Icma.az
close
up
RU
Qoşqar Qoşqarlı vəfat etdi FOTO

Qoşqar Qoşqarlı vəfat etdi FOTO

Icma.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycanın tanınmış arxeoloqu, tarix elmləri namizədi Qoşqar Qoşqarlı 76 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 1949-cu il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Q.Qoşqarlı, təyinat üzrə Biləsuvar rayonunda orta məktəblərdə müəllimlik edib. 1976-1978-ci illərdə Tarix İnstitutunun əyani aspiranturasında təhsil alıb və 1978-ci ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Çöl tədqiqatları" şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyətinin ilk illərindən Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməmiş sahələrindən biri olan torevtika (qiymətli metallardan və tuncdan hazırlanmış avadanlıq) məmulatlarının tədqiqi ilə məşğul olub. 1981-1985-ci illərdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsində elmi katib vəzifəsində işləyib. 1986-1992-ci illərdə Talış-Muğan arxeoloji ekspedisiyasının rəisi kimi fəaliyyət göstərən arxeoloq Muğan və Lənkəran, Astara bölgələrində əvvəllər elmə məlum olmayan Tunc, İlk Dəmir, Antik və orta əsrlər dövrlərinə aid yüzlərlə tarixi-arxeoloji abidələr aşkar edib. 1988-1996-cı illərdə Q.Qoşqarlı UNESKO-nun “Böyük İpək Yolu” beynəlxalq proqramında Azərbaycan elmini təmsil edərək, ölkəmizdə ilk dəfə olaraq qədimdə və orta əsrlərdə Böyük İpək Yolu sistemində Azərbaycanın rolu problemini işləməyə başlayıb.

2001-2005-ci və 2013-2019-cu illərdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərinin tikintisi ilə əlaqədar arxeoloji tədqiqatlar layihəsinə rəhbərlik edib. Layihə çərçivəsində müxtəlif dövrlərə aid onlarca yaşayış yeri və nekropollar tədqiq olunub. Arxeoloqun bu elmi araşdırmaları “Azərbaycan ərazisindəki antik dövr qəbir abidələrinin tipologiyası” fundamental monoqrafiyasında (2012) öz əksini tapıb. O, respublikada və xaricdə nəşr olunan 100-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Q.Qoşqarlı, həmçinin ölkə başçısının müvafiq sərəncamlarına əsasən nəşr olunmuş “Azərbaycan ensiklopediyası. Əsas cild”in və “Azərbaycanın Milli Atlası”nın müəlliflərindən idi.

Onun vəfatı Azərbaycan elmi ictimaiyyəti üçün böyük itkidir. Q.Qoşqarlının elmi irsi, xüsusən də arxeologiya sahəsindəki tədqiqatları gələcək nəsillər üçün dəyərli bir miras olaraq qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri