Qubernatorun müavini rüşvət alarkən saxlanıldı
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiyanın Voloqda vilayətinin qubernatorunun müavini Denis Alekseyev və onun şəriki Kirill Boçarov rüşvət alarkən cinayət başında saxlanılıblar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
Məlumata görə, Alekseyev və Boçarov 2024 və 2025-ci illərdə meşələrin inkişafı üçün investisiya layihəsi həyata keçirən kommersiya təşkilatının nümayəndəsindən 100 milyon rubl rüşvət tələb ediblər. Qeyri-qanuni mükafata görə məmurlar bu təşkilat üçün meşə sahəsinin icarəyə verilməsi məsələsini həll edəcəklərini vəd etdilər. Tələb olunan məbləğin bir hissəsini aldıqdan sonra Alekseyev və Boçarov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb.
Rusiya İstintaq Komitəsi vəzifəli şəxslərə qarşı cinayət işi açıldığını da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















