"Əsas motivasiya mənbəyi..." 300 bal toplayan Aişə Bağırova FOTO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhəri 89 nömrəli tam orta məktəbin XII sinif şagirdi Aişə Bağırova Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.
Bakupost.az xəbər verir ki, o, maksimum nəticə göstərəcəyini gözlədiyini bildirib:
"Yüksək nəticə göstərəcəyimə inanırdım. Maksimum nəticə savad və diqqətin vəhdəti sayəsində mümkün olur. Bununla yanaşı, fənnə və onu tədris edən müəllimə duyulan sevgi, öyrənməyə olan həvəs və istək məncə, əsas motivasiya mənbəyi olmalıdır”.
Aişə Bağırova tibb sahəsində ixtisaslaşmaq istədiyini qeyd edib: "Cərrahiyyə sahəsi üzrə yenilikçi, faydalı layihələr hazırlamaq, öz sahəmin peşəkar və vicdanlı nümayəndəsi olmaq istəyirəm".
Sevinc,BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















