Icma.az
close
up
RU
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb

“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir zamanlar Azərbaycan televiziya məkanında satirik-publisistik janrın yeganə təmsilçisi olan “Qulp” proqramı böyükdən kiçiyə çoxlarının baxımlı verilişi idi.

Uzun müddət ANS telekanalında yayımlanan verilişdəki maraqlı obrazlar indi də xatırlanır - Baba Pünhan, Aşıq Yadigar, rəssam Mirteymur, Xanım nənə, Şirin Zərdablı, Dumbul Bəhram və başqaları... Təəssüf ki, onların əksəriyyəti artıq həyatda deyillər.

“Qulp”un aparıcı obrazlarından olan Aşıq Yediyar həyatda olsa da, çoxdandır efirlərdə görünmür. Bu da səbəbsiz eyil, Əməkdar artistin səhhətində ciddi problemlər var, o ağır xstəlikdən əziyyət çəkir.

Modern.az saytı Yadigar Muradovla əlaqə saxlayıb, amma Əməkdar artist səhhətində ciddi problemlərin olduğunu və bu barədə danışmayacağını deyib.

“Qulp” satirik layihəsinin rəhbəri və aparıcısı, tanınmış telejurnalist Mübariz Əsgərov saytımıza açıqlamasında Aşıq Yediyarla bağlı danışıb.

“Yadigar Muradov bizdə təkcə qonaq deyildi, o, eyni zamanda yaradıcı qrupun üzvü idi”, - M.Əsgərov deyib.

“Onun proqramda iştirakı təsadüfi deyil, seçim əsasında olub. Necə ki, Baba Pünhan, Xanım nənə, Şirin Zərdablı, dumbul Bəhram seçilmişdilərsə, Aşıq Yadigar da o sıraya daxil edilmişdi. Biz bu istiqamətdə daim axtarışda olurduq. Onu tapana qədər uzun müddət düşündüm, çünki təkcə saz çalmaq və yaxşı səsi olmaq kifayət etmirdi - həmin adam həm də aktyorluq qabiliyyətinə malik olmalı, istənilən obraza girə bilməli idi. Bütün bu xüsusiyyətləri bir insanda tapmaq isə doğrudan da, çox çətin idi”.

Mübariz Əsgərovun sözlərinə görə, uzun axtarışlardan sonra Yadigar Muradovu tapıb və o da yaradıcı qrupun ən fəal, aparıcı üzvlərindən birinə çevrilib:

“Onun bütün çıxışları istisnasız olaraq yaddaqalan idi. Hər dəfə onunla birlikdə nəsə yeni bir şey yaratmağa çalışırdıq. Hətta mən bir neçə dəfə onun rus dilində də aşıq mahnıları ifa etməsini istədim, çox da uğurlu alındı”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Aşıq Yadigarın hər çıxışı, hər ifası dillər əzbəri olurdu. O sözün əsl mənasında tamaşaçılarına ruh və enerji bəxş edirdi:

“Hər dəfə bir yerə yığışanda, bizim yaradıcı heyətdə tam bir vəhdət, səmimi bir mühit yaranırdı. Təəssüf ki, bugünkü satirik verilişlərdə Aşıq Yadigar kimi bir obraza az rast gəlinir, amma mən belə bir sənətkarın yenidən efirdə olmasını çox istərdim”.

M.Əsgərov “Qulp” telelayihəsini 20 il davam etdirdiyini və nəhayət onu sonlandırdığını bildirib:

“Hiss etdim ki, artıq tamaşaçıların gözü yorulub. Amma buna baxmayaraq, bütün bu illər ərzində Yadigar Muradov bizim ən istəkli və dəyərli sənətkarlarımızdan biri olub. Ona ürəkdən uğurlar və möhkəm can sağlığı arzulayıram”.
 

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri