Qurban Qurbanov bu ölkədən gələn təklifləri qəbul etmədi
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib".
Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".
O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya mümkün keçidi ilə bağlı danışıb:
"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin danışıqların davamı olacaq. "Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı nəzərə almalıdır. Qış fasiləsində Juninyo kimi forvard tapmaq asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin".
Baxış sayı:66
Bu xəbər 19 Dekabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















