"Fənərbağça" "Zenit"i məğlub etdi
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin "Fənərbağça" klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.
Bakupost.az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb.
Görüşdə hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar "status-kvo"nu bərpa ediblər. Aleksandr Yerohin adını tabloya yazdırıb. "Sarı-lacıvərdlilər"in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.
Qeyd edək ki, "Fənərbağça"nın Türkiyə Superliqasında 26 xalı var. "Zenit" isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
“S&P Global Ratings” Azərbaycan bank sektoru üzrə proqnozunu açıqlayıb
04 Noyabr 2024 18:54

