Qvardiola sabiq futbolçularının məşqçiliyindən danışdı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sabiq futbolçularının məşqçi kimi uğurlu olmasından danışıb.
QOL.az "TNT Sports" nəşrinə istinadən xəbər verir ki, o deyib:
"Onlar çox yaxşıdırlar. Nəticədə uğurlu olurlar. Mən onların işlərini yüksək qiymətləndirirəm. Düşünürəm ki, onların davranış modeli təkmilləşmə, yeni ideyalar gətirmək, öyrənmək və təcrübə qazanmaq istəyidir. Başa düşürəm ki, onları çoxusu bir neçə ildir ki, məşq keçirlər, məsələn, Vinni (Vensan Kompani - red.) və Xabi Alonso.
Onların işlərində özüm başlayanda etdiklərimdən çox şeyi görürəm. Sabiq oyunçularım üçün çox şadam, çünki çoxusu dostlarımdır. Onlarda hər şey yaxşı olanda, xoşbəxt oluram. Biz birlikdə işləyəndə mənə çox kömək olurdular. Təkcə köməkçi məşqçi kimi yox, oyunçuların məşqçisi kimi də. Vinni və Xabi mənə çox kömək edbilər".
Qeyd edək ki, Vensan Kompani Qvardiola ilə "Mançester Siti"də, Xabi Alonso isə onunla "Bavariya"da işləyib. Hazırda Kompani "Bavariya"nı, Alonso isə "Bayer"i çalışdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 08 Mart 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















