa sözün əsl mənasında məcbur etdi. Bu qələbə yalnız döyüş meydanında əldə edilmiş üstünlükdən irəli gəlməmiş, eyni zamanda strateji planlaşdırma, müasir hərbi texnologiyaların tətbiqi, komandir və zabitlərin yüksək hazırlığı, həmçinin daxili və beynəlxalq diplomatik siyasətin harmonik sintezindən irəli gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin sərrast strateji hesablamaları nəticəsində digər münaqişələrdə müşahidə olunan uzunmüddətli qeyri-müəyyənliklərin, yəni səhv analiz və hesablama, qeyri-dəqiq hədəf müəyyənləşdirmə, zəif diplomatiya, böyük güclərin maraqlarının toqquşması minimuma endirilərək, qələbəni şərtləndirdi. Azərbaycan tərəfi əvvəlcədən aydın müəyyən edilmiş siyasi və hərbi məqsədlərlə hərəkət edərək, real vaxt rejimində əməliyyatları koordinasiya edib və informasiya, dron texnologiyaları və dəqiq atış sistemləri kimi müasir hərbi imkanları effektiv şəkildə tətbiq edib. Bu isə həm beynəlxalq ictimaiyyətin proseslərə obyektiv yanaşmasına, həm də qələbənin legitimliyinin möhkəmlənməsinə xidmət etdi.

Prezident İlham Əliyevin hər zaman işlətdiyi “Mən gücümü xalqdan alıram, xalqa arxalanıram” ifadəsi də müharibə dövründə sübuta yetirildi. Hərbi əməliyyatlar zamanı xalqın dəstəyi, ordunun yanında dayanması Azərbaycanın qısa müddətdə nəticələr əldə etməsinə böyük təsir etdi. Bu isə göstərdi ki, yalnız strateji planlaşdırma və hərbi üstünlük kifayət deyil; xalqın birliyi və liderə olan etimad müasir müharibələrdə qələbənin ən əsas dayaqlarından biridir. Azərbaycanın nümunəsi həm region, həm də dünya kontekstində demokratik dəstəyin və xalq-ordu-siyasət sintezinin müasir müharibələrdə konkret və qəti nəticələrə necə çevrilə biləcəyini nümayiş etdirir.

Qısacası, 44 gün ərzində təmin edilən qələbə müasir dünyada nadir və “tam və mütləq qələbə” nümunəsinə çevrilib. Hərbi və diplomatik sferada effektiv sintez nümunəsinə çevrilən bu şanlı qələbə təkcə döyüş meydanında əldə edilməyib. Siyasi arenada da Azərbaycanın qüdrətini artırmaqla yanaşı, heç bir mülki binaya, insana ziyan vurulmayan müharibə kimi də tarixə düşüb. Çünki münaqişə zamanı Azərbaycan ordusu yalnız strateji obyektlərə və hərbi hədəflərə yönəldilmiş əməliyyatlar apararaq mülki əhaliyə və qonşu ölkələrə mənfi təsirlərin minimuma endirilməsini təmin etdi. Məhz bu siyasət nəticəsində qonşu ölkələrdə infrastruktur, nəqliyyat marşrutları, şəhər həyatı qorundu, humanitar böhran baş vermədi. Azərbaycanın bir çox ölkəyə neft və qaz ixracında heç bir axsama yaranmadı ki, bu enerji resurslarını ölkəmizdən ixrac edən ölkələrin iqtisadiyyatına mənfi təsir yaratmadı.

Əlavə olaraq, ÜDM və ticarət balansında azalma müşahidə edilmədi. Xarici investorların inamı zədələnmədi. Əksinə 44 günlük müharibədən dərhal sonra Azərbaycanla bir sıra sahələrdə iqtisadi əməkdaşlıq etmək istəyən ölkələrin sayı ciddi şəkildə artdı. Bu vəziyyət, Azərbaycanın müharibəni yalnız strateji və hərbi məqsədlərlə aparmaqla yanaşı, regionda sabitliyi və iqtisadi dayanıqlılığı qorumağa da diqqət yetirdiyini aydın şəkildə göstərir. Beləliklə, qısamüddətli hərbi əməliyyatlar həm effektiv, həm də balanslı şəkildə idarə olunaraq, müasir müharibələrdə “qəti qələbə əldə edərkən regiona və iqtisadi sabitliyə zərər verməmək” nümunəsi kimi tarixə düşdü...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Aprel 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri