Icma.az
close
up
RU
Qloballaşma çağında ana dilinin qorunması: folklor və gənclər konteksti

Qloballaşma çağında ana dilinin qorunması: folklor və gənclər konteksti

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Qloballaşma, xüsusilə informasiya texnologiyalarının sürətli inkişafı və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin artması, milli dillər və mədəniyyətlər üzərində xüsusi təsir göstərir. Bu proses daha çox dilin saflığı və orijinallığının qorunması məsələlərində ciddi narahatlıqlara səbəb olub. Odur ki, Azərbaycan dilinin saflığının qorunması milli kimliyin və mədəniyyətin qorunmasına xidmət edən əhəmiyyətli bir məsələdir. Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki proqram xarakterli çıxışında, eyni zamanda, yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində dilin saflığının qorunması və yad təsirlərdən uzaq saxlanması ilə bağlı səsləndirdiyi fikirlər bu məsələnin dövlət siyasətinin prioritetlərindən biri olduğunu göstərir. Bu kontekstdə folklor milli dilin saflığını qorumaq və xalqın mədəni yaddaşını yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri doktorant Cəmilə Novruzova deyib. O bildirib ki, dil xalqın tarixi yaddaşını, dünyagörüşünü və milli-mənəvi dəyərlərini əks etdirən əsas mədəni fenomendir: “Prezidentin çıxışlarında Azərbaycan dilinin milli varlığın və dövlət müstəqilliyinin mühüm rəmzlərindən biri kimi təqdim edilməsi bu gerçəkliyi bir daha təsdiqləyir. Dilin saflığının qorunması məsələsi yalnız normativ-linqvistik çərçivədə deyil, eyni zamanda, mədəni və ideoloji müstəvidə də dəyərləndirilməlidir. Bu baxımdan folklor Azərbaycan dilinin ən təbii, ilkin və təhrif olunmamış qatını özündə saxlayan zəngin mənbə kimi çıxış edir”.

Onun sözlərinə görə, Azərbaycan folkloru əsrlər boyu xalqın kollektiv təfəkkürünün məhsulu olaraq formalaşıb və dilin daxili inkişaf qanunauyğunluqlarını qoruyub saxlayıb: “Nağıllar, dastanlar, bayatılar, atalar sözləri və digər folklor nümunələri dilin leksik zənginliyini, semantik tutumunu və ifadə imkanlarını bütün təbii çalarları ilə əks etdirir. Bu mətnlərdə müşahidə olunan sadəlik, obrazlılıq və funksional dəqiqlik Azərbaycan dilinin saflığının əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Prezidentin dilin lazımsız alınma sözlərdən qorunması ilə bağlı çağırışları folklorun bu xüsusiyyətlərini daha da аktuallaşdırır”.

Müsahibimiz bildirib ki, folklor dili xalqın gündəlik ünsiyyət təcrübəsinə söykəndiyindən süni təsirlərdən uzaqdır və milli düşüncə tərzinin dil vasitəsilə ifadəsini təmin edir. Xüsusilə atalar sözləri və deyimlər dilin lakonik, lakin dərin məna yükünə malik olduğunu nümayiş etdirir. Bu cür dil vahidləri həm üslubi saflıq, həm də semantik sabitlik baxımından müasir ədəbi dil üçün mühüm örnək rolunu oynayır. Deyə bilərik ki, folklor yalnız keçmişin mədəni irsi deyil, eyni zamanda müasir dil siyasətinin praktik dayaqlarından biridir”.

Cəmilə Novruzova qeyd edib ki, qloballaşma dövründə folklor dilin qorunması ilə yanaşı, onun yenidən aktivləşdirilməsinə də xidmət edir: “Təhsil, media və rəqəmsal platformalarda folklor nümunələrinin istifadəsi gənc nəsildə ana dilinə marağı artırır, milli dil şüurunu möhkəmləndirir. Bu yolla dil yad təsirlərə qarşı passiv müdafiə yox, canlı və davamlı müqavimət qazanır.

Düşünürük ki, hazırkı qloballaşma və rəqəmsallaşma çağında dilə yad təsirlər daha çox sosial media və sosial şəbəkələr vasitəsilə edilir. Bu platformaların aktiv iştirakçıları və istifadəçiləri isə şübhəsiz ki, daha çox yeniyetmə və gənclərdir. Deməli, yad mədəni, eləcə də linqvistik təsirin əsas hədəflərindən biri məhz gənclərdir. Gənc nəslin ana dilinin dərin qatlarına tam bələd olmadığını nəzərə alsaq, onda problemin nə qədər ciddi xarakter daşıdığını anlaya bilərik. Odur ki, dilin saflığının qorunması və yad təsirlərdən xilas olmağın mühüm şərtlərindən biri hədəf auditoriyası kimi gənclərin seçilməsi və onların milli-mənəvi dəyərlər üzərində formalaşdırılmasıdır. Bu baxımdan folklor xəzinəsinin – milli-mənəvi dəyərlərlə zəngin, milli kimlik üzərində qurulmuş kollektiv düşüncə mexanizminin imkanlarından geniş şəkildə istifadə olunması zəruridir. Hesab edirik ki, istər yeniyetmə və gənclərin, istərsə də daha erkən yaşda olan nəsillərin yetişdirilməsində xalq biliyi nümunələrindən geniş şəkildə istifadə etmək vacibdir. Hazırda yeniyetmə və gənclərin əsas ünsiyyət vasitələri rəqəmsal-texnoloji platformalar olduğundan virtual dünyada milli-mənəvi dəyər daşıyıcısı olan resursların kəmiyyəti artırılmalı, əlçatanlığı təmin edilməlidir. Həqiqət budur ki, dil yalnız qanunlarla və terminoloji nəzarətlə deyil, yaddaşla yaşayır. Folklor isə bu yaddaşın özəyidir. Folklor yaşadıqca dil saf qalır, dil saf qaldıqca xalq özünü, kimliyini unutmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri