Icma.az
close
up
RU
Qurban Qurbanov: “Napoli” ilə matçın gedişatında Montieli meydanda görə bilərik” İdmanXəbər

Qurban Qurbanov: “Napoli” ilə matçın gedişatında Montieli meydanda görə bilərik” İdmanXəbər

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. 

– “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyəsən sizi təbrik etmədi…

– Təbrik etdi. Özü də dərhal gəldi.

– Joni Montiel “Napoli” ilə oyuna hazırdır?

– İlk “11-lik”də onun üçün çətin olar. Bilirsiz ki, 1 ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. “Napoli” ilə matçın gedişatında Montieli meydanda görə bilərik. 

– Elvin Cəfərquliyevin start heyətində olmaması nə ilə bağlıdır?

– Sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil.

– Sizcə, “Sumqayıt”ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar deyildi?

– Ağır qərar ola bilər. Mən də videoya baxdım. Futbol kontakt oyunudur, aqressiv oyundur. Ola bilər ki, hansısa epizodda emosiyalarını saxlaya bilmirsən. Belə hallarda səhv qərarların olmamasının tərəfdarıyam. Fərqi yoxdur bizə və ya rəqibə. Ola bilər ki, səhv qərar idi. Mən də bununla razılaşıram.

– Son zamanlar emonional reaksiyalar verirsiz. Bunun səbəbi nədir?

– Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır.

– Kaşuk qoldan sonra sanki axsayırdı. Zədəsi var?

– Soruşmadım. Deyəsən, ayağına zərbə olmuşdu.

– “Bu şəhərdə”nin konsertində sizi parodiya ediblər. Buna münasibətiniz nədir?

– Kiminsə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm.

– Kadi Borgesin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?

– Belə hallar olub. Əsas futbolçularımız bir çox oyunlarda iştirak etməyiblər. Amma uğurlu nəticələrimiz olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız çox yaxşı səviyyədə keçir, seçimim çox olur. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

– “Napoli” ilə oyunda əsas heyət necə olacaq?

– Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

– “Qarabağ”dan “Napoli” ilə oyunda sürpriz nəticə gözləmək olar?

– Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik. (Sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 21 Noyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri