Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Qorxu və yanlışlıq fonunda REZONANS VƏ PARÇALANMA TƏHLİL

Qorxu və yanlışlıq fonunda REZONANS VƏ PARÇALANMA TƏHLİL

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada müşahidə edilənlər, ələlxüsus da Amerika prezidenti Donald Trampın mövqeyi hayların kürkünə birə salıb. Xüsusən də Ağ Evin yeni seçilmiş liderinin İranla bağlı nə düşündüyündən qorxuya düşən erməni cəmiyyətində narahatlıq aydın şəkildə hiss olunur. Bunun da səbəbsiz olmadığı bəllidir. Bəlli olan odur ki, haylar məhz ABŞ və İsrailin İrana “böyük hücumu” ehtimalı ilə yuxularını qarışdırıblar. Ona görə yuxularını qarışdırıblar ki, bölgədə yeganə dəstəyi ala biləcəkləri İrandan da əllərinin üzüləcəyi kimi hayların bir qorxu kompleksi var. Məhz buna görə də erməni cəmiyyətində rezonans və hətta növbəti parçalanma müşahidə edilir.

Hayların qorxu kompleksi ya həqiqətləri görmələrinə mane olur, ya da başa düşmələrinə əngəl törədir

Hazırda ermənilər düşünürlər ki, İrana mümkün hücum ehtimalı heç vaxt indiki səviyyədən yüksək olmayıb. Hayların bəziləri hətta iddia edirlər ki, ABŞ və İsrail İrana hücum etdiyi zaman elə Azərbaycan da Ermənistana hücum edəcək. Yəni, bir növ, guya bir səbəb hesab olunacaq. Sözsüz ki, olduqca absurd bir düşüncə tərzidir və heç bir məntiqə sığışmır. Çünki əvvəla, Azərbaycanın qonşu dövlətə hücum etmək kimi bir niyyəti və planı olmayıb və heç yoxdur da. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün apardığı mübarizədən, 44 günlük müharibədən, eləcə də 23 saatlıq antiterror əməliyyatlarından qorxuya düşən hayların bəzilərinin belə bir həyəcan keçirməsi anlaşılan olsa da, məntiqi deyil, ona görə ki, bizim qonşu dövlətə hücum etmək niyyətimiz heç zaman olmayıb və ölkəmiz məhz Ermənistandan fərqli olaraq, işğalçı dövlət deyil. Digər tərəfdən də, əgər Azərbaycan Ermənistana hücum etmək niyyətində olsa, bu zaman Amerikanın, yaxud da İsrailin İrana hücumunu səbəb, ya da bəhanə olaraq axtarmağa qətiyyən ehtiyacı yoxdur.

Haylar özləri də gördülər və şahidi oldular ki, təkcə İran deyil, Fransanın da Ermənistana tərəf çıxması, hər iki dövlətin rəhbərinin ermənipərəstliyi Azərbaycanın öz ədalətli mübarizəsinə zərrə qədər də təsir etmədi. Təkcə haylar deyil, bütün dünya ictimaiyyəti müşahidə etdi ki, heç bir ermənipərəst siyasətçi, yaxud, Ermənistanı dəstəkləyən heç bir ölkə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə maneə yarada bilmədi. Daha dəqiq desək, Azərbaycanı öz haqq işindən, öz ədalətli mübarizəsindən döndərə bilən, buna gücü çatan olmadı. Ölkəmiz öz gücü, öz qüdrəti, öz potensialı ilə qələbə qazandı və tarixi ədaləti də bərpa etdi. Bir sözlə, hər kəs gördü ki, hansısa dövlətin dəstəyi, yaxud, hansısa dövlətlərin birinin digərinə hücumu, sərt mövqeyi, hətta münasibəti belə ölkəmiz üçün qətiyyən əhəmiyyət kəsb etmir və biz öz haqq işimiz, öz ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizədə hansısa ölkəni “nəzərə alaraq”, ya da hansısa dövlətin davranışlarına müvafiq olaraq addımlar atmırıq. Hər kəs gördü və əmin də oldu ki, Azərbaycan məhz beynəlxalq hüququn norma və prinsplərini rəhbər tutaraq, qanunlar çərçivəsində addım atır və bu yolda heç bir maneənin olması mümkün deyil. Sadəcə olaraq, hayların qorxu kompleksi ya bu həqiqəti görməyə mane olur, ya da başa düşmələrinə əngəl törədir. Elə məhz buna görə də erməni cəmiyyətində davamlı şəkildə rezonans və parçalanma müşahidə edilir.

