Qvardiola futbolçuları bezdirir?
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bəzi qıcıqlandırıcı məqamlar var".
İdman.biz xəbər verir ki, bunu "Mançester Siti"nin hücumçusu Erlinq Holand komandanın baş məşqçisi Pep Qvardiola haqqında danışarkən deyib.
Norveçli futbolçu "CBS Sports"a ispaniyalı mütəxəssisin təfərrüatlara çox fikir verdiyini bildirib: "Məhz kiçik detallara olan sevgi onu bir az bezdirici edə bilər. Qvardiola sizə 20 dəfə deyər: “Bunu et, bunu et, bunu et”. Sizin də "Mən bunu edirəm" deməkdən başqa çarəniz qalmır.
Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırsa da, Holand bu komandaya 2022-ci ilin yayında Dortmund "Borussiya"sından keçib.
Qeyd edək ki, dünən "Mançester Siti"nin "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldiyi oyunda 24 yaşlı forvard bir qol vurub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















