Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi
Fanat saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Şkendiya” (Şimali Makedoniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 11-də saat 17:30-da “Azersun Arena”da baş tutacaq.
Saat 18:00-da isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Jeton Beqirinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 19:30-da start götürəcək. Şimali Makedoniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 20:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” görüşü saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















