Icma.az
close
up
RU
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

Icma.az bildirir, Qol.az portalına istinadən.

Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv SSKA (Bolqarıstan) ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı  heç-heçə ilə başa çatıb.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Qarşımızda təkbətək mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq oyunu idi. SSKA bizi bir az çətinliyə saldı. Fərqli sistemlərdə oynaya bilən komandadır. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq.

- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətə qayıtmaqla mesajını verir? Bruno Lanqanın zədəsi ciddidir?

- Mənim özüm hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək. Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətində oynatmayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər getdikcə daha çox olacaq.

- Vaxtı ilə "Ludoqorets"ə evdə uduzsanız da, səfərdə onları 7:2 hesablı qələbə qazanmışdınız. Bu, həminki "Qarabağ"dır?

- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından...Futbol o qədər inkişaf edib ki, biz desək ki, həmin "Qarabağ"ıq... Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə, fərqli gözlə baxır. Daha ciddi, daha məsuliyyətli olmalıyıq.. Biz bunu hiss ediriksə, ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı oynamaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha üstdə olmalıyıq ki, stabil nəticələrimiz olsun.

- Bolqar jurnalistlər SSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik edirdi, alqışladılar. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər?

- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürdülər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi oyuna  görə sevinirdilər. Son vaxtlar komandadan narazılıq var idi deyəsən. Amma bugünkü komandanın göstərdiyi oyuna görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət üçün gedəcəyik. Belə oyunlar elədi ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz lap böyük komanda deyilik ki, uduzsaq sürpriz olsun. SSKA-nın da gücü var ki, bizim səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.

- Rəqiblər nə qədər güclü olsa belə, “Qarabağ” adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün o qədər də çox deyildi. Bu, yeni futbolçuların hələ ki uyğunlaşma,  sistemə öyrəşmək prosesindən keçdiyini göstərirdi? 

- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq, həm rəqib.. SSKA çox bərk rəqib idi, xüsusən də müdafiədə bacarıqlı kollektiv idi. Çox sürətli əks-hücumlara keçirdi. Təkbətək müdafiə olunmaqdan həzz alırdılar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüanslar var onları özümüzdə axtarmalı və yaxşılaşdırmalıyıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 İyul 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri