Qusarda hərbçilərlə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə işi aparılıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qusarda “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
525.az-ın məlumatına görə, tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdir müavini Elnur Ağasıyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm anlayışı, ifrat məzhəbçilik, dini radikalizmin, ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib.
Bildirilib ki, ölkədə mövcud olan multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub və birliyimizdə, həmrəyliyimizdə, qarşılıqlı anlaşmada mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