Doğru yanaşma erməni cəmiyyətində rezonans yaratmaz, hayları indiki kimi qorxuya salmaz, parçalamaz, əksinə, birləşdirərdi

Əslində, son illərdə bu barədə dəfələrlə qeyd edilib ki, mövcud şəraitdə, Azərbaycanın yaratdığı yeni reallıqların fonunda həqiqətən də Ermənistan hökumətinin müstəqil bir dövlətin həyati maraqlarından çıxış etməsi ən doğru addım hesab olunur. Ermənistan hökuməti və elə bütövlükdə erməni cəmiyyəti məhz öz dövlət müstəqilliyinin itirilməsi qorxusundan, iqtisadi cəhətdən çox acınacaqlı vəziyyətdə olmasından, qonşu dövlətlərlə əlaqələrinin olmamasından, bu səbəbdən də tənəzzüldə olmasından narahat olsaydı daha məntiqli və daha doğru olardı. Sözsüz ki, belə bir doğru yanaşma da erməni cəmiyyətində rezonans yaratmaz, hayları bir araya gətirər və onları indiki kimi qorxuya salmaz, parçalamaz, əksinə, birləşdirərdi.

Heç şübhəsiz ki, hər hansı bir ölkənin hökuməti qaçılmaz bir tənəzzüllə üzləşirsə, müxtəlif istiqamətlərdə təcili tədbirlər görməlidir. Təbii ki, söhbət həmin ölkənin iqtisadi, ticari, mədəni və bir çox istiqamətlərdə əlaqələr qurmasının vacibliyindən gedir. Qorxu kompleksi əvəzinə, panikaya düşmək yerinə, daim hücum barədə düşünməkdənsə, dünyanın bir çox dövlətləri, eləcə də region ölkələri ilə normal qonşuluq siyasəti, sülh şəraitində mövcudluğunu davam etdirmək, bölgədə marginallaşmış vəziyyətdən çıxmaq, regional və qlobal layihələrə qoşularaq, tənəzzüldən yaxa qurtarmaq barədə düşünmək əlbəttə ki, faydalı olardı. Amma görünən odur ki, ermənilər ancaq hücum təhlükəsi deyə həyəcan təbili çalırlar. Yəni, ancaq qorxu kompleksi keçirirlər, öz xislətlərinə uyğun olaraq, hücum qorxusu ilə yaşayırlar və bu da erməni cəmiyyətində davamlı şəkildə rezonansın yaranmasına, ələlxüsus da, parçalanmalara səbəb olur.

Erməni cəmiyyətində rezonansın və parçalanmanın qarşısının almaq üçün sülh və regionda normal qonşuluq prinsplərinin formalaşdırılması lazımdır

Hal-hazırda erməni cəmiyyəti üçün ən zəruri kompleks tədbirlər hücum qorxusunu yaymaqdan ibarət deyil. Əksinə, sülh və region ölkələri ilə əmin-amanlıq, birgəyaşayış mühitinin qəbul edilməsini aşılamaqdır. Əgər belə bir psixoloji və ideoloji iş aparılmasa, erməni cəmiyyətində hər zaman rezonans və parçalanma olacaq. Erməni siyasətçiləri məhz erməni xalqının birliyini istəyirlərsə, erməni cəmiyyətində müşahidə edilən çaxnaşmaların qarşısının almaq fikrindədirlərsə, mütləq şəkildə sülh şəraitinin yaradılmasına, regionda normal qonşuluq prinsplərinin formalaşdırılmasına cəhd etməli və erməni cəmiyyətini də buna hazırlamalıdırlar.

Maraqlıdır, görəsən, bu vaxta qədər məhz bu istiqamətdə Paşinyan hökuməti nə edib və indi nə edir? Sülh şəraiti və normal qonşuluq prinsplərinin formalaşdırılması istiqamətində hansı addımları atıb və erməni cəmiyyətini buna hazırlamaq yolunda nəyə nail olub? Ümumiyyətlə, belə bir niyyət varmı, yoxsa, Nikol Vovayeviç hələ də öz hakimiyyət kürsüsünü itirməmək niyyəti və müxalifətin təzyiqindən qorunmaq məqsədi ilə ancaq daxili audutoriyaya hesablanan çıxışlarla məşğuldur? Belə görünür ki, o, həqiqətən də elə bununla məşğuldur, əks halda, sülh sazişi çoxdan bağlanardı. Doğrudur, erməni baş nazir elə hesab edir ki, hələ də öz cəmiyyətini bu şəkildə “davranışı” ilə sakitləşdirə bilir. Amma bərk yanılır. Hələlik “zərbə” onun özünə toxunmasa da, erməni cəmiyyətində məhz ümidsizlik girdabının, müəmmalı vəziyyətin yaratdığı bir qorxu səbəbindən rezonans müşahidə edilir. Elə bu rezonans da öz növbəsində erməni xalqının parçalanmasına səbəb olur və belə davam edəcəyi təqdirdə Nikol qorxduğu “zərbəni” almış olacaq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri