"Sabah" bizdən üstün idi Trpişovski
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
"Slaviya" "Sabah"la oyunda mənasız qollar buraxıb.
Axar.az xəbər verir ki, bunu Çexiya təmsilçisi "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
"İlk hissədə səhvlərə yol verdik. Baxmayaraq ki, fasiləyə qədər hesab açılmamışdı. Təbii ki, məğlubiyyətin səbəbləri çoxdur. Düşünürəm ki, bu cür matçlarda səhvlərə yol verməməliyik. Hər iki qolda xətalara yol verdik. Sözün açığı, mənasız qollar buraxdıq. Hətta, bizim özümüzün iki qol vurmaq üçün real şanslarımız var idi. Təəssüf ki, biu baş vermədi. Rəqib komanda bizə təzyiq göstərirdi və biz top itkilərinə yol verirdik. Lakin ikinci hissədə "Sabah" üstünlüyü ələ aldı. Onlar orta xətdə bizdən üstün idilər. Futbolçularımız məğlubiyyətə görə üzgündürlər", - baş məşqçi bildirib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Oktyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















