"Adnan işi"ndə adı hallanan Anar Əlizadə Azərbaycanı tərk edib
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Neft satışı ilə məşğul olan Adnan Əhmədzadənin cinayət işi üzrə dindirildiyi deyilən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qohumu Anar Əlizadənin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb.
Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Əlizadə 3 gün öncə Azərbaycanı tərk edərək Dubaya yollanıb.
İddialara görə Adnan Əhmədzadə ittiham olunduğu cinayətlərə görə vaxtilə ona kuratorluq etmiş Anar Əlizadəni günahkar elan edib.
Məhz Adnan Əhmədzadənin bu ifadəsinə görə Anar Əlizadənin istintaq tərəfindən dindirildiyi bildirilir.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.
Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















